MKİ direktorunun Moskva missiyası: Üç liderin tarixi görüşü baş tutacaq?
Icma.az bildirir, Olke.az portalına istinadən.
Ölkə.az xəbər verir ki, bu barədə iki mənbəyə istinadən "Axios" məlumat yayıb.
Nəşrin məlumatına görə, Retkliff çərşənbə axşamı Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin və Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikovla görüşüb. O həmçinin Moskva və Kiyev arasında danışıqların bərpa olunması imkanını müzakirə edib.
"Cümə günü amerikalı nümayəndələr Zelenskini səfərin nəticələri və sammitin keçirilməsi təklifi barədə məlumatlandırıblar. Zelenski əvvəllər belə bir görüşü dəstəklədiyi halda, Putin buna qarşı çıxırdı", - nəşr iddia edib.
Bununla belə, Kiyev yeni eskalasiyadan ehtiyat edir. Ukrayna Prezidenti Ofisi rəhbərinin müavini Pavel Palisanın sözlərinə görə, Ukrayna kəşfiyyatında Rusiya hərbçiləri tərəfindən ölkənin şimalında hücum ssenarilərinin hazırlanması barədə məlumatlar var.
ABŞ-nin vasitəçiliyi ilə Moskva və Kiyev arasında danışıqlar fevral ayında dayandırılmışdı. Ukrayna Prezidenti Ofisinin rəhbəri Kiril Budanovun sözlərinə görə, onların bərpası sentyabr ayında baş tuta bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:190
Bu xəbər 30 Avqust 2026 10:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















