MM yetkinlik yaşına çatmayanlarla bağlı komissiyaların adlarının dəyişdirilməsini birinci oxunuşda təsdiqləyib
Missiya.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycanda fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların adlarında dəyişiklik edilir.
Missiya.Az “Report”a istinadən xəbər verir ki, bununla bağlı Ailə Məcəlləsinə və “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanuna təklfi edilən dəyişikliklər parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, komissiyaların “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar” şəklində adlandırılması nəzərdə tutulur.
Eyni zamanda uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar öz səlahiyyətləri daxilində təhsil müəssisələrində, habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, yetkinlik yaşına çatmayanların işlədikləri müəssisələrdə, təşkilatlarda ve idarələrdə onlar arasında tərbiyə işinin təşkilinin monitorinqini apara biləcəklər.
Layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 10 Dekabr 2024 12:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















