Icma.az
close
up
RU
Mobil cihazlarda kibertəhlükəsizliyimizi necə gücləndirə bilərik? AKTAdan MÜHÜM TÖVSİYƏLƏR

Mobil cihazlarda kibertəhlükəsizliyimizi necə gücləndirə bilərik? AKTAdan MÜHÜM TÖVSİYƏLƏR

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son dövrlərdə mobil rabitə infrastrukturuna yönələn kibertəhdidlərin dinamikası bu sahədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsini labüd edir.
Bizim.Media Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assossiyasının saytına istinadən xəbər verir ki, bütün mobil rabitə istifadəçilərinə münasibətdə, xüsusilə də, yüksək vəzifəli və kritik məlumatlara sahib olan şəxslər üçün bu təhdidlər daha böyük risklər yaradır.
Belə ki, həmin şəxslərin mobil, o cümlədən dövlət və şəxsi rabitə qurğuları və internet üzərindən həyata keçirdiyi kommunikasiyalar qanunsuz ələ keçirmə və ya müdaxilə üçün əsas hədəflər arasındadır.
Qeyd olunanlar nəzərə alınaraq, mobil cihazların və kommunikasiya təhlükəsizliyinin gücləndirilməsi üçün aşağıdakılar tövsiyə olunur:
Mobil cihazın əməliyyat sisteminin dəstəklədiyi “End-to-end” şifrələnmiş mesajlaşma tətbiqlərindən istifadə edin. Eyni zamanda, tətbiqi istifadə edərkən, tətbiqin və əlaqəli xidmətlərin metadata toplama və saxlama dərəcəsinə diqqət yetirin.
SMS əsaslı çoxfaktorlu autentifikasiyadan (MFA) istifadəni minimuma endirin: SMS mesajları şifrələnmir - telekommunikasiya provayderinin şəbəkəsinə giriş əldə edən təhdid aktoru bu mesajları ələ keçirərək oxuya bilər. SMS MFA fişinqə qarşı davamlı deyil və buna görə də hədəf alınan vəzifəli şəxslərin hesabları üçün güclü doğrulama üsulu hesab edilmir. 
Rəqəmsal hesablarınıza məxsus şifrələrinizi gücləndirin: şifrə idarəetmə tətbiqləri ilə (məs., “Google Password Manager”, “LastPass”, “1Password” və s.) güclü, unikal və təsadüfi şifrələr yaradın.
Mobil cihazlarınızda sistem və digər tətbiqlərinizi müntəzəm olaraq yeniləyin (avtomatik yenilənmə funksiyasını aktiv edin). Eyni zamanda, ən son yenilənmələri dəstəkləməyən mobil cihazlardan kommunikasiya məqsədilə istifadə etməyin.
VPN (“virtual özəl şəbəkə”) həllərindən istifadə edərkən diqqətli olun: Bir sıra pulsuz və kommersiya VPN təminatçılarının təhlükəsizlik və məxfilik siyasətləri qeyri-adekvat və ya şübhəlidir.
Tətbiq icazələrini yoxlayın: Tətbiqlərə verilmiş icazələri (məsələn, məkan, kamera və mikrofon və s. funksiyalara giriş icazələrini) cihazınızın “Məxfilik və Təhlükəsizlik” (“Privacy and Security”, "Конфиденциальность и безопасность") bölməsindən yoxlayın və tətbiqin funksionallığı üçün zəruri olmayan icazələri ləğv edin.
“iPhone” istifadəçiləri üçün əlavə tövsiyələr:
“Lockdown” (bloklama) rejimini aktiv edin:  bu rejim, xüsusilə də, cihazları son dərəcə nadir və mürəkkəb kiberhücumlara qarşı qorumağa kömək edir.
iCloud Private Relay” istifadə edin: “Safari”dən istifadə edərkən məxfiliyinizin qorunması üçün hazırlanmış bu xidmət, kim olduğunuzu və hansı saytlara daxil olduğunuzu heç bir tərəfin - hətta Apple-ın belə - tam şəkildə görə bilməməsini təmin edir.
“Android” istifadəçiləri üçün əlavə tövsiyələr:
Zərərli tətbiqləri aşkar etmək və qarşısını almaq üçün “Google Play Protect”i aktiv saxlayın. Eyni zamanda, digər mənbələrdən tətbiq yükləyərkən ehtiyatlı olun.
Android cihazınızdakı “Chrome” brauzerinin “Ayarlar/Parametrlər” bölməsində "Həmişə güvənli bağlantılardan istifadə edin" (“Always Use Secure Connections”) funksiyasını aktiv edin. Nəticədə, vebsaytlar arasında təhlükəsiz məlumat ötürülməsini təmin edən “HTTPS” protokolunu dəstəkləməyən veb səhifələr cihazınıza yüklənməzdən öncə sizə xəbərdarlıq təqdim ediləcək.
Android cihazınızdakı “Chrome” brauzerində "Təhlükəsiz axtarış" (“Safe browsing”) funksiyasını aktivləşdirin. Bu funksiya, zərərli vebsaytlara, fişinq cəhdlərinə və təhlükəli yükləmələrə qarşı əlavə mühafizə təmin edir.
Qeyd: Məlumat hazırlanarkən ABŞ-nin Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyinin (CISA) müvafiq təlimatından geniş istifadə edilib. 
Daha ətraflı: //www.cisa.gov/sites/default/files/2024-12/guidance-mobile-communications-best-practices.pdf.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://bizim.media
archiveBu xəbər 07 Yanvar 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see256

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see226

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see223

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see213

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see204

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see194

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see174

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see157

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see154

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see152

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see150

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see149

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see147

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri