Icma.az
close
up
RU
Mobil nömrəni başqasına verən həbs oluncaq

Mobil nömrəni başqasına verən həbs oluncaq

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sentyabrın 1-dən etibarən Rusiyada qüvvəyə minəcək yeni qanun mobil telefon nömrələrinin başqalarına verilməsini ciddi şəkildə məhdudlaşdırır.

"Cebheinfo.az" xəbər verir ki, “Parlamentskaya Qazeta”nın xəbərinə görə, bu tənzimləmə yalnız pul cəzası deyil, həm də həbs cəzası nəzərdə tutur.

Əgər kimsə kommersiya məqsədilə üçüncü şəxslərə SİM kart və ya hesab giriş məlumatlarını verərsə, 700 min rubladək cərimə və ya üç ilə qədər həbs cəzası ala bilər.

Daha az miqyaslı pozuntular üçün isə 300 min rubladək cərimə və ya iki ilədək həbs cəzası tətbiq oluna bilər.

Millət vəkili Anton Nemkin istisnanın yalnız ailə üzvləri üçün keçərli olduğunu vurğulayıb. Yəni həyat yoldaşı, valideyn, övlad, bacı-qardaş və nəvələrlə paylaşım sərbəstdir, lakin dostlara və ya iş yoldaşlarına xətt vermək artıq qadağandır.

Nemkinə görə bu sərtləşmə telefon fırıldaqçılarının onlarla xətti anonim şəkildə istifadə etməsinin qarşısını alaraq rəqəmsal təhlükəsizliyi artıracaq.

Əslində yay boyunca müzakirə olunan tədbirlər bununla məhdudlaşmayıb. Rabitə Nazirliyi xarici SİM kartlardan gələn zənglərin avtomatik bloklanmasını da təklif etmişdi.

Beləliklə, xaricdən zəng qəbul etmək istəyən abunəçilər operatorlarına xüsusi müraciət etməli olacaqlar.

Bundan əlavə, operatorların bütün beynəlxalq zəngləri işarələməsi, “şübhəli” nömrələri bağlayıb xüsusi qeydiyyat sisteminə yönləndirməsi də planlaşdırılır. Hətta bu danışıq qeydlərinin tələb olunması da gündəmdədir.

Yeni qanunlar bir tərəfdən vətəndaşları fırıldaqçılardan qorumağı hədəfləyir, digər tərəfdən isə gündəlik ünsiyyəti ciddi şəkildə təsirləndirə bilər.

Xüsusilə tez-tez səyahət edənlər və ya iş üçün xarici nömrələrlə çalışanlar üçün prosesin necə işləyəcəyi hələlik qeyri-müəyyəndir.

Nigar Hacılı 
"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:186
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Avqust 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see392

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see368

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see365

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see283

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see273

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see272

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see271

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see263

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see255

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see254

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see240

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see233

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see231

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see230

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see229

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see228

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see227

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see226

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see222

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri