Icma.az
close
up
RU
Mobil nömrəyə çox pul verənlər nə düşünür? Ekspert açıqladı

Mobil nömrəyə çox pul verənlər nə düşünür? Ekspert açıqladı

Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.

Son illər mobil texnologiyaların və şəxsi brend anlayışının inkişafı ilə telefon nömrələri bəzi insanlar üçün sadəcə əlaqə vasitəsi olmaqdan çıxaraq imic göstəricisinə çevrilib.

Xüsusilə yadda qalan, xüsusi kombinasiyalı mobil nömrələrə maraq artıb. Bəzi şəxslər və şirkətlər belə nömrələr üçün minlərlə manat ödəyərək onlardan biznes fəaliyyətində və şəxsi tanıtım məqsədilə istifadə edirlər.

Lakin bahalı mobil nömrələrin həqiqətən də insanın və ya şirkətin tanınmasına, eləcə də etibarının formalaşmasına təsir edib-etmədiyi müzakirə mövzusudur. Bəziləri bunun peşəkar imic yaratmağa kömək etdiyini düşünür, digərləri isə bu seçimin daha çox status nümayişi xarakteri daşıdığını hesab edirlər.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan marketoloq Marat Namazov bildirib ki, hazırkı rəqəmsal dövrdə bahalı mobil nömrələrin biznesin tanınmasına və müştəri etibarının formalaşmasına demək olar ki, heç bir təsiri yoxdur:

"Hazırkı dövrdə bahalı mobil nömrələrin biznesin tanınmasında demək olar ki, heç bir rolu yoxdur. Bu, yalnız status göstəricisi kimi qəbul oluna bilər və bu da şəxsdən şəxsə dəyişir. Artıq telefon nömrəsini ad əvəz edib. Kiməsə zəng etmək istəyəndə kontaktlara daxil olur, həmin şəxsin adını yazır və zəng edirik. Nömrə bizə yalnız onu ilk dəfə yadda saxlayarkən lazım olur. Sonradan isə əksər insanlar həmin nömrəni xatırlamırlar. 

Hətta bir çoxları yaxınlarının belə telefon nömrəsini əzbər bilmir. Buna görə də hazırda bizneslərin bahalı mobil nömrəyə sahib olmasına ehtiyac yoxdur".

Marat Namazovun sözlərinə görə, belə nömrələrin təsiri olsa belə, bu, daha çox şəxsi imic və status təəssüratı ilə məhdudlaşır:

"Yaddaqalan nömrələr var. Məsələn, 3 və ya 4 rəqəmli nömrələr. Bəli, onlar biznesin imicinə müəyyən qədər təsir göstərə, onun ciddiliyi barədə təəssürat yarada bilər. Amma bahalı mobil nömrələr biznesin tanınmasında həlledici rol oynamır. Bu, yalnız şəxsi müstəvidə müəyyən təsir yarada bilər. Kimsə sizə nömrəsini təqdim edəndə, məsələn, 211 və ya 201 kimi başlayan nömrələr var ki, hakim dairələrdə bu cür nömrələrdən istifadə olunur. Belə başlanğıca malik nömrələr həmin şəxs haqqında ilkin fikir formalaşdırılmasına müəyyən qədər təsir göstərə bilər. Lakin biznes baxımından bunun ciddi əhəmiyyəti yoxdur".

Fəridə Əsədzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 28 İyul 2026 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see474

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see345

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see316

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see286

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see258

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see256

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see252

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see246

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see236

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see225

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see212

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see210

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see210

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see209

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see205

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see203

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see203

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see200

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see193

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri