Icma.az
close
up
RU
Mobile POS Biznesiniz üçün Mobil POSterminal

Mobile POS Biznesiniz üçün Mobil POSterminal

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Epoint Inc. şirkəti kiçik və orta biznes üçün nağdsız ödənişləri daha rahat və sürətli qəbul etməyə kömək edən yeni məhsulu — Mobile POS-u təqdim edir.

Epoint-in rəqəmsal həllər və elektron ticarət məhsullarının təbliğatında tərəfdaşı, rəqəmsal ödənişlər sahəsində dünya lideri olan Visa şirkətidir.

Layihə, texnoloji proqram təminatçısı EasyGo ilə birgə həyata keçirilib.

Hər biznes növü üçün sadəlik və rahatlıq

Müştərilərin qoşulma prosesi tamamilə onlayn rejimdə rəqəmsal imza vasitəsilə sənədlərin imzalanması ilə həyata keçirilir ki, bu da işi sadələşdirir və qoşulma vaxtını qısaldır. Epoint platformasında vahid qeydiyyatdan keçməklə, müştəri hansı bankda xidmət göstərilməsindən asılı olmayaraq, Mobile POS sisteminə çıxış əldə edir və ödənişləri qəbul etməyə dərhal başlaya bilər.

Mobile POS istənilən smartfonu tam funksional POS-terminala çevirir ki, bu da xüsusilə səyyar xidmət göstərən və ya çatdırılma biznesləri üçün əlverişlidir. Artıq ağır avadanlığa ehtiyac yoxdur — bütün əməliyyatlar bir neçə dəqiqə ərzində yüklənə bilən mobil tətbiq vasitəsilə həyata keçirilir.

Mobile POS-un əsas üstünlükləri:

• Mobillik: Ödənişləri sizə və müştərinizə uyğun olan yerdə qəbul edin.

• Çeviklik: Visa və digər ödəniş sistemlərinə aid təmassız kartlar da daxil olmaqla bütün kart növlərini dəstəkləyir, həmçinin Apple Pay və Google Pay vasitəsilə ödəniş etməyə imkan yaradır.

• Təhlükəsizlik: Bütün əməliyyatlar qabaqcıl təhlükəsizlik texnologiyaları ilə qorunur və hər bir ödəniş mərhələsində etibarlılığı təmin edir.

Mobile POS müştərilərlə işləyərkən rahatlıq, mobillik və təhlükəsizliyi qiymətləndirənlər üçün nəzərdə tutulub. Bu, ödənişləri istənilən vaxt və istənilən yerdə qəbul etmək üçün ideal bir həll yoludur.

"Biz Mobile POS-terminalın əldə edilmə prosesini tamamilə rəqəmsallaşdırmışıq ki, bu da müştərilər üçün terminalı alma və işə başlama prosesini sadələşdirir və sürətləndirir. Biz həmçinin məhsulu banklardan tam asılı olmayan və müştərilərə vəsaitləri müxtəlif banklarda yerləşən hesablarına köçürmək üçün sərbəst seçim imkanı verən desentralizə edilmiş bir strategiya tətbiq etdik.

Mobil terminalın əldə olunma müddəti cəmi bir neçə dəqiqə çəkir, halbuki banklarda bu proses 1-3 iş günü arasında vaxt tələb edə bilər. Bu yeniliklər bizim rəqəmsal və mobil xidmətlərin inkişafı strategiyamıza, həmçinin Azərbaycanda KOB və mikro-bizneslərin dəstəklənməsinə əsaslanır. İlk müştərilərimiz üçün bu xidmət 3 ay ərzində tamamilə pulsuz təqdim olunacaq”, — deyə Epoint Inc. şirkətinin təsisçisi və direktoru Zeynal Kərimzadə bildirdi.

Mobile POS məhsulu və qoşulma imkanları haqqında daha ətraflı məlumat üçün veb saytımıza daxil olun: epoint.az.

Mətbuat üçün əlaqə məlumatları: Telefon: +99470 242 99 66

Elektron poçt: [email protected]

Bizim xəbərləri sosial şəbəkələrdə izləyin: Facebook, Instagram, LinkedIn.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:283
embedMənbə:https://apa.az
archiveBu xəbər 09 Dekabr 2024 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri