Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Pensiyalar yanvarda bu qədər artacaq

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

Nəcibənin toyudur Fotolar

Nicat Kazımov oğluna toy etdi Video

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Mərhum Xalq artistinin yaxın qohumu imiş

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Möcüzələr adası: İki okeanın yuduğu sahillərdəki nağılın sirli gözəlliyi

Möcüzələr adası: İki okeanın yuduğu sahillərdəki nağılın sirli gözəlliyi

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Möcüzələr adası kimi təqdim edilən Bali geniş düyü terrasları, kokos xurma sahələri və qəhvə plantasiyaları ilə məşhurdur. Səyahət həvəskarları Bali nağılını öz gözləri ilə görmək üçün uzun məsafələri qət etməkdən çəkinmirlər.

"Orada möcüzələr var, orada iblislər dolaşır, budaqlarda su pərisi oturur... Orada, naməlum yollarda misli görünməmiş heyvanların izləri var. Orada Tanrılar məskən salıb... Dünyanın nüfuzlu adamları orada hovuzları olan daxmalar tikib xoşbəxt yaşayırlar..." Bali haqqında izlədiyim bir səyahət filmindən yaddaşımda ilişib qalan bu təəssüratları amerikalı yazıçı Elizabet Gilbertin qələmə aldığı və öz həyat hekayəsi əsasında çəkilən "Ye, dua et və sev" filmi daha da gücləndirib. Həyatının acı boşanmasından sonra Balidə sevdiyi "şahzadəsi"ni tapan yazıçı adanın şaman falçılarının bütün xəstəlikləri sağaltdığına və xoşbəxt gələcək xəyal etdiklərinə, mistisizmi ilə sirli bir ada olduğuna, nəhayət Baliyə səfər edənlərin tək qayıtmadığına, adanın yer üzündəki cənnət və tanrıların sakit məskəni olduğuna təkcə özünü deyil, bütün dünyanı inandıra bilib...

Dünyanın səyahət həvəskarları bir gün Bali nağılını öz gözləri ilə görmək üçün uzun məsafələri qət edərək adaya uçurlar.... Onları qarşıda iki okeanın - Hind və Sakit okeanın yuduğu sahillər, ağ qumlu çimərliklər, yamyaşıl meşələr, ekzotik flora və faunaya malik təbii parklar, sönmüş vulkanlar, gurultulu şəlalələr və müalicəvi bulaqlar gözləyir. Ada həmişə unudulmaz bayram və parlaq təəssüratlar bəxş edən sürprizlər və kəşflərlə doludur. Balililər mehriban insanlardır, onlar adanın qonaqlarına həmişə səmimi yanaşırlar. Burada hər şey qeyri-adidir. Axı yerlilər 21-ci əsrdə yaşamırlar: adadakı insanlar hələ də bir dövrü 210 günə bərabər olan qədim "Pavkun" təqviminə görə yaşayırlar. Burada onlar ağ və qara sehrə və dünyanın gözəl və ahəngdar olduğuna inanırlar...

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Qlobal siyasi dəyişikliklər nəticəsində yaranan axın

Balidəki kütləvi turizm sənayesi qlobal siyasi dəyişikliklər nəticəsində yaranıb. İndoneziya prezidenti Suharto prezident olan kimi Dünya Bankının dəstəyini alıb. 1969-cu ildən Balidə ilk beşulduzlu hotellər tikilməyə başlanıb, hava limanı genişləndirilib, dünya turizmi adanın şərq və qərb sahillərinə yönəlib. Adanın mədəniyyət mərkəzi - məşhur filmin çəkildiyi Ubud kəndi 2006-cı ildə əsl qlobal ulduza çevrilib. Amerikalı yazıçı Elizabet Gilbertin kitabı işıq üzü görəndən sonra adanın sorağı dünyaya yayılıb. Bu gün Bali dünyada görülməli on adadan, ən yaxşı on tropik kurortdan biri olmaqla, İndoneziyanın inkişaf edən turizm sənayesinin əsas mərkəzinə çevrilib. 300 min əhalisi olan paytaxt Denpasar, gənclərin gecə həyatının mərkəzi olan Kuta, Culiya Robertsin oynadığı məşhur filmlə məşhurlaşan Ubud kəndi, çimərlikləri ilə məşhur Seminyak hər il milyonlarla qonaq qəbul edir. Bali okeanlararası təkrar səfərlərin reytinqinə başçılıq edir.

Adada çimərlik mövsümü aprel-oktyabr ayları aralığına təsadüf edir. Fevral-mart aylarında havanın temperaturu 26-30 arasında dəyişsə də, yerlilər çimməyi məsləhət görmürlər. Onlar qəfil musson yağışlarına öyrəşsələr də, turistlər bunu heyrətlə qarşılayırlar. Üstəlik, Balidə okeanda çimmək hər adamın orqanizminə uyğun deyil. Dəniz mövsümündə müxtəlif dəri xəstəliklərindən şikayətlənənlər çoxdur. Adanın həşərat və heyvanları da təhlükəlidir. Məsələn, çox turist adadakı məşhur Meymun cəngəlliyinə tura çıxmaqdan çəkinir: "Meymunlar insanların üzərinə cumur, əllərindəki əşyaları qapır, özlərini aqressiv aparırlar. Adanın heyvanat aləminin dilini yerli sakinlərdən yaxşı bilən yoxdur", - deyə yerlilər etiraf edirlər.

Bali çox maraqlı adadır. Burada bələdçi kitabçalarında yazılmayan məqamlar da var: çimərliklərdə cibgirlər, saxta valyutadəyişənlər, həmişə təmiz olmayan ictimai çimərliklər, güclü dalğalar, sualtı axınlar və s. Ancaq bütün bunlara baxmayaraq, hər il tətillərindən zövq alan milyonlarla turisti cəlb edir...

Adanın bənzərsiz mədəni ənənələri

Bali inanclı yerdir və adanın bənzərsiz mədəni ənənələri var. Cənub-Şərqi Asiyada yeganə hindu icmasının evi, dəbdəbəli dini mərasimlər, rəngarəng bayramlar, sehrli qamelan musiqisi, inanılmaz rəqslər, teatr və fərqli memarlıq qədim və müasir Bali həyatının hər anını əks etdirir.

İndoneziyada ümumilikdə 20 000-dən çox qədim məbəd və saray var. Balidə də saysız-hesabsız hindu məbədi var. Onlardan bəziləri unikaldır. Suyun üzərində "uçan" Taman Ayun Kral Məbədi, kecak rəqsi ilə şouların keçirildiyi Uluvatu məbədi kompleksi adamı heyrətə salır. Burada tez-tez turistlər üçün açıq olan möhtəşəm məbəd festivalları keçirilir. Məbədlərə ancaq xüsusi geyimlə daxil olmaq mümkündür. Adada bir-birindən yüz metr məsafədə Çin məbədi, hindu məbədi və müsəlman məscidi yerləşir.

Balidə hər ailənin həyətində öz məbədi var. Onlar inanclarına görə, əzizlərini həyətlərində dəfn etdiklərindən məzarları üzərində məbəd ucaldır və daim ayinlər icra edirlər. Bali camaatı çox mehribandır. Həyətinə daxil olduğum ailələrdən biri mehribanlıqla oturmağa dəvət edir və şükranlıq üçün hazırladığı yeməyi təklif edir. Balidə hər yerdə içərisinə müəyyən ərzaqlar qoyulmuş balaca qutulara rast gəlmək olur. Onlar bu yolla tanrıya pay göndərir və şükranlıq edirlər. Həmin qutuları tapdamaq günah sayılır.

Adada çörəkdən demək olar ki, istifadə olunmur

Ada geniş düyü terrasları, kokos xurma sahələri və qəhvə plantasiyaları ilə məşhurdur. Turistlər üçün bu məkanlara ayrıca turlar təşkil edilir.

Dünyanın ən bahalı qəhvəsi olan luvak Balidə istehsal olunur. Əsasən ixrac edilən bu qəhvənin kiloqramı min dollardan bahadır. Ayrıca Balidə ekzotik meyvələrin qəhvə və çayları hazırlanır.

Düyü terrasları isə ucsuz-bucaqsızdır. Düyü yerli sakinlərin əsas qidasıdır. Balidə yerli mətbəx üstünlük təşkil edir. "Biz gündə 3 dəfə düyüdən hazırlanan yemək yeyirik. Gün ərzində bir kiloqram düyü bişirilir. Bu, bizim gündəlik qidamızdır. Bizdə çörəkdən demək olar ki, istifadə olunmur",- deyə tur boyu bizi müşayiət edən yerli sürücü bildirir.

Adanın digər fərqli xüsusiyyəti bütün hotellərdə təklif olunan unikal və qədim reseptlərə əsaslanan müxtəlif növ masajlardır.

Bali sonsuz təəssüratların kaleydoskopu, hər zövq və yaş üçün unudulmaz bir tətildən ötrü tükənməz duyğular karnavalıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://oxu.az
archiveBu xəbər 24 Mart 2025 00:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see519

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see344

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see288

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see218

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see200

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

19 Noyabr 2025 13:22see159

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see158

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see150

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see148

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see143

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see142

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see138

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see134

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see134

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see132

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see131

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see131

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see129

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see129

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri