Modriç Messinin milli karyerasını başa vurmasına təəssüfləndi: “O, unikal oyunçudur”
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Milan”ın futbolçusu Luka Modriç Lionel Messinin Argentina millisindəki karyerasını başa vurmasına münasibət bildirib.
İdman.Biz xəbər verir ki, xorvatiyalı futbolçu Messinin milli komanda ilə qazandığı uğurları yüksək qiymətləndirib.
“Messi unikal oyunçudur. Nə demək olar? Onun karyerasını bitirməsi təəssüf doğurur, lakin bu, onun qərarıdır və biz ona hörmət etməliyik. O, milli komanda ilə inanılmaz uğurlara imza atdı, arzusunda olduğu dünya çempionatını qazandı və dünyanın ən yaxşı oyunçularından biridir. Messinin oyununu izləmək böyük zövq idi”, - deyə Modriç bildirib.
Xorvatiyalı yarımmüdafiəçi Messi ilə qarşılaşdığı oyunları da xatırlayıb:
“Lakin ona qarşı oynamaq - həm millidə, həm də “Real”ın heyətində - mənə xeyli əzab verirdi! Yenə də, düzünü desəm, onun oyununa baxmaq xoş idi, çünki o, unikal futbolçudur. Ona uğurlar arzulayıram”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 07 Oktyabr 2026 23:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















