Mohavedian: “İran Ermənistana sərhədlərini qorumaq üçün hərbi yardım edə bilər”
Icma.az, Tribuna portalına istinadən məlumat verir.
“İran Ermənistana öz sərhədlərini qoruya bilməsi üçün kömək edə bilər. Bu onun üçün böyük problem olmayacaq”.
Tribunainfo.az xəbər verir ki, bu sözləri iranlı ekspert Ehsan Mohavedian deyib.
O iddia edib ki, əgər Ermənistan və İran hərbi əməkdaşlığı dərinləşdirmək üçün ciddi addımlar atsalar, Azərbaycan və Türkiyənin Zəngəzur dəhlizini reallaşdırmaq şansı olmayacaq.
Ehsan Mohavedian təhdid etməkdən də çəkinməyib. O deyib ki, Azərbaycanın İrana birbaşa hücum etməsinə inanmır. Ardından da köhnə “mahnı”nı oxumağa başlayıb. “Ola bilsin ki, İsrail Azərbaycanın hava məkanından bizə qarşı istifadə etmək istəyir. Bunu keçmişdə ediblər”.
İranlı ekspert əsas “mətləb”ə gələrək, deyib ki, Bakı belə bir addım atmağa cəhd etsə, aqressiv cavab verəcəklər. “Biz onları bu cür aqressiv hərəkətləri dayandırmağa məcbur edəcəyik və bu onlara çox baha başa gələ bilər”.
Fərda Uğur
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 12 Aprel 2025 12:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















