Möhsün Rezai Qətərin Baş naziri ilə görüşdə ABŞ ni hədələyib
Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ağ Ev İrana qarşı hərbi və iqtisadi hücum həyata keçirsə, bu, Amerikaya baha başa gələcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani ilə görüşdə deyib.
"Amerika şər işlərə əl atarsa, onların başına tarixə yazılacaq bir bəla gətirərik", - M. Rezai bildirib və İranın çətin günlərdə Qətərə kömək etdiyini xatırladıb.
Onun sözlərinə görə, Tehran Vaşinqtona etibar etmir: "Onlar dəfələrlə diplomatiya və danışıqlara xəyanət ediblər. Amerikanın hərbi və iqtisadi maraqlarına problem yarada bilərik.
Amerika əvvəlcə İranın şərtlərinin yerinə yetirilməsi istiqamətində əməli addımlar atmalıdlr, bundan sonra isə İran Hörmüz boğazının yenidən açılması üçün hərəkətə keçəcək.
Al Tani isə çətin şəraitdə İranın yardımlarına və iki ölkə arasındakı qardaşlıq əlaqələrinə görə minnətdarlıq edərək bildirib ki, ölkəsi İran ilə əməkdaşlıqda heç vaxt tərəddüd etməyib:
"Bölgənin hazırkı həssas şəraitində, məsuliyyət hissinə əsaslanan motivasiya ilə İranla əməkdaşlığa həmişə can atırıq".
Xatırladaq ki, Al Tani İran Prezidenti Məsud Pezeşkian və İslam Respublikasının parlamentinin sədri Məhəmməd Baqir Qalibafla da görüşüb. Əsas müzakirə mövzusu regionda gərginliyin azaldılması, ABŞ ilə danışıqların bərpası olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 27 Avqust 2026 21:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















