Icma.az
close
up
RU
MÖHTƏŞƏM QURUCULUQ İŞLƏRİ İNSANLARI HEYRAN EDİR

MÖHTƏŞƏM QURUCULUQ İŞLƏRİ İNSANLARI HEYRAN EDİR

Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İndi demək olar ki, Azərbaycanda elə bir bölgə, elə bir şəhər, rayon yoxdur ki, orada abadlıq, quruculuq və tikinti işləri həyata keçirilməsin. Özü də bu işlərin hamısı  dövlətin  hesabına  gerçəkləşdirilir. Hər bir regionun sosial-iqtisadi inkişafı üçün birmənalı olaraq böyük addımlar atılır. Bu addımların  həm əvvəli, həm də sonu uğurla nəticələnib. Ən azından ona görə ki, hansı şəhərə, hansı rayona, hansı qəsəbəyə yolun düşsə orda birmənalı olaraq möhtəşəm  quruculuq işlərinin şahidi olmaq mümkündür. Bu isə insanların böyük sevincinə səbəb olur, onların yaşayışı, həyat şəraiti  üçün gözəl imkanlar yaradır.

Eyni zamanda bu işləri zaman-zaman görmək və həyata keçirtmək üçün hər bir vəzifə sahibindən, hər bir vətəndaşdan çox böyük məsuliyyət, işə vicdanlı münasibət olmalıdır. Bu isə o deməkdir ki, ölkəmizdə gedən möhtəşəm tikinti işlərində hər bir Azərbaycan vətənadşı da qolunu çırmayıb bir iş görməli və öz töhfəsini verməlidir. 

Bu gün sevinirici haldır ki, ən ucqar dağ kəndlərində belə hər şey yenidən qurulur, yenidən tikilir və başqa sözlə demiş olsaq, dünya standartlarına cavab  verə bilən sosial obyektlər, səhiyyə ocaqları, məktəblər və digər möhtəşəm tikililər həyata keçirilir. Bunlar hamısı Azərbaycan xalqının və Azərbaycan dövlətinin sürətli inkişafı, rifah halının yaxşılaşması deməkdir. 

Bakının iki addımlığında yerləşən Sumqayıt şəhərində də son 20 ildə çox möhtəşəm abadlıq, quruculuq və tikinti işləri görülüb və görülür. Bu yaxınlarda yolumuz Sumqayıta düşmüşdü. Sözün düzü, şəhəri tanımadıq. Çünki neçə illər idi bu şəhərə getmirdik. Amma bu yaxınlarda getdik və gördük ki, elə Sumqayıt da Bakı kimi son vaxtlar çox möhtəşəm və gözəl görünür. Bu gözəlliyisə yaratmaq elə də asan deyildir. İlk baxışdan adamn diqqətini cəlb edən güllü-çiçəkli, təmiz və yaraşıqlı parklar, xiyabanlar, küçələr, prospektlərdir. Adam bu şəhərin hər bir gözəlliyinə tamaşa etdikcə bundan zövq alır. Ən başlıcası odur ki, bu gün Sumqayıta abadlıq və quruculuq işləri təkcə şəhərin mərkəzində deyil, bütün mikrorayonlara və yaşayış massivlərində  görülür. Bu isə o deməkdir ki, hər bir Sumqayıt sakini şəhərdə gedən dəyişiklikləri öz yaşayış yerində, öz həyatında və güzaranında görür. 

Əgər Sumqayıtda son illərdə görülmüş abadlıq və quruculuq işlərinin siyahısını tərtib etsək, uzun bir siyahı alınar. Bayaq dedik axı, bu şəhərdə o qədər möhtəşəm işlər görülüb ki, adam istəyir ki, onlara baxdıqca, yenə baxsın. Ən möhtəşəm işlərdən biri Xəzərin sahilində son vaxtlar yaradılmış və inşa edilmiş qeyri-adi bulvardır. Heç 20 il bundan qabaq burada belə bir gözəllik yox idi. Amma indi neçə kilometr sahədə yeni bulvar tikilib, orada gözəl ağaclar, güllər, çiçəklər əkilib, yerə mərmər daşlar döşənib, uşaqların əylənməsi üçün atraksionlar və müxtəlif oyuncaq yerləri quraşdırılıb. Bununla yanaşı, bulvar boyu insanların istirahət etməsi üçün müasir üslubda tikilmiş və inşa edilmiş kafelər və eləcə də digər istirahət mərkəzləri vardır. Əlbəttə, Sumqayıt bulvarında təmiz hava almaq üçün burada istər isti yay günlərində, istərsə də payız və qış mövsümündə çoxlu sayda insanlar istirahət edirlər.  Sovet dönəmində Sumqayıtın havası çox çirkli idi və onun ekoloji təmizliyinə ikir verən yox idi. Amma bu gün şəhərin təmizliyinə və ekoloji durumuna çox böyük dövlət qurumları tərəfinddən önəm verilir. 

Biz bulvarda olarkən bir neçə Sumqayıt sakini ilə söhbət elədik. Onlardan biri də Sumqayıt sakini Nərminə Nəbi qızı Məmmədovadır. Nərminə xanım dedi ki, səhiyyə ocaqlarının birində işləyirəm, evimiz də bulvara çox yaxındır, işdən çıxanda və yorulanda gəlib yarım saat burada gəzir, təmiz hava qəbul edir və istirahət eləyirəm. Bundan sonra həm əsəblərim sakitləşir, həm də yorğunluğum canımdan çıxır. Vallah, şəhərimiz çox gözəlləşib, son 20 ildə isə tanınmaz dərəcədə hər şey yenidən inşa edilib. Bütün bunlar biz insanlar üçün olunub. Çünki biz Sumqayıtda uzun müddətdir yaşayırıq və burada çox dəyişikliklər görmüşük. Dolanışığımız da lap yaxşıdır. Mən həm təqaüd alıram, həm də işləyirəm. Oğluma, nəvələrimə maddi dəstək dururam. Bütün bunlara görə və həyatıımızın firavanlığı üçün ölkə prezidenti cənab İlham Əliyevə öz minnətarlığımızı bildiririk. Çünki cənab Prezident dəfələrlə Sumqayıta səfər edib, biz sakinlərlə görüşüb və qayğı göstərib. Hər dəfə Prezident gedəndən sonra Sumqayıtda abadlıq və quruculuq işlərinə milyonlarla manat vəsait ayırıb. Bu vəsaitsə İcra Hakimiyyəti və digər qurumlar tərəfindən şəhərimizdə möhtəşəm tikililərin inşa edilməsinə yönəldilib. Mən bu gün Sumqayıtda yaşamaqla qürur duyuram. Çünki Sumqayıt artıq dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Əlbəttə, yenə deyirəm, nə gözəllik varsa, nə inkişaf varsa, nə tərəqqi varsa buna görə xalqını və millətini sevən və ona xidmət etməklə qürur duyan cənab İlham Əliyevə borcluyuq! 

Bir faktı da deyək ki, son vaxtlar Sumqayıt şəhərində neçə-neçə möhtəşəm səhiyyə ocaqları, məktəblər, uşaq bağçaları və digər sosial obyektlər inşa edilib. Ən sevindirici hal odur ki, şəhərdə ASAN xidmət də fəaliyyət göstərir və eyni zamanda çoxlu sayda təhsil ocaqları və səhiyyə müəssisələri əsaslı surətə təmir edilərək əhalinin istifadəsinə verilib. 

Əlbəttə, bütün bunlar onu deməyə əsas verir ki, Sumqayıtda təkcə yol inrastrukturu inşa edilmir, həm də digər infrastrukturlar yenidən tikilərək, əhalinin xidmətinə yönəldilir. İnsanlarsa birmənalı olaraq şəhərdə gedən və görülən bu işlərdən çox məmnundur.

Onu da qeyd edək ki, Sumqayıtda son 20 ildə çoxlu sayda fabrik, zavod və istehsalat sahələri tikilib. 

Onların bir hissəsi dövlət və özəl şirkətlər tərəfindən inşa edilsə də, bir neçəsi xarici investorların sərmayəsi ilə inşa edilib. Bu isə o deməkdir ki, xarici iş adamları və şirkətlər Sumqayıtda gedən abadlıq,  quruculuq, tikinti işlərində yaxından iştirak edir və bu işlərə sərmayə qoyur. Heç şübhəsiz, Sumqayıtda istehsal olunan məhsullar ölkəmizlə yanaşı, xaricə də ixrac edilir. Bunun nəticəsində iş adamları öz qoyduqları sərmayənin artıq maya dəyərini çıxarmaqla yanaşı, xeyirini də görürlər. Üstəlik də bu müəssisələrdə yüzlərlə Sumqayıtlı sakin yeni iş yeri ilə təmin edilib və onlar ailələrini buradan qazandıqları əməkhaqqı ilə dolandırırlar.

Əlbəttə, baş çəkdiyimiz şəhərdə  kiminlə söhbət etdiksə, o insanlar gedən abadlıq və quruculuq işlərindən ağızdolusu  danışdılar. Danışdılar ki, şəhərimizdə bizim yaşamağımız, işləməyimiz və istirahət etməyimiz üçün hər cür şərait var. Təbii ki, bu şəraiti də bizə cənab prezident İlham Əliyev yaradıb. Biz isə buna görə prezidentimizə təşəkkür edirik. Çünki ölkəmiz bir tərəfdə işğaldan azad olunmuş rayonlarda abadlıq, quruculuq, tikinti işləri görməklə yanaşı, həm də bizim həyat şəraitimizi yaxşılaşdırmaq üçün  çox böyük layihələr gerçəkləşdirir. Buna görə bir daha ölkə rəhbərinə minnətdarlıq edirik!

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://adalet.az
archiveBu xəbər 25 İyul 2025 09:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see384

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see353

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see344

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see292

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see260

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see257

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see242

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see235

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see219

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see210

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see210

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see207

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see202

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see200

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see198

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see193

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see187

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see177

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri