Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Roma nın Raspadori planı

MOİK in futbolçusu: Oyunumuza Prezidentin gəlişi həyəcanlı və gözəl idi MÜSAHİBƏ

MOİK in futbolçusu: Oyunumuza Prezidentin gəlişi həyəcanlı və gözəl idi MÜSAHİBƏ

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

"Qarabağ"a qarşı keçiridikləri oyun, tarixə həkk olunmuş həmin günlə bağlı MOİK-in futbolçusu Ülvi İbazadənin Teleqraf-a müsahibəsi

- Xankəndidəki oyunu necə xatırlayırsınız?

- Tarixi oyun idi. Həmin azarkeşlər, ab-hava yada düşəndə o həyacanı hiss edirəm. İllər sonra Xankəndidə ilk oyuna çıxırdıq, hiss edirdik ki, tarixə düşəcəyik. Bunları sözlə ifadə etmək olmur.

- Nə zaman bildiniz ki, Prezident İlham Əliyev də oyununu stadiondan izləyəcək?

- Qarşılaşmadan bir həftə öncə bilinirdi. Artıq demişdilər. Bunun özü də həyəcanlı və gözəl idi.

- Rəqib “Qarabağ” kimi Premyer Liqada titullu, MOİK isə I Liqada mübarizə aparan komanda idi. Həm bu amil, həm də dövlət başçısının ilk dəfə ölkədaxili futbol matçında iştirakı sizi nə dərəcədə həyəcanlandırmışdı?

-“Qarabağ”ı bütün dünya tanıyır. Biz də onlarla fəxr edirik. Belə komandaya qarşı oynamaq özü gözəl idi. Əvvəldən soruşsaydılar ki, kiminlə oynamaq istəyirsiniz, biz yenə də hamılıqla onları seçərdik. Çünki adı, şöhrəti var. Onlarla oynamaq xoş idi, nəinki digər klublarla.

- Oyunun əvvəlindən sonuna qədər ciddi müqavimət göstərdiniz. Bu, rəqibin zədə amilinə görə ehtiyatlanmasından, yoxsa sizin onları belə oynamağa məcbur etməyinizdən irəli gəlirdi?

- Məncə, elə meydan rol oynayırdı. “Köhlən atlar”ın bizimlə müqayisədə milyonluq futbolçuları var. Yəqin, istəmirdilər ki, zədə və ya başqa nə isə olsun. Biz də layiqli mübarizə apardıq. Demək olar ki, başabaş oynadıq. Düzdür, uduzduq, bu da gözlənilməz deyildi. Amma ən azından çəkinmədik.

- Bəlkə Ordu klubu olduğunuzdan, sizə hörmətlə yanaşdılar?

- O da ola bilər. Oyunun içində əvvəldən bəlkə də elə düşünmək olardı. Amma ikinci hissədə rəqib komanda qol vurmadıqca başqa cür oynamağa başladı. Hiss edirdik ki, artıq üstümüzə gəlirlər. Həm xarakter, həm də oyun baxımından aqressivləşmişdilər. Yassin Benzia, Abdullah Zubir, Leandro Andrade oyuna girdikdən sonra vəziyyət dəyişmişdi. Yoxsa əvvəldən mübarizə aparırdıq. Yenə də aparırdıq, amma səviyyə fərqi hiss olunurdu.

- Prezident İlham Əliyev topa ilk toxunuş edərkən ötürməni MOİK-ə etdi. Belə fikirlər səsləndi ki, bu, Azərbaycan Ordusunu təmsil edən komandaya bir jest idi...

- Bu barədə bizə heç nə deyilməmişdi. Cənab Prezidentin seçimidir. Bəlkə deyiblər ki, bunlar I Liqa klubudur. Ona görə bizə veriblər, dəqiq bilmirəm. Ötürmə dayaq yarımmüdafiəçi, kapitanımız İsa Zeynallıya verildi.

- Xankəndiyə görüşdən nə qədər müddət əvvəl getmişdiniz?

- Həmin vaxt bizim çempionat oyunumuz da vardı. Yaxşı formada idik. I Liqada 10-11 tur idi ki, uduzmurduq. Bir gün öncə Xankəndiyə getdik. Şuşada oteldə qaldıq, səhəri gün oyundan sonra isə Bakıya döndük. Çünki 4 gün sonra “Şamaxı” ilə də oyunumuz vardı.

- Hərbçilərlə görüşünüz oldumu?

- Xeyr. Komanda şəklində gəzdik. Amma hərbçilərlə ayrı-ayrılıqda görüşümüz olmadı.

- Oyunu izləyənlərin bir çoxu elə hərbçilər idi...

- Bəli, stadionun bir tərəfi bizə azarkeşlik edirdi. İkinci hissədə mən oynadığım tərəfdəki tribunaların çoxu hərbçilər idi, bizi dəstəkləyirdilər.

- İlk dəfə Xankəndi stadionunda olmaq sizdə necə xatirə buraxdı?

- Ora gedərkən həm həyəcan, həm sevinc vardı. İllər sonra düşünürsən ki, tarixə düşəcəksən. Bir az qəribə hislərdir. Həm Şuşa, həm də Xankəndi çox gözəldir. Qismət olar, yenidən o torpalarda oyunlarımız baş tutar. Fərqi yoxdu, "Ordu" və ya başqa bir komanda, təki olsun.

- Hətta belə söhbətlər gəzirdi ki, MOİK Xankəndiyə köçüb oranı təmsil edəcək. Bu barədə sizdə məlumat vardı?

- Əslində bunu bizə “Qarabağ”la oyundan əvvəl də demişdilər. Guya köçə bilərik, filan. Amma olmadı. Qismət olarsa, gedib layiqincə oynayarıq.

- Hazırda çempionat oyunlarınızı keçirdiyiniz Binədə məşq edirsininiz?

- Bəli, hər ikisi orada keçirilir.

- Heyətinizdə yenə əsgərlər var?

- Bəli, var.

- Komandada ümumi vəziyyət necədir?

- Pis deyil. Növbəti mövsümdən daha da yaxşı olar. Bildiyimə görə, büdcə də artıb. Ümid edirəm ki, çempionluğa oynayarıq. Ötən il alınmadı, bu il onun əvəzini çıxarıq.

- Artıq Rusiyadakı MOİK kimi peşəkar kluba çevrilmək məsələsi varmı?

- Yeni rəhbərlik bu işdə çox yaxşıdır. Deyiblər ki, Premyer Liqaya vəsiqə qazanmalıyıq.

- Komandaya yeni baş məşqçi İlham Yadullayev təyin olunub. Yeni futbolçuların cəlb olunması gözlənilirmi?

- Baş məşqçinin təyinatı bir həftə öncə dəqiqləşdi. Komandaya kimin gəlib, kimin gedəcəyini bilmirəm. Yəqin ki, təlim-məşq toplanışında bilinəcək.

- Sizinlə görüşü olubmu?

- Bəli, mənimlə şəxsi görüşü olub. Müqaviləm bitmişdi, o barədə danışdıq.

- Özünüzə başqa klublardan təklif vardımı?

- Premyer Liqadan olmasa da, birinci Liqadan vardı. Bura mənə rahat və xoşbəxt yer olduğundan başqa yerə getmədim. MOİK də müqaviləımi uzatmaq istədi, mən də imzaladım.

- Bu komandada rahatlığı və xoşbəxtliyi nədə görürsünüz?

- Komandanın adı, tarixi bəs edir. Komanda dəyişib ora öyrəşmək, alınıb-alınmaması var. Amma bura artıq öyrəşmişəm. Hər şey pul demək deyil.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 26 İyun 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see262

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see247

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see239

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see218

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see205

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see200

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

25 Dekabr 2025 18:54see183

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see178

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see171

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see166

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see164

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see162

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see154

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see152

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see142

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see142

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see141

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see141

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see136

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri