Icma.az
close
up
RU
Moldovada Zəfər Günü qeyd edilib

Moldovada Zəfər Günü qeyd edilib

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kişineu, 7 noyabr, AZƏRTAC

Azərbaycanın Moldovadakı səfirliyinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə xarici ölkələrin səfirləri, hökumət rəsmiləri, tanınmış ictimai-siyasi xadimlər, soydaşlarımız iştirak ediblər.

Mərasimin açılışında Azərbaycanın və Moldovanın Dövlət himnləri səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Səfir Ülvi Baxşəliyev bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuzun əldə etdiyi bu böyük Qələbə Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb.

“2020-ci il 44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz, həmçinin 2023-cü ildə qətiyyətli antiterror tədbirləri nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyuldu. Bu tarixi nailiyyət yalnız Azərbaycanın milli iradəsinin və əzmkar mübarizəsinin təntənəsi deyil, eyni zamanda, bölgədə ədalətin, sülhün və sabitliyin bərqərar olunmasına mühüm töhfədir. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü, ədaləti və beynəlxalq hüququ bərpa edib”,- deyə səfir əlavə edib.

Səfir vurğulayıb ki, ölkə başçımızın rəhbərliyi altında atılmış addımlar Azərbaycanın irəli sürdüyü sülh gündəliyini bir daha təsdiq etdi.

Ülvi Baxşəliyevin sözlərinə görə, hazırda “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə uğurla aparılan genişmiqyaslı bərpa və quruculuq işləri regionun simasını köklü şəkildə dəyişir.

Moldova Xarici İşlər Nazirliyinin dövlət katibi Sergey Mihov Azərbaycanın Zəfər Günü ilə bağlı təbriklərini çatdıraraq bildirib ki, Azərbaycana sülhün, sabitliyin və regional inkişafın təşviqi istiqamətində mühüm səylər göstərir.

“Moldova Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü ardıcıl olaraq dəstəkləyib və dəstəkləməkdə davam edir. Hər iki ölkə arasında münasibətlər səmimi dostluq və fəal əməkdaşlıq ruhunda inkişaf edir. Bu baxımdan biz dövlət başçılarımızın görüşlərini, Xarici İşlər Nazirliyi və digər aidiyyəti nazirliklər səviyyəsində çoxsaylı səfərləri, idarələrarası siyasi məsləhətləşmələri qeyd edirik. Biz ikitərəfli gündəliyin gücləndirilməsinə yönəlmiş müzakirələrin irəliləməsində maraqlı olduğumuzu bildiririk. Ümid edirik ki, ikitərəfli səfərlər praktikasını eyni sürətlə, o cümlədən ən yüksək səviyyədə davam etdirəcəyik”, - deyə Sergey Mihov əlavə edib.

XİN rəsmisi bildirib ki, iki ölkə iqtisadi sahədə səmərəli əməkdaşlıq edir və ölkəmizin enerji təchizatı mənbələrinin və marşrutlarının şaxələndirilməsində Azərbaycan Respublikasının töhfəsinə ümid edir.

Moldovada yaşayan soydaşlarımızın Zəfərimizi qürurla yaşadığını qeyd edən Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov isə çıxışında bildirib ki, Zəfər Günü Azərbaycan dövlətinin gücünün, birliyinin simvoluna çevrilib. Vətən müharibəsində Azərbaycan xalqının və əzəmətli Ordusunun qazandığı Zəfər dövlətçilik tariximizə qızıl hərflərlə həkk olunub. Moldovada yaşayan azərbaycanlılar da Zəfər Gününü təntənəli şəkildə qeyd edirlər.

Çıxışlardan sonra şanlı Zəfərimizə həsr olunmuş videoçarx nümayiş etdirilib. UNESCO-nun Beynəlxalq Plastik Sənətlər Assosiasiyasının üzvü olan azərbaycanlı rəssam Nərminə Nəcəfovanın və digər tanınmış Azərbaycan rəssamlarının əsərlərindən ibarət “Biz qayıtdıq” mövzusunda rəsm sərgisinə və şanlı Zəfərimizə aid fotosərgiyə baxış keçirilib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Noyabr 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see948

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see424

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see330

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see248

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see235

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see234

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see226

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see216

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see206

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see205

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see196

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see195

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see193

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see190

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see188

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see187

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see183

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see179

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see177

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri