Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Ronaldo dönəmi başa çatır

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

MOLLA CÜMƏ 171

MOLLA CÜMƏ 171

Icma.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi və Şəkinin Turan qəsəbəsində fəaliyyət göstərən uşaq musiqi məktəbinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Molla Cümənin anadan olmasının 171 illiyi qeyd edilmişdir. Tədbirin aparıcısı Nakam adına Mərkəzi kitabxananın bölmə müdiri Dilbər xanım Yaqubova ilk sözü Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin direktoru Ülkər Mahmudovaya verdi. O, Bakıdan və respublikamızın müxtəlif rayonlarından gələn Molla Cümə sevərləri salamladı. Sonra söz verildi Azərbaycan Yazıçılar Birliyi Şəki Bölməsinin rəhbəri, tanınmış şair, el ağsaqqalı Vaqif Aslana.

Vaqif Aslan Molla Cümənin yaradıcılığı haqqında danışanda qeyd etdi ki, Azərbaycanda klassik aşıq poeziyasının görkləmli nümayəndələrindən biri də Molla Cümədir. Onun həyatı və yaradıcılığı, poetik aləmi olduqca maraqlıdır. Bu onu çox sənət adamlarından fərqləndirir. Molla Cümə Azərbaycan xalqına zəngin irs qoyub getmişdir. Təəssüf ki, bu irs çox gec öyrənilməyə başlanmışdır. Molla Cümənin yaradıcılığını əks etdirən mindən çox özünün əli ilə yazılan nümunələr vardır. Amma yazılmayan, məclislərdə bədahətən deyilən, bir müddət sonra yaddaşlarda yaşayan, bir çox hallarda deformasiyaya uğrayan şeirləri toplanmışdır.

Bütün bu faktlar onu göstərir ki, Molla Cümə çox məhsuldar bir sənətkar olmuşdur. Onun yaradıcılığı o qədər zəngindir ki, bu çoxlarını təəccübləndirir. Belə ki, Molla Cümə aşıq poeziyasının bütün janrlarında yazıb yaratmış və ustadnamələr qoyub getmişdir.

Sonra söz verildi Molla Cümənin həmkəndlisi, tanınmış hüquqşünas, böyük ziyalı, Molla Cümə irsinin nəşrinə dəfələrlə hamilik edən Abdulla Yusifliyə. Abdulla müəllim qeyd etdi ki, Molla Cümənin yaradıcılığında əsas yeri nakam məhəbbət lirikası tutur. Molla Cümənin şeirlərində insanın mənəvi gözəlliyi böyük səmimiyyətlə vəsf edilib. Molla cümənin ilk və son sevgilisi “İsmi pünhan”dır və onun yaradıcılığında bu ad dəyişilməz, əvəz olunmaz xətlə davam etmişdir. Aşıq şeirlərində yüzlərlə gözəlin adını müxtəlif formada, bəzən əbcəd hesabı ilə, bəzən də gözəlin adında olan hərfləri şeirin vəzninə uyğunlaşdırıb söyləmişdir. Bir neçə şeirində isə “İsmi pünhan”ın adında 4 hərfin olduğunu aşkar etmişdir. Lakin Molla Cümə öz yaradıcılıq illərində kamilləşdikcə “İsmi pünhan” da onun aləmində ülviləşib, poetikləşib və ümumiləşərək bütün əsərlərində əks olunmuşdur. Molla Cümənin öz sözü ilə desək, “İsmi pünhan üstündədir xeyri-şərim”.

Molla Cümənin dünyagörüşünü öyrənmək üçün onun şeirlərini oxumaq, təhlil etmək gərəkdir. Molla Cümə öz yaradıcılığı ilə çox sevdiyi xalqının zövqünü oxşamış, ona ilahi sevgi yolları göstərmişdir. O, həm də insanlara sevinc bəxş etməklə, dünyanı dərk etmək üçün sevgi ilə yaşamaq nümunəsi göstərmişdir. Bu sevgi hələ çox əsrlər də insanlara mayak olacaqdır.

Söz verildi Molla Cümənin pərəstişkarı, onun külliyyatının yarıdan çoxunu əzbər bilən Hacı Ömərə. O da öz çıxışında Molla Cümə yaradıcılığının müxtəlif formaları haqqında danışdı.

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi Həmkarlar İttifaqı Rayon Komitəsinin sədri Nəzakət Əliyeva çıxış etdi.

Tədbirdə Turan qəsəbə uşaq musiqi məktəbinin aşıqlar ansanblı, “Koroğlu” nağara ansanblı və Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin musiqi kollektivi Molla Cümənin sözlərinə yazılmış mahnılar ifa etdilər.

sonunda Molla Cümənin ailəsi adından nəticələri Nahib və Elman Əzizovlar çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürlərini bildirdilər.

Şəki,

Çingiz Nağıyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://adalet.az
archiveBu xəbər 03 Dekabr 2025 09:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see608

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see315

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see314

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see224

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see224

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see222

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see222

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see213

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see208

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see207

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see207

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see207

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see206

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see204

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see203

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see201

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see200

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see200

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see199

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri