Icma.az
close
up
RU
Molla pulu və təmtəraqlı ehsanlar İslamda bu var?

Molla pulu və təmtəraqlı ehsanlar İslamda bu var?

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Yas mərasimlərində son illər bəzi dəyişikliklər müşahidə olunsa da, cəmiyyətdə hələ də müzakirə doğuran məqamlardan biri pul yığılması məsələsidir. Bir tərəfdən ehsan süfrələrinin yığışdırılması istiqamətində addımlar atılır, digər tərəfdən isə bəzi hallarda yas sahiblərindən pul toplanması davam edir. Sual yaranır ki, bu hal İslamın yasla bağlı qoyduğu qaydalara uyğun gəlir?
Məsələ ilə bağlı ilahiyyatçı Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, əvvəllər yas məclislərində yas düşən evlərə qohumlar, tanışlar, qonşular yemək bişirib gətirirdilər:
"Sonralar bu, yasa pul yığılması formasında dəyişdi. Yas məclislərində siyahı tutulur, pul yığılır və bu vəsaitdən yas sahibi mərhumun məclislərinə ehsan verir, başdaşının xərclərini qarşılayırdı. İndi bəziləri deyir ki, Bakıda molla pulunun qiyməti çox bahadır. Bütün bunların heç biri İslamda yoxdur. İslama görə insan dünyasını dəyişəndən sonra yuyulur, kəfənlənir və dəfn olunur. Üç gün ərzində isə dəfndə iştirak edə bilməyənlər gəlib mərhumun ailəsinə başsağlığı verib gedirlər. Amma bizdə bu məsələ adətlərlə qarışdırılıb. Türk xalqlarında ölən şəxs üçün yemək verilir və bu, İslamla eyniləşdirilib. İnsanların çoxu bunun İslamla əlaqəli olduğunu düşünür, amma İslamda belə anlayış yoxdur. Əksinə, İslamda yas düşən ailəyə yemək bişirib aparmaq tövsiyə olunur. Müasir dövrdə bəzi imkanlı şəxslər ümumiyyətlə pul yığmır, lakin imkanı zəif olanlar buna məcbur qalır".
İlahiyyatçı qeyd edib ki, bu gün elə çıxılmaz vəziyyət yaranıb ki, yas düşən insan həm itkinin ağrısını yaşayır, həm də cəmiyyətin gözləntiləri ilə üz-üzə qalır:
"Ona görə bu məsələdə kimisə sərt ittiham etmək, eyni zamanda səthi yanaşmaq düzgün deyil. Həqiqət daha sadə və aydındır. Çünki Allah dinə aid məsələlərdə asanlığı seçməyi əmr edib.
İslamda yasın mahiyyəti nümayiş, yarış və ya maddi yük deyil. Yasın mahiyyəti səbir, dua və mərhum üçün rəhmət diləməkdir. Quranda buyurulur ki, səbir edənlərə mükafat hesabsız veriləcək. Bu, yasın ruhunu açıq şəkildə göstərir. Yəni əsas olan insanın daxilində baş verən prosesdir, süfrənin böyüklüyü və ya yığılan vəsait deyil.
Peyğəmbərimiz Məhəmməd (s.ə.s) yas məsələsində aydın ölçü qoyub. O buyurur ki, Cəfər ibn Əbu Talib şəhid olanda səhabələrə onun ailəsi üçün yemək hazırlamağı tövsiyə edib, çünki onların başı öz dərdlərinə qarışıb. Bu hədis yasın fəlsəfəsini tam şəkildə izah edir. Yəni yas sahibi yemək verən yox, əksinə, cəmiyyət tərəfindən dəstəklənən tərəfdir. Burada istiqamət tərsinədir".
O deyib ki, böyük İslam alimləri də bu mövzuda açıq danışıb:
"Məsələn, İmam Nəvəvi yas sahibinin insanlara süfrə açmasını məkruh sayır. İbn Abidin isə bunu bəzi hallarda bidətə yaxın davranış kimi qiymətləndirir. Yəni bu məsələ təkcə sosial deyil, dini baxımdan da ciddi şəkildə müzakirə olunub.
Əgər bu gün pul yığılması məsələsindən danışırıqsa, yığılan vəsait səmimi şəkildə kömək məqsədilə edilirsə və yas sahibinin yükünü azaltmağa xidmət edirsə, bu, İslamın ruhuna daha yaxındır. Çünki dinimiz yardımı təşviq edir. Quranda buyurulur ki, yaxşılıq və təqva üzərində bir-birinizə kömək edin. Bu baxımdan könüllü yardım, xüsusilə gizli edilən yardım həm dini, həm də insani baxımdan dəyərlidir.
Amma məsələ fərqli istiqamət alanda problem yaranır. Əgər pul yığılması sosial təzyiqə çevrilirsə, kim nə qədər verdi yarışına dönürsə və ya yas sahibinin üzərində borc kimi qalırsa, bu artıq İslamın ruhuna ziddir. Çünki din insanı çətinliyə salmaq üçün yox, onu rahatlatmaq üçün gəlib".
Onun sözlərinə görə, müasir elmi yanaşma da maraqlı məqamı göstərir:
"Psixologiya və sosiologiya sahəsində aparılan tədqiqatlar göstərir ki, yas dövründə insanın ən çox ehtiyacı olan şey sosial dəstək və emosional anlayışdır, maddi nümayiş yox. Maddi yarış və sosial müqayisə isə əksinə, insanın stressini artırır. Bu, artıq yalnız dini deyil, elmi olaraq da sübut olunmuş həqiqətdir.
Bu gün cəmiyyətimizdə bəzi ənənələr din adı ilə təqdim olunur, amma mahiyyət etibarilə sosial vərdişdir. Biz bunu ayırmağı bacarmalıyıq. Din deyəndə Allahın qoyduğu ölçünü əsas götürmək lazımdır, insanların yaratdığı formaları yox.
Yas mərasimində pul yığılması yalnız bir şərtlə mənəvi dəyər daşıya bilər ki, bu, səmimi yardım olsun, gizli edilsin və qarşı tərəfi narahat etməsin. Əks halda, bu nə savab gətirir, nə də yasın ruhuna xidmət edir. Əksinə, insanın ən ağır gününü daha da ağırlaşdırır.
Sonda bir həqiqəti unutmayaq. Yas süfrəsi insanın Allaha yaxınlaşdığı yerdir, insanların bir-biri ilə yarışdığı məkan deyil. Orada ölçü kimin nə verdiyi yox, kimin nə qədər səmimi olduğu ilə müəyyən olunur",- deyə o qeyd edib.
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Aprel 2026 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see504

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see315

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see287

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see276

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see275

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see275

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see272

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see268

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see268

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see246

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see241

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see239

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see237

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see232

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see220

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see216

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see214

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see208

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri