Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Molla rejiminə sual: Müharibəni kim kiminlə edəcək, Alış?

Molla rejiminə sual: Müharibəni kim kiminlə edəcək, Alış?

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Elçin Aslangil yazır...

Xəmirini yoğurub yapdığımız İranı hazır kökə kimi qapan molla rejimi o kökəni də dizinin üstünə qoyub, indi bizə qarşı hədə dolu bəyanatlar verir.

Əzizimiz Şəriətmədarinin İranı azad və müstəqil görmək cəfası indiki molla rejiminin səfası ilə nəticələnmədimi? - Nankorlar!

1963-cü ildə şah rejiminə qarşı çıxışlarına görə Ruhullah Xomeyni həbs olunmuşdu və ölüm cəzası ilə üzləşmişdi. O dövrdə İranın nüfuzlu müctəhidlərindən biri olan ayətullah Seyid Kazım Şəriətmədari Xomeyninin müctəhid (dini lider) statusunda olduğunu bildirmiş və bu statusun ona qarşı ölüm hökmünün verilməsini dini baxımdan yolverilməz etdiyini bəyan etmişdi. Bu müdaxilə nəticəsində Xomeyni sürgünə göndərilmiş, amma edamdan qurtulmuşdu.

Əvəzində:

1982-ci ildə Xomeyni onu ölümdən qurtaran Şəriətmədarini dövlət çevrilişində ittiham etdi. Onun evinə basqın edildi, işgəncələrə məruz qoyuldu və milli televiziyada üzr istəməyə məcbur edildi. Nankorlar!

1980-ci illərdə, İran-İraq müharibəsi zamanı minlərlə İran türkü cəbhələrdə şəhid verirdi. Amma eyni zamanda, Təbrizdə türk dili və mədəni hüquqların tanınmaması, mərkəzdən təcrid, siyasi haqsızlıqlar xalqı ayağa qaldırdı.

1982-ci ildə baş verən dinc etirazlar, xüsusilə Şəriətmədarinin təcridinə etiraz olaraq keçirilən mitinqlər molla rejimi tərəfindən amansızlıqla yatırıldı.

Bəzi yerli mənbələrə və insan haqları təşkilatlarının qeydlərinə əsasən, minlərlə insan həbs olundu və 3 500-dən artıq türk müxtəlif illərdə edam edildi. Bu rəqəmlər İranın rəsmi sənədlərində yer almasa da, etibarlı mühacir və şahid hesabatları ilə təsdiq olunub. Nankorlar!

Və indi dövrümüzün nankor xislətli Vilayətiləri, Xameneiləri qalxıb, bizi hədələyirlər:

"İran Zəngəzur dəhlizinin açılmasına imkan verməyəcək. Biz bunu ya Rusiya ilə, ya da təkbaşına edəcəyik. Lazım gələrsə, bura ABŞ muzdluları üçün qəbiristana çevriləcək. Biz bu məsələdə Rusiya ilə birgə hərəkət edə bilərik. Lazım gələrsə, bölgədə müharibə də qaçılmaz olacaq".

Mənim madərbala Vilayətiyə bir sualım var: Müharibəni kim kiminlə edəcək, Alış?

44 günlük şanlı zəfərimizdən sonra İran ordusunun Araz sahilinə gəlməsi, Araz sahilində hərbi təlimlərə başlamasını unutmamışıq. Yəqin ki, siz də unutmamısınız o təlimdəki türksoylu əsgərlərin bozqurd işarəli, quzeydəki qardaşlarına: "Çox da şey eləməyin, molla rejimi ciddiyə alınacaq bir zad deyil, biz buradayıq", - mesajını.

Mənim bu vitaminsiz molla rejiminə yazığım gəlir. Olmazmı ki, dilinizin altına bir qırtmıq "Bakuş" qoyub, şirin danışasınız?

Bilirik, İran hakimiyyəti uzun illərdir ki, Türkiyə ilə Orta Asiya arasında birbaşa əlaqə xəttinin yaranmasından narahatdır.

Zəngəzur dəhlizi Ankara-Bakı-Türkmənistan-Özbəkistan-Qazaxıstan-Çin xəttində türk xalqlarının iqtisadi və mədəni inteqrasiyanı gücləndirə bilər.

Molla rejimi Azərbaycanın və Türkiyənin güclənməsindən qorxur. Molla rejimi Azərbaycan və Türkiyənin bu bölgədə və eləcə də Yaxın Şərqdə sülhü təmin edəcəyindən qorxur. Molla rejimi fəsad rejimi olduğu üçün sülh istəmir!

Əlqərəz, zəqqum yemiş cəhənnəm dərəsi əhli olsanız da, Zəngəzur dəhlizi açılır!

Bu dəhliz təkcə ticarət, tranzit, logistika deyil - bu dəhliz tarixin bərpasıdır, yaddaşın oyadılmasıdır, haqqın öz yerini tapmasıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:215
embedMənbə:https://oxu.az
archiveBu xəbər 11 Avqust 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see641

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see569

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see448

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see315

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see311

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see310

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see297

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see286

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see259

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see251

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see233

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see232

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see220

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see219

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see218

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see216

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see198

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see191

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see190

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri