Icma.az
close
up
RU
“Möminə xatun” yeni ömür qazanır

“Möminə xatun” yeni ömür qazanır

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Məlum olduğu kimi, may ayının 22-də Prezident İlham Əliyev Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Bu sənəd Azərbaycan tarixinə, mədəniyyətinə, mənəviyyatına dövlətin diqqət və qayğısının bariz nümunəsidir və mədəniyyət incilərimizin dünyaya yeni spektrdən tanıdılması baxımından böyük önəm daşıyır.
Möminə xatun türbəsi təkcə nadir memarlıq abidələri ilə zəngin olan Naxçıvan bölgəsinin deyil, ümumiyyətlə, İslam memarlığının  XII əsrə aid olan ən möhtəşəm abidələrindəndir. Türbə qırmızı kərpicləri, firuzəyi rəngli kirəmitləri və həndəsi naxışları ilə seçilən orta əsr “Naxçıvan memarlıq məktəbi”nin möhtəşəm nümunələrindən biri kimi tanınır. Dövrün tanınmış memarı Əcəmi Naxçıvani bu abidəni yerli hökmdar Şəmsəddin Eldənizin sevimli arvadının – dünyanın və dinin cəlalı, İslamın və müsəlmanların namusu Möminə xatunun  xatirəsinə ucaldıb. 
Möminə xatun dövlət işlərində yaxından iştirak edir və bəzən Atabəyə səhih məlumatlar çatdırmaq üçün özü səfərlərə çıxırdı. Salnaməçi Sədrəddin əl-Hüseyni “Əxbar əd-dövlət əs-Səlcuqiyyə” (“Səlcuq dövləti haqqında xəbərlər”) əsərində onun haqqında yazıb: “Möminə xatun həmişə Şəmsəddin Eldənizi ölkə səyahətlərində müşayiət edirdi; dövlət əhəmiyyətli məsələlərin həllində onun fikri ilə hesablaşırdılar. Möminə xatun xalq arasında da böyük hörmətə layiq idi, çünki ölkə vətəndaşlarının tale və maraqlarına biganə deyildi; mədəniyyətin, maarifin inkişafına köməklik edirdi. Bu ağıllı və hörmətəlayiq qadının şərəfinə Naxçıvanda nadir və möhtəşəm məqbərə tikilmişdir”.
Elə Birinci Qarabağ müharibəsinin iştirakçısı, bərpaçı rəssam Əjdər Qafarovun böyük sayğı ilə yaratdığı və hazırda Milli Azərbaycan Tarixi Muzeyində saxlanılan rəngli portretindən də Möminə xatunun necə ciddi və qayğıkeş bir azərbaycanlı xanım olduğu görünür. Onun türbəsinin 10  tərəfindən birində yazılıb: “Biz gedərik, dünya qalandır”, “Biz ölərik – bu, yadigardır”. Tədqiqatçı O. Aslanapanın fikrincə, Möminə xatun türbəsində memar Əcəminin  ustalığı, həmçinin bu türbəni sifariş edənin nüfuzu və böyüklüyü də əks olunub.
Əcəmi Naxçıvaninin yaratdığı tarixi abidənin zamanımıza qədər gəlib çıxması bu torpaqlarda yaşayan xalqın qədimliyini bir daha ortaya qoyur. Bu, eyni zamanda, Azərbaycan dövlətinin bütün tarix və mədəniyyət abidələrimizə böyük hörmətlə, diqqətlə yanaşdığının göstəricisidir. Hazırda ölkəmizdə, xüsusilə də 30 illik işğaldan azad olunan Qarabağda gedən quruculuq işləri ilə bərabər,  düşmənin vandalcasına tərəfindən yerlə-yeksan etdiyi mədəniyyət abidələrimiz yenidən bərpa edilir, ikinci həyat qazanır. Qədim torpağımız olan Naxçıvanda Möminə xatun türbəsinin yenidən bərpa edilməsi üçün vəsait ayrılması həm mənəvi baxımdan çox əhəmiyyətlidir, həm də Azərbaycanın mədəniyyət incisinin dünyaya yenidən, yeni spektrdən tanıdılması baxımından xüsusi önəm daşıyır. Xatırladaq ki, 1998-ci ildə Möminə xatun türbəsi xalqımızın milli sərvəti kimi dövlət səviyyəsində mühafizə olunan dünya əhəmiyyətli mədəni irs nümunələri siyahısına salınmışdır.
UNESCO siyahısında yer tutan bu abidə Atabəylər Memarlıq Kompleksinə daxil olan tikililər arasında arxitektur elementlərinin zənginliyi ilə seçilir. Üst piramidal örtüyü uçulmuş türbənin indiki yerüstü ucalığı 25 metrə yaxındır, ilkin halında isə onun hündürlüyü 35 metr olub. Türbə qırmızı dioritdən  olan qaya daşları  ilə örtülən postament (altlıq) üstündə ucaldılıb.
Türbənin bərpası ilə bağlı Prezident sərəncamı Azərbaycan mədəniyyətinin qorunması və inkişafına əhəmiyyətli töhfə olacaq. Bütün dünyaya əsrlərdən bəri bu torpaqların əzəli sakinlərinin, əzəli sahiblərinin məhz azərbaycanlı olduqlarını bir daha nümayiş etdirəcəkdir. Bir daha dünyaya ədalət, bu ədalət prinsipinin arxasında dayanan Azərbaycanın varlığını nümayiş və isbat edəcək.  

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:452
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 İyun 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see444

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see441

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see326

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see294

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see283

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see277

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see273

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see271

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see226

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see194

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see181

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri