Icma.az
close
up
RU
Monitorinqlər “statistik hesabat” səviyyəsindən yuxarı qalxa bilmir Kamran Əsədov

Monitorinqlər “statistik hesabat” səviyyəsindən yuxarı qalxa bilmir Kamran Əsədov

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Azərbaycan təhsil sistemində ibtidai sinifin sonunda – IV sinif səviyyəsində monitorinq qiymətləndirmələrinin aparılması təhsil siyasətində diaqnostik və inkişafyönümlü yanaşmaların formalaşması baxımından mühüm əhəmiyyət daşıyır".

Bunu Redaktor.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirdi.

Onun sözlərinə görə, bu cür qiymətləndirmələr şagirdlərin erkən yaşda əsas bilik və bacarıqlarını obyektiv şəkildə ölçmək, onların təhsil trayektoriyasını düzgün istiqamətləndirmək, həmçinin məktəblərin və müəllimlərin effektivliyini qiymətləndirmək üçün mühüm alət hesab olunur:

"Lakin bu prosesin məqsədi, məzmunu, nəticələrin interpretasiyası və istifadə olunma forması pedaqoji və hüquqi baxımdan ciddi təhlil tələb edir.

Təhsil naziri Emin Əmrullayevin açıqlamasına əsasən, bu qiymətləndirmələr 100 mindən artıq IV sinif şagirdini əhatə edir və bu, demoqrafik baxımdan Azərbaycan ibtidai təhsil sisteminin 95 faizinə qədərinin qiymətləndirilməsi deməkdir. Elm və Təhsil Nazirliyinin 2023-cü il hesabatında qeyd olunur ki, ölkə üzrə ümumi təhsil müəssisələrində 420 mindən çox ibtidai sinif şagirdi təhsil alır və onların təqribən 106 min nəfəri hər il IV sinfi bitirir. Bu isə kütləvi qiymətləndirmə sisteminin miqyasını və strateji əhəmiyyətini göstərir.

Monitorinqlərin aparılması “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsi ilə uyğunluq təşkil edir. Həmin maddəyə əsasən, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi onların əldə etdiyi nəticələrin müəyyənləşdirilməsi və təhsilin keyfiyyətinə nəzarət məqsədini daşıyır. Bu baxımdan, IV sinif qiymətləndirməsi ibtidai təhsil mərhələsinin yekununda şagirdin təməl biliklərinin (oxu, yazı, riyaziyyat, məntiq, təbiət haqqında ilkin anlayışlar və s.) hansı səviyyədə formalaşdığını müəyyən etməyə xidmət edir.

Lakin təhsil sahəsində aparılan araşdırmalar göstərir ki, bu qiymətləndirmələrin nəticələrindən çıxarılan nəticələr çox zaman yanlış interpretasiya olunur. Monitorinq nəticələrinin aşağı olması şagirdin potensialının aşağı olması kimi təqdim edildikdə, bu, həm pedaqoji baxımdan zərərlidir, həm də psixoloji olaraq uşağa neqativ təsir göstərir. Halbuki uşaq psixologiyasında potensial anlayışı dəyişkən və inkişaf etdirilə bilən bir kateqoriyadır. Harvard Universitetinin Təhsil Fakültəsi tərəfindən aparılan araşdırmada qeyd olunur ki, 10 yaşa qədər uşaqların öyrənmə qabiliyyəti beyin plastisitesi baxımından zirvə həddə olur, yəni bu yaş dövründə göstərilən zəif nəticə sabit deyil və məqsədyönlü təlim müdaxilələri ilə dəyişdirilə bilər".

Ekspert qeyd etdi ki, Azərbaycan təhsil sistemində monitorinqlər nəticəsində zəif nəticə göstərən şagirdlər üçün hansısa əlavə dəstək proqramlarının tətbiqi demək olar ki, müşahidə olunmur. 

"Halbuki monitorinq nəticələrinin əsas məqsədi diaqnoz qoymaq yox, fərdi inkişaf trayektoriyasını qurmaq olmalıdır. Estoniya, Finlandiya və Kanada kimi ölkələrdə ibtidai sinif qiymətləndirmələri əsasən formativ və inkişafyönümlü xarakter daşıyır. Məsələn, Estoniyada şagirdlər üçün 3-cü və 6-cı sinif səviyyəsində milli qiymətləndirmə aparılır, lakin bu nəticələr nə şagirdin sinifdə qalması, nə də müəllimə cərimə verilməsi üçün istifadə olunur. Əvəzində nəticələr fərdi inkişaf planının hazırlanması üçün pedaqoji heyət və valideynlərlə paylaşılır.

Azərbaycanda isə IV sinif monitorinqləri daha çox summativ qiymətləndirmə təsiri bağışlayır. Bu isə potensialı aşağı olan şagirdlərə əlavə dəstək vermək yerinə onları erkən yaşda etiketləmək, təhsildən soyutmaq və gələcək uğursuzluqları qaçılmaz göstərmək riskini yaradır. 2023-cü ildə IV sinif üzrə keçirilən monitorinq qiymətləndirmələrində 34%-dən çox şagird əsas bacarıqlar üzrə “orta səviyyədən aşağı” nəticə göstərmişdir. Bu göstərici çox ciddi təhlil və islahat tələb edən bir siqnaldır".

Müsahibimiz təəssüf hissi ilə bildirdi ki, bu monitorinqlərin nəticələri əsasında nə müəllimlərə fərdi təlim ehtiyacları üzrə inkişaf planı, nə də məktəblərə struktur dəstəyi tətbiq olunur. 

'Bu isə o deməkdir ki, monitorinqlər “statistik hesabat” səviyyəsindən yuxarı qalxa bilmir. Halbuki dünya təcrübəsində bu qiymətləndirmələr nəticəsində zəif nəticə göstərən məktəblərə əlavə maliyyə, müəllimlərə metodiki dəstək, şagirdlərə isə xüsusi dərsdənkənar təlim planı tətbiq olunur.

Monitorinq nəticələrinin formativ məqsədlə istifadə olunması, şagirdin gələcəyinə yönəlik fərdi inkişaf yolunun müəyyənləşdirilməsi üçün aşağıdakı dəyişikliklərin baş verməsi vacibdir:

şagirdlərin nəticələrinə əsasən fərdi təlim dəstəyi və psixoloji müşayiət proqramları yaradılmalı, müəllimlər nəticələrə əsasən kurikulum və tədris metodlarını yenidən nəzərdən keçirməli, valideynlərlə rəy əsasında fəaliyyət planı hazırlanmalıdır. Əlavə olaraq, monitorinqin nəticələri əsasında zəif nəticə göstərən bölgələrə əlavə dövlət dəstəyi – müəllim stimullaşdırması, əlavə resurslar və metodik təlimlər təqdim olunmalıdır.

Yekun olaraq qeyd edilməlidir ki, IV sinif monitorinqləri təhsil sistemində erkən diaqnostika vasitəsi kimi potensiala malikdir. Lakin bu monitorinqlərin düzgün şərh olunmaması, nəticələrin etik olmayan şəkildə istifadəsi və zəif şagirdlərə etiketləyici münasibət göstərilməsi, təhsildə sosial bərabərsizliyi dərinləşdirir. Əgər bu mexanizm məqsədyönlü, inkişafyönlü və fərdiləşdirilmiş şəkildə tətbiq olunarsa, o zaman təhsil sistemi şagirdin potensialını real şəkildə aşkara çıxara və inkişaf etdirə bilər. Əks halda, bu qiymətləndirmələr yalnız illik statistik hesabat və ictimaiyyət üçün şablon məlumat olaraq qalacaq, lakin təhsilin mahiyyətində heç nəyi dəyişməyəcək" , - deyə Kamran Əsədov bildirdi.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 İyun 2025 20:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri