Icma.az
close
up
RU
Mono etnik siyasətə son!

Mono etnik siyasətə son!

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Məğlub Ermənistan tərəfindən aparılan təbliğat sülhə və etimad mühitinin yaradılmasına xidmət etmir

Məğlub Ermənistanın həyata keçirdiyi siyasətdən o qənaət hasil olur ki, bu ölkə 44 günlük müharibənin və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərinin nəticələrindən öz dərsini almayıb. Başda N.Paşinyan olmaqla iqtidar komandasının təmsilçilərinin, ayrı-ayrı dövlət qurumlarının verdikləri absurd bəyanatlar heç bir halda xoş mərama əsaslanmır və postmüharibə dönəmində qalib Azərbaycanın təşəbbüsü ilə başlayan sülhyaratma prosesini əngəlləməyə xidmət edir. Xüsusilə də Ermənistanın hazırkı Xarici İşlər Nazirliyi öz sələflərinin təcrübəsini davam etdirərək, uydurma açıqlamaların verilməsi ilə məşğuldur. Ermənistan XİN-in 15 yanvar 2025-ci il tarixli bəyanatı da bu qəbildəndir. Sözügedən bəyanatda guya 1990-cı ilin yanvarında Bakıda ermənilərə qarşı qırğının törədilməsi ilə bağlı əsassız iddialar yer alıb.

Həmişə ədalət mövqeyindən çıxış edən Azərbaycan tərəfindən həmin bəyanata cavab özünü çox gözlətməyib. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə bəyanatla bağlı şərh verib. Eyni zamanda,  Qərbi Azərbaycan İcması (QAİ) əsassız və böhtan dolu açıqlamalarla əlaqədar sənəd yayıb.

Azərbaycana qarşı sistematik etnik nifrət və dözümsüzlük siyasəti

Qalib Azərbaycanın yaratdığı yeni reallıqlar onilliklər ərzində müharibə risklərindən əziyyət çəkən region üçün sülhü heç vaxt olmadığı qədər yaxın edib. Regionun gələcəyi naminə mövcud reallıqlar dəyərləndirilməli və sülh üçün yaranan imkanlardan maksimum dərəcədə istifadə olunmalıdır. Bunun üçün etimad mühitinin yaradılması çox vacibdir. Ancaq Ermənistanın saxta təbliğatı heç bir halda sülhə xidmət etmir. Ayxan Hacızadə bildirib ki, Ermənistan Xarici İşlər Nazirliyinin guya 1990-cı ilin yanvarında Bakıda ermənilərə qarşı qırğının törədilməsi ilə bağlı əsassız bəyanatı bu ölkənin Azərbaycana qarşı sistematik etnik nifrət və dözümsüzlük siyasətinin hələ də davam etdirildiyini göstərir.

Hər kəsə bəllidir ki, etnik təmizləmə və kütləvi qırğın siyasəti məhz Ermənistana və ermənilərə xas xüsusiyyətdir. Ermənilərin son iki yüz il ərzində kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi ilə azərbaycanlıların öz tarixi torpaqlarında sıxışdırılması tarixi faktdır. Mərhələ-mərhələ gerçəkləşdirilən bu plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi torpaqlarından qovularaq kütləvi qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri məhv edilib, 2000-dən çox toponimin adları dəyişdirilib. Yalnız 1948-1953-cü illər ərzində 150 minə yaxın azərbaycanlı indiki Ermənistan ərazisində öz tarixi torpaqlarından kütləvi surətdə və zorakılıqla deportasiya olunub. Bununla yanaşı, 1987-1991-ci illərdə azərbaycanlıların tarixi-etnik torpaqlarından növbəti deportasiyası baş verib, nəticədə 250 mindən artıq azərbaycanlı Ermənistandan qovulub. Bütün bunları sübut edən tarixi və hüquqi sənədlər mövcuddur. Ayxan Hacızadənin bildirdiyi kimi, qeyd olunan faktlar Ermənistan tərəfinə yaxşı məlumdur. “Ermənistan XİN bu kimi uydurma təbliğat xarakterli məlumatlar yaymaqla tarixən Azərbaycanın dinc əhalisinə qarşı həyata keçirdiyi soyqırımı, etnik təmizləmə siyasətini, Xocalı şəhərində bir gecədə 613 mülki şəxsi vəhşicəsinə qətlə yetirdiyini, 30 ilə yaxın müddət ərzində bir milyondan çox azərbaycanlının fundamental hüquqlarını kobudcasına pozduqlarını gizlətmək məqsədini güdür”, - deyə Azərbaycan XİN-in rəsmisi vurğulayıb.

Ermənilər saxta təbliğatlarında həmçinin uydurma “Sumqayıt qırğınları”na da istinad edirlər. Aparılan istintaq Sumqayıt hadisələrinin təfərrüatlarını tam şəkildə üzə çıxarıb. Bununla bağlı internetdə hər kəsə açıq olan geniş məlumatlar var. Həmin hadisələr Ermənistan ərazisindən azərbaycanlıların deportasiyası və kütləvi şəkildə qətlə yetirilməsinə haqq qazandırmaq üçün ermənilərin özlərinin düşünüb hazırladıqları və Eduard Qriqoryan vasitəsilə icra olunan məkrli bir plan idi. “Bakı nefti və Azərbaycanın zənginliklərinin hesabına varlanan və qazandıqları vəsaitləri azərbaycanlıların qırğınına və tarixi abidələrinin məhvinə xərcləyən ermənilərin kompensasiya almaq hüququnun olduğunun iddia olunması isə absurd təfəkkürdən xəbər verir”, - deyə Ayxan Hacızadə bildirib.

Məğlub Ermənistan İkinci Qarabağ müharibəsindən əvvəlki ritorikasını təkrarlayır

Qərbi Azərbaycan İcmasınin yaydığı sənəddə bildirildiyi kimi, Ermənistan tərəfinin verdiyi bəyanatın tonu bu ölkənin İkinci Qarabağ müharibəsindən əvvəlki ritorikasını xatırladır. QAİ diqqəti hakimiyyət illəri Azərbaycan torpaqlarının işğalı və azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin böyük hissəsinin aparıldığı dövrə təsadüf edən Levon Ter-Petrosyanın prezident qismində 1993-cü ildə etdiyi və bu günlərdə mətbuatda yayılan  məlum çıxışına diqqət çəkib. Həmin çıxışda səsləndirilən fikirər azərbaycanlılara qarşı etnik təmizləmənin Ermənistanın dövlət siyasəti olduğunu bir daha təsdiq edir. L.Ter-Petrosyan çıxışında Azərbaycan SSR-dən ermənilərin köçünün məhz Ermənistanın özü tərəfindən təşkil edildiyini də bildirib. Sitat: “Hərəkat vaxtında başlamasaydı, bu gün Azərbaycanda 500 min erməni qalacaqdı. Onlar fiziki cəhətdən məhv edilməsələr belə, bu, Ermənistanı diz çökdürmək üçün ən güclü rıçaq olardı. Onların əhəmiyyətli bir hissəsi, 300 mindən çox insan Ermənistanda sığınacaq tapdı. Bu da milli problem idi, hərəkatımız sayəsində həll olunan böyük miqyaslı problem”.

Əlavə şərhə ehtiyac yoxdur. Ermənistanın birinci prezidenti indiyədək gizli saxlanılan çıxışında məkrli planın detallarını açıq şəkildə etiraf edib. “Ermənistan hökuməti böhtan və nifrət dolu bəyanatlar vermək əvəzinə, irqçiliyinə və mono-etnik siyasətinə son verməli, Qərbi azərbaycanlıların qayıdışına şərait yaradaraq, oradakı multi-etnik mühiti bərpa etməlidir”, - deyə QAİ Ermənistan iqtidarına çağırış edib.

Mübariz ABDULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 Yanvar 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see972

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see441

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see343

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see262

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see249

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see248

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see240

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see229

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see219

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see208

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see204

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see197

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see195

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see192

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see190

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see189

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see185

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see183

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see180

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri