Montelladan istefa sualına cavab
Icma.az, Qol.az saytına istinadən bildirir.
Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella Millətlər Liqasının 3-cü turunda Belçikaya 0:3 hesabı ilə məğlubiyyətdən danışıb.
QOL.az "NTV Spor"a istinadən xəbər verir ki, italiyalı mütəxəssis qarşılaşmadan sonra futbolçularının sona qədər mübarizə apardığını bildirib:
“Futbolçularımıza heç bir söz deyə bilmərəm, sona qədər mübarizə apardılar. Son ötürməni verə, qol vura bilmirsənsə və rəqib bunların hamısını bacarırsa, hesab ürəkaçan olmur.
A Liqasında oynamaq imtiyazdır, cəza deyil. Milli komanda təcrübə qazanır. Milli komanda təcrübə qazanır. Təəssüf ki, A Liqasında səviyyə belədir. Biz də təcrübə qazanaraq yolumuza davam edirik. Azarkeşlərimiz adına çox məyusuq. Biz hər oyunda ürəyimizi meydana qoyuruq. Futbolçuları günahlandırmağın mənası yoxdur. Heç kimin günahı yoxdur. Mən də meydanda ürəyimlə mübarizə aparıram”.
Montella komandanın əvvəlki oyundakı - İtaliya ilə matçdakı çıxışına da toxunub: “Yeganə səhvimiz İtaliya ilə qarşılaşmanın ilk hissəsində oynadığımız futbol idi. Bir reaksiya verməli idik və bu gün bunu etdilər. Futbol səviyyələrin oyunudur. Müəyyən səviyyələr var. Biz də hazırda bu səviyyədə təcrübə qazanırıq”.
Türkiyə millisində çatışmazlıqların olduğunu deyən mütəxəssis hazırkı tənqidlərə çox əhəmiyyət vermədiyini vurğulayıb. O, istefa verib-verməyəcəyi haqda sual bu cür cavablandırıb:
“Komandamız birlik içindədir, amma çatışmazlıqlarımız var və bunlar çox hiss olunur. Hazırkı tənqidlərə çox qulaq asmaq istəmirəm. Dünya çempionatına bu futbolçularla getdik, A Liqasına da bu futbolçularla yüksəldik. Üç gündən bir özümüzü sınadığımız bir dövr keçiririk. Əslində, bunlar bizim üçün hazırlıqdır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 03 Oktyabr 2026 08:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















