Monteneqro millisi həqiqətən qələbəyə layiq olub... günahkar da tapıldı!
Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qadınlardan ibarət yığma Millətlər Liqasında C liqasının 4-cü qrupu çərçivəsində keçirilən matçda səfərdə Monteneqroyla heç-heçə etməklə (1:1) mübarizəni qrup lideri kimi başa vurmaq şansını azaltdı. Burda diqqətçəkən məqam yığmamızın Manə Mollayevanın vurduğu qol sayəsində öndə olsa da, 90+2-ci dəqiqədə rəqibin penalti qolu ilə qələbəni əldən verməsidi. Həmçinin rəqibin çalışdırıcısı Mirko Mariç komandasının yaxşı mübarizə apardığını, qələbəyə layiq olduğunu deyib. Həqiqətən belədimi?
“Football-plus.az” bunu aydınlaşdırmaq oyunun UEFA-nın rəsmi saytında yerləşdirilən statistikaslnı təqdim edir.
11 (8) qapıya (“çərçivə”yə) zərbə 5 (4)
6 künc zərbəsi 2
0 ofsayd 1
12 qayda pozuntusu 9
5 sarı (qırmızı) vərəqə 4
Göründüyü kimi, monteneqrolular həqiqətən millimizdən daha fəal olub. Bizimkilər, sadəcə, intizamlı oyun baxımından rəqibi üstələyib ki, burda da Diana Məmmədova işləri korlayıb. O, cərimə meydançası daxilində əllə oynamaqla penaltiyə səbəbkar olub.
KƏNAN BAHADIR


