Moody’s : İsrail İran qarşıdurmasının Azərbaycana birbaşa təsirləri gözlənilmir Eksklüziv
Icma.az bildirir, Apa.az portalına istinadən.
"Neftin qiymətində artım Azərbaycan üçün fiskal dəstək yaradır".
Bunu "APA-Economics"ə açıqlamasında "Moody’s" Beynəlxalq Reytinq Agentliyinin vitse-prezidenti Mixail Şipilov deyib.
İsrail-İran qarşıdurmasının Qafqaz ölkələrinə mümkün təsirləri ilə bağlı danışarkən Mixail Şipilov bildirib ki, bu münaqişənin qısamüddətli perspektivdə Azərbaycana birbaşa təsirləri gözlənilmir.
“Bununla belə, neft qiymətlərində müşahidə olunan volatillik və potensial artım – xüsusən qısa müddətdə – Azərbaycan üçün müsbət fiskal təsir göstərə bilər,” – deyə M.Şipilov vurğulayıb.
Onun sözlərinə görə, bu artım Azərbaycanın dövlət gəlirlərinin əsas mənbəyi olan neft ixracından əldə edilən vəsaitləri artırmaqla həm ölkə iqtisadiyyatına, həm də Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) dəstək ola bilər.
M.Şipilov əlavə edib ki, hazırkı mərhələdə Azərbaycanın neft və qaz tədarükündə heç bir fasilə müşahidə edilmir, bu da ölkənin enerji ixracının təhlükəsiz şəkildə davam etməsinə imkan verir.
Moody’s-in qiymətləndirməsinə görə, hazırkı geosiyasi risklər fonunda neft ixracatçı ölkələr, o cümlədən Azərbaycan qısa müddətli qiymət artımlarından fiskal və ticarət baxımından fayda götürə bilərlər, lakin vəziyyətin davamlılığı və regiondakı risklərin inkişafına görə bu təsirlər dəyişkən ola bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 17 İyun 2025 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















