Icma.az
close
up
RU
Menu

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

İsrail İran münaqişəsinin görünməyən tərəfləri, Azərbaycana təsirləri Hərbçimiz danışdı

İsrail İran münaqişəsinin görünməyən tərəfləri, Azərbaycana təsirləri Hərbçimiz danışdı

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“İran elə hazırlıqsız ölkə deyil. İran-İsrail xüsusi xidmət orqanlarının qarşıdurması çox uzun bir zaman ərzində baş verir. Amma bu dəfə İsrailin etdiyi tam fərqli bir əməliyyat oldu”. 

Ölkə.Az xəbər verir ki, bu sözləri hərbi ekspert, sabiq hərbi pilot Aqil Rüstəmzadə "Belə-belə işlər" səhifəsinə İsrail-İran münaqişəsini şərh edərkən deyib. O, İsrail ordusunun məqsədləri, İranın gücü, münaqişənin Azərbaycan təsirləri və s. mövzuda sualları cavablandırıb.

“Mossad buna müvəffəq oldu ki, İran ərazisində çiyindən qoyulub atılan mobil tank əleyhinə raket kompleksi “Spayk”ı da İran ərazisinə gətirə bildi. Bu, 10 deyil, 15 deyil, 20 deyil. Hətta 14 iyun günorta saatlarına qədər İran ərazisindən Mossad agentlərinin istifadə etdiyi dronları müşahidə etdik. 

İran çox böyük ölkədir. Görünən odur ki, onun sərhədlərində boşluqlar var. Bundan öncə Ukrayna da Rusiyaya etmişdi, amma bunlar həm raketlərdən, həm də dronlardan istifadə etdilər.

Bu, çoxlaylı əməliyyatdır. Burada İsrailin bütün müdafiə və təhlükəsizlik qurumları məxfi şəkildə hazırlanıblar. Məsələn, İranın içərisindəki əməliyyatlar Mossad əməliyyatıdır. Ölən 20 nəfər generaldan 4-5 nəfəri SEPAH generalıdır. Onlar oraya toplaşmağa məcbur ediliblər və bunkerin içərisində vurulublar. Təbii ki, ən böyük zərbələri qırıcı təyyarələrlə endiriblər. Bu da İsrail ordusunun əməliyyat bacarığının yüksək peşəkarlığından irəli gəlir. Çünki məsafə 2 min km-dən çoxdur. Təyyarələr gəlib İraq üzərində yanacaq qəbul edirlər. 

Videolardan başa düşdüm ki, İranın HHM sistemi böyük miqdarda sıradan çıxarılır. Çünki artıq zenit toplarla müqavimət göstəmək istəyirdilər. Onların da imkanları, ballistik qanadlı raketləri və təyyarələri çox məhduddur. 

İsrail xüsusi əməliyyatlarda həmişə üstün bir ağıl, qeyri-adi düşünmə tərzi təqdim edərək həmişə uğurlu olub. Əməliyyata illər, azı bir il gedib. Düşünürəm ki, ötən il də İsrail İranı vura bilərdi, amma belə bir əməliyyatın keçirilməsi bütün detalların düşünülməsi deməkdir. Düşmənin müdafiə və təhlükəsizlik sistemində boşluqları tapıb oraya vurursunuz. Əgər düşünsək ki, ABŞ də zəif ölkədir, gəlib küçənin ortasında iki hündür binasını vurdular (11 sentyabr), dağıtdılar. Yox, Hər bir ölkənin təhlükəsizlik və müdafiə sistemində boşluqlar var.

Bu əməliyyatların hədəflərindən biri də o idi ki, İranda xaos yaradılsın və qismən də yaradıldı”. 

İsrail İranın hücum edəcəyini hesablamayıb?

“Biz görürük ki, İran İsrailə necə cavab verir, Tel-Əviv necə vurulur. İsrail buna hazır olmasaydı, onun itkiləri yüzlərlə olardı. Düşünmürəm ki, İsrail hədəf axtararkən əmin olmadığı hədəfləri vurur. İsrailə mane olan məsafədir. 2 min km qət edən, məhdud sayda döyüş sursatı gətirən təyyarə onunla mülki obyekti vurmaz. 

Hərb qanununa görə, savaş başlayan zaman hərbi aviasiya yerdəyişmələr edir, öz daimi bazalarını tərk edir. Çox böyük ehtimalla, İran aviasiyası yerdəyişmə edib, təyyarələrin bir hissəsini mülki aeroporta yerləşdirib. Bunu da İsrail ordusu vurub. Bu problem hər iki tərəfə aiddir. Bunların sərhədləri yoxdur. Bir-birlərini ya raketlə vurmalıdırlar, ya da təyyarə ilə 2 min km qət edib vurmalıdırlar. Siz 2 min km-dən təyyarəni gətirirsiniz ki, mülki aeroportu vurasınız?

Halbuki düşmənin hava hücumundan müdafiə sistemləri var. İsrail ordusu artıq havada üstünlük əldə edib. Onların bu dəqiqə ən böyük dərdi İsrailə atılan ballistik raketlərin buraxıcı qurğularını tapıb vurmaqdır. Çünki İran durmadan ortamənzilli ballistik raketlərlə vurur. 

III Dünya müharibəsi artıq gedir, amma onun isti fazası deyil, hibrid savaşlar fazasıdır. Rusiya bizimlə də, Avropa ilə də hibrid mübarizə aparır. Yaxud Çin Avropaya qarşı bəzi hibrid hücumlar edir. Yəni III Dünya müharibəsinin qaynar deyil, soyuq fazasıdır. Hibrid savaşlarla dünyanın yarısı bir-biri ilə vuruşur.

İranın böyük ölkə olduğunu israrla təkrar etməyimin bir səbəbi var. İsrail ordusu durmadan İrana belə intensiv zərbə endirə biləcəkmi? Bir az problemlidir. İsrail o qədər idarə olunan aviabombalar, raketlər toplaya bilibmi? İranın hərbi potensialını 30% zəiflətmək üçün təxminən 10 min idarəolunan mərmi istifadə etməlidir. Bunların da qiyməti inanmıram ki, 500 min dollardan aşağı olsun”, - deyə mütəxəssis əlavə edib. 

İsrail nə etmək istəyir?

A.Rüstəmzadə İsrailin İranda hakimiyyəti dəyişmək istəyinin nə qədər real ola biləcəyindən də söz açıb:

“Bunu bombardmanla etmək olmaz. Siz İranın iqtisadiyyatını məhv edərək, qaz satışını, neft istehsalını əngəlləyərək bunu edə bilərsiniz. Amma bu, qısa müddətdə - 1-2 ay ərzində hakimiyyət dəyişikliyinə gətirib çıxarmır. İnsanlar gərək əziyyət, yoxsulluq, problemlər görə ki, kulminasiya olsun və ondan sonra sosial partlayış baş versin. 

Hələ İsrail bütün alətləri işə salmayıb. Başqa əməliyyatlar da ola bilər. Artıq Ayətullah Xameneinin yaşadığı evlərdən biri vurulub. Əgər siz bir ölkənin elitasını götürürsünüzsə, avtomatik olaraq iqtidar dəyişikliyinə yeni simaların gəlməyi deməkdir”. 

Döyüşlər nə qədər davam edə bilər?

Hərbi pilotun fikrincə, əgər İsrail döyüş sursatı toplamayıbsa, İranla vuruşa bilməyəcək:

“3-4 günə İranın HHM-in böyük bir hissəsi sıradan çıxarılacaq. Bu da ona gətirib çıxaracaq ki, İsrailin təyyarələri daim İranın üzərində uçacaq və istədiyini edəcək. 

İntensiv döyüşlər, 3 gün, 5 gün, 10 gündən artıq davam edə bilərmi? Əgər İsrail çox böyük döyüş sursatı toplamayıbsa, İranla vuruşa bilməyəcək. 

Pilotlar yorulur, 2 min km məsafə qət edirlər. Təsəvvür edin ki, göydə yanacaq doldurursunuz və sonra 1-2 saat da İran ərazisində vuruşursunuz. Belə intensiv uçuşların yerinə yetirilməsi, intensiv bahalı sursatlardan istifadə etməyin nə qədər limiti var. 

Əgər dərinə getmək istəsələr, İranın hərbi potensialını, qaz-neft idxalını əngəlləyib nüvə infrastrukturunu ya zəiflətmək, ya da nüvə proqramına elə bir zərbə vurmaq olar ki, 10 il geriyə düşsün. Bunu tək hərbi yolla etmək bir az çətin məsələdir. Çünki “Foqo” dediyimiz əsas açar olan nüvə infrastrukturu 80 m dərinlikdə qayalığın altındadır. Onu nə ilə vurmaq olar? Atom bombası atacaq? Təbii ki, bunun riskləri, təhlükəsizlik problemləri var”. 

Münaqişənin Azərbaycana mümkün təsirləri nə ola bilər?

“Bizim orada soydaşımız, qardaşımız var. Onların taleyi bizi çox maraqlandırır. Artıq biz radiasiya monitorinqi aparırıq. İsrail İranın nüvə obyektlərini vurur. Bu da problemlər yarada - nüvə sızıntısı ola bilər. Sərhədlərimizdə gərginlik ola bilər. Atılan raket və mərmilər bizim əraziyə düşə bilər. Təbriz və ya başqa şəhərlər vurulursa, insanlar böyük pronlemlərlə üzləşə bilər. İşıq, qaz kəsilər, miqrasiya dalğası ilə üzləşə bilərik. 10 milyonluq ölkə, 40 milyon miqrant. Sərhəd problemi olmasa belə, biz onlara humanitar yardım etmək istəsək, bu bizi incidək, narahat edəcək. 

Hər bir ölkədə uzunmüddətli layihələrdə hakimiyyət dəyişikliyi zamanı təbii ki, qanlı iğtişaşlar, problemlər ola bilər. Bu problemlər, savaşlar istər-istəməz bizi müdaxilə etməyə məcbur edəcək. 

Mən pis tərəflərini dedim. Yaxşı tərəfləri nədir?

Zəngəzur dəhlizinin açılmasına ən çox mane olan ölkə İrandır. Yəqin ki, belə bir zərbə alandan sonra Zəngəzurun dərdini çəkməyəcək, öz daxili problemləri ilə məşğul olacaq.

Bu əməliyyatların sonu İranın zəifləməsi və çöküşünün başlanması ilə bitə bilər. İranda etnik qruplar, alışma nöqtələri  var. İran zəifləsə, kürdlərlə cənubi azərbaycanlıların kəllə-kəlləyə gətirilmə ssenariləri var. Hətta iqtidar belə bu zəmini hazırlamışdı. Bu mövzuda Türkiyə ilə biz çalışıb buna yol verməməliyik ki, Suriyadakı kimi azərbaycanlılar qırılsın.

Biz İranın indiki halı ilə çox böyük problemlər yaşayırıq. İranı Azərbaycana dost ölkə saymıram. İranın nüvə silahı olandan sonra bizim halımız necə olacaq? Bizimlə necə danışacaq? İranın nüvə silahına sahib olmaq ssenarisindənsə, çox zəif İran ssenarisini Azərbaycan üçün məqbul sayıram”.

Billurə Yunus

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://olke.az
archiveBu xəbər 16 İyun 2025 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see527

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see255

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see246

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see245

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see233

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see231

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see227

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see225

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see214

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see213

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see211

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see210

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see207

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see202

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see182

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see176

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see175

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see173

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see156

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri