Moskva 2027 ci il üçün planını açıqladı: Miqrantlarla bağlı yeni limitlər
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiyanın paytaxtı Moskvada 2027-ci il üçün müxtəlif məşğulluq sahələrində miqrantların icazə verilən payı müəyyənləşdirilib.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə şəhər meriyasının rəsmi saytında yerləşdirilən sənəddə qeyd olunub.
Bildirilib ki, Moskva komissiyasının qərarı ilkin xarakter daşıyır və gələcəkdə dəyişdirilə bilər. Bununla yanaşı, federal səviyyədə iş yerlərində miqrantların payının azaldılması tendensiyası davam edir. Moskvada isə bəzi sahələr üzrə 2026-cı ildən etibarən müəyyən yumşalmalar tətbiq olunub.
Belə ki, tikinti, apteklər, qeyri-stasionar ticarət obyektləri, bazarlarda pərakəndə satış, eləcə də mağazalardan kənar fəaliyyət sahələrində miqrantların çalışmasına məhdudiyyət qoyulmayıb.
Tərəvəzçilik və meşə təsərrüfatında maksimal pay 50 faiz, alkoqol və tütün ticarətində 15 faiz, sərnişin və yük avtomobil daşımalarında 24 faiz, daşınmaz əmlakın idarə olunması və binalara xidmət sahəsində isə 70 faiz müəyyən edilib.
Qeyd edək ki, mart ayında Rusiyada miqrantların ala biləcəyi ən yüksək maaşın Moskva şəhərində idarə heyətinin sədri vəzifəsi üzrə 380 min rubl (8 320 manat) olduğu açıqlanmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 09 Aprel 2026 23:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















