Icma.az
close
up
RU
Moskva Bakıya hansı siqnalı ötürüb? Politoloq ŞƏRH EDİR

Moskva Bakıya hansı siqnalı ötürüb? Politoloq ŞƏRH EDİR

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Rusiya, Ermənistan və Azərbaycan Baş nazirlərinin müavinlərindən (Şahin Mustafayev, Aleksey Overçuk və Mger Qriqoryan) ibarət üçtərəfli işçi qrupunun fəaliyyəti bir müddətdir faktiki olaraq dondurulub. Lakin Rusiya Prezidentinin Bişkek səfərinin yekunlarına dair keçirdiyi mətbuat konfransında nəqliyyat-kommunikasiya xətlərinin bərpası üzrə müzakirələrə hazır olduqlarını bəyan etməsi bu formatın yenidən işə düşməsi ehtimalını gündəmə gətirib. Moskvadan gələn bu siqnal regional kommunikasiyaların açılması prosesində üçtərəfli işçi qrupunun rolunu yenidən diqqət mərkəzinə çəkib. Azərbaycan tərəfi hər zaman regionda davamlı sülhün və nəqliyyat dəhlizlərinin işə düşməsinin tərəfdarı kimi çıxış edib. Hazırda əsas sual bu platformanın bərpası təqdirdə hansı konkret nəticələrin əldə olunacağı və prosesin qarşısındakı maneələrin necə aradan qaldırılacağıdır. Məsələnin praktiki tərəfləri və Bakının mövqeyi ekspertlər səviyyəsində geniş təhlil olunur.
Mövzu ilə bağlı açıqlama verən politoloq Zeynal Əmrəliyev bildirib ki, Azərbaycan prinisplər qorunmaqla bu cür formatlarda fəaliyyətin davam etdirilməsinə qarşı deyil:
"Ümumilikdə Azərbaycan heç bir formata pis baxmır. Sülhün həlli istiqamətində atılan bütün addımlara ölkəmiz tərəfindən müsbət yanaşılır və lazımi diqqət göstərilir. Bu formatda işlərin yenidən bərpa olunması mümkündür. Əgər real nəticələr əldə olunacaqsa, nəyə görə də olmasın?”
Bu cür görüşlərin kiminsə maraqları çərçivəsində aparılması və imitasiya xarakteri daşımasının Azərbaycan tərəfindən qəbul edilməz olduğunu vurğulayan politoloqun sözlərinə görə, Azərbaycan ədalətli sülhün tərəfdarıdır və regionda baş verən yeni geostrateji reallıqlar, aparılan müzakirələr və əldə olunacaq sülh müqaviləsində nəzərə alınmalıdır. 
Zeynal Əmrəliyev qeyd edib ki, əgər üçtərəfli baş nazir müavinləri platformasında uğurlu irəliləyiş gözlənilərsə, rəsmi Bakının mövqeyi əlbəttə ki, müsbət olacaq:
“Bu formatda əsasən nəqliyyat-kommunikasiya xətləri müzakirə oluna bilər. Artıq Zəngəzur dəhlizinin açılması istiqamətində real addımlar atılır və Azərbaycan tərəfi burada ən qətiyyətli tərəfdir. Son zamanlar ABŞ və Ermənistan nümayəndələri arasında da bu məsələ ilə bağlı danışıqlar aparılır. Texniki məsələlər həll edildikdən sonra yolun açılması istiqamətində praktiki addımlar atılacaq. Növbəti mərhələlərdə nəqliyyat qovşaqlarının açılması artıq texniki məsələlərdir"./oxu24.com

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 04 Sentyabr 2026 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see425

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see395

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see383

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see300

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see287

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see280

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see280

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see275

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see268

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see264

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see247

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see241

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see240

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see237

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see236

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see236

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see235

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see233

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see230

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri