Icma.az
close
up
RU
Moskva Bakıya qarşı hücum planı hazırlayır: İki hədəf seçilib

Moskva Bakıya qarşı hücum planı hazırlayır: İki hədəf seçilib

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyanın Ukraynadan aldığı zərbələr onu ciddi şəkildə sarsıdıb. Hazırda Moskva-Bakı münasibətlərində gərginlik müşahidə olunur. Üstəlik, ötən həftə Ukraynanın xarici işlər naziri Bakıya səfər edib və burada isti qarşılanıb, o cümlədən prezident səviyyəsində onun ölkəsi ilə bağlı pozitiv mesajlar verilib. Maraqlıdır ki, həmin səfərdən qısa müddət sonra Kiyev tərəfindən Rusiyaya qarşı növbəti hücum həyata keçirilib.

Bütün bu hadisələr fonunda Kremlin Azərbaycana münasibətdə hansısa arzuolunmaz planlar hazırlaması ehtimalı gündəmə gələ bilərmi? Rusiya bu situasiyanı bəhanə gətirərək ölkəmizə qarşı hər hansı formada təzyiq və ya təxribat xarakterli addımlar ata bilərmi?

Globalinfo.az-a açıqlamasında politoloq Sultan Zahidov bildirib ki, Rusiya-Ukrayna müharibəsi gərgin mərhələdədir:

“Ukraynanın son əməliyyatının ardınca Rusiyanın cavab tədbirləri görəcəyi ehtimal olunur. Lakin bu kontekstdə Azərbaycanın hədəf alınacağını düşünmürəm. Hazırda əsas diqqət məhz Ukrayna üzərində cəmlənib. Rusiyanın çəkindirici gücü zəiflədiyi üçün rəsmi Kiyevə qarşı hansısa addım atmaq məcburiyyətindədir. Azərbaycanla Rusiya arasında münasibətlər isə, Kremlin siyasəti səbəbindən, dekabrdan bu yana müəyyən qədər soyuyub. AZAL-a məxsus təyyarənin qəzaya uğramasından sonra Rusiya nə rəsmi şəkildə üzr istədi, nə də hadisəyə görə məsul şəxsləri cəzalandırdı. Mövcud mərhələdə isə Kreml Azərbaycana qarşı hər hansı təxribat xarakterli addım ataraq böyük riskə getmək istəməz. Eyni zamanda, Türkiyə kimi müttəfiqimizin mövcudluğu da nəzərə alınmalıdır. Bu baxımdan, Şuşa Bəyannaməsini xatırlatmaq yerinə düşər”.


Sultan Zahidov

Politoloqun sözlərinə görə, Rusiyanın Azərbaycana qarşı hər hansı addımı post-sovet məkanında onun nüfuzunun daha da azalmasına gətirib çıxara bilər:

“Belə bir vəziyyətdə digər ölkələr də Kremlə arxa çevirərək Qərb və ya Çin yönümlü siyasətə üstünlük verə bilərlər. Rusiya daha çox iqtisadi təzyiq üsullarından istifadə edir. Keçmişdə də Azərbaycanla olan ticarət əlaqələrinə müəyyən məhdudiyyətlər tətbiq etməyə çalışıb. Xüsusilə kənd təsərrüfatı sahəsində ciddi əməkdaşlığımız var və bu sahədə müəyyən addımlar atıla bilər. Həmçinin, Rusiyada fəaliyyət göstərən azərbaycanlı diaspor nümayəndələri və biznes dairələri də müxtəlif vasitələrlə təzyiqlərə məruz qala bilərlər”.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:270
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 İyun 2025 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri