Icma.az
close
up
RU
Moskva Bakıya qarşı hansı təzyiqlərdən istifadə edəcək?

Moskva Bakıya qarşı hansı təzyiqlərdən istifadə edəcək?

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

08:00

Bakı-Moskva xəttində Rusiyadan qaynaqlanan gərginliyin arxasında regionda güc balansının dəyişməsi uğrunda mübarizənin dayandığı getdikcə daha da aydınlaşır.

Regionda Azərbaycan, Türkiyə və Ermənistan üçbucağının formalaşması perspektivləri yaranıb və II Qarabağ müharibəsindən sonra bölgədə itirdiyi tarixi rıçaqlarını tranzit xətlərində – Zəngəzur dəhlizində hərbi mövcudluğa nail olmaqla saxlamağa çalışan Rusiya kənarda qalır. Bu, Rusiya üçün həlledici məqamdır, çünki müharibədən sonra Qarabağa daxil etdiyi qoşunlarını da məhz regionu itirmək təhlükəsinə görə çıxarmışdı, əvəzində Avrasiyanın nəqliyyat şəbəkəsində, xüsusilə Orta dəhlizdə nəzarət payına sahibi olmağı hesablayırdı. Hərçənd, Bakı-Ankara-İrəvan xəttində ehtimal olunan anlaşma regionda daşların yerini tamamilə dəyişir və Moskvanın Ukrayna müharibəsinə görə uzaqlaşdığı prosesə ABŞ-la danışıqların başlanmasından sonra yaranan qayıtmaq imkanlarının önünü kəsir. “Karnegi” fondunun yazdıqları da bunu təsdiq edir və məlum olur ki, Azərbaycan, Türkiyə və Ermənistan anlaşmasının əsas dəstəkçisi ABŞ-dır.

Yekaterinburq hücumu Rusiyanın kənarda qalacağı regional plana qarşı Moskvanın “müharibə elanı” idi və eyni təzyiq aktının hədəfində Bakı ilə yanaşı, İrəvan da var. Bu kontekstdə qarşıdurmanın tezliklə səngiməyəcəyi, regionda uzunmüddətli mübarizənin başlandığı görünür.

Və burada Azərbaycan cəmiyyətində narahatlıqla müzakirə olunan əsas sual aktullaşır: Moskva Bakıya qarşı hansı rıçaqlardan istifadə edə bilər?

Ən böyük rıçaq – Qarabağ kartının artıq mövcud olmaması Rusiyanın əlini kifayət qədər zəiflədib. Türkiyə qalxanı Gürcüstan və Ukrayna ssenarisinin Azərbaycana qarşı işə salınmasını da mümkünsüz edir. Bu halda Moskvanın kartlarını hazırda işə saldığı “azərbaycanlılarla hücum”la yanaşı, bir neçə istiqamətdə dəyərləndirmək olar.

1. İnformasiya təxribatı: media və siyasətçilərin xorunda kampaniyaya aparılsa da, effektsizdir: istisna deyil ki, Azərbaycan cəmiyyətində “sensasion” kimi qarşılana bilən feyk-nyusların tirajlanmasına da start verilsin;

2. Kiberhücumların edilməsi: daha öncə də bu taktikadan istifadə edilib;

3. Azərbaycanlılara yaratdıqları problemlərin günahkarı kimi Bakını göstərə, soydaşlarımız arasında narazılığın yaradılması cəhdləri edə bilərlər;

4. Klassik “etnik kart”dan istifadə istisna edilməməlidir.

Və yaxud Rusiya aqressiyasından qaynaqlanan digər təxribatlar törədilə bilər. Lakin Moskva bunlarla ciddi nəticə əldə edə bilməyəcəyini anlayır. Onu da anlayır ki, Bakı bu prosesdə güclü halqadır və belə bir qarşıdurma onu regionda çıxılmaz vəziyyətə sala bilər. Rusiyadan “problemlərin həll yollarının tapılması” cəhdləri də göstərir ki, Azərbaycanla müzakirə kanallarını bağlamaq istəmirlər.

Bu halda Rusiyanın iki mümkün variantı qalır:

Birincisi, Zəngəzur dəhlizinə “sponsorluq” etmək istəyən ABŞ-la razılaşmaqdır, lakin bu, mürəkkəb görünür:

- Orta Dəhliz Vaşinqton üçün əsas rəqib kimi gördüyü Çinlə mübarizədə strateji coğrafiyadır;

- regionda Rusiyasız tranzit xətlərinin yaradılması Moskva-Pekin ittifaqını gücləndirə bilər ki, bu ABŞ-a sərf etmir;

- tranzit xətlərinə Rusiyanın nəzarətinin tanınması isə bölgədə güc balansını rusların xeyrinə dəyişdirə, həm də Vaşinqton-Moskva danışıqlarında ikincinin əlini gücləndirə bilər;

- Rusiyanın ABŞ-la “anlaşma imkanları” da çox deyil, Vaşinqton Cənubi Qafqazda Moskvaya güzəştə gedərsə, Ukraynada güzəşt istəyəcək ki, Kreml bunu “qazanclı” hesab etmir.

Bu baxımdan, Rusiyanın çoxkombinasiyalı olan bu variant üzərində dayanacağı ehtimalı azdır.

İkinci variant daha real görünür: Ermənistanda nəzarəti bərpa etmək və prosesə buradan müdaxilə etmək.

Moskvanın Bakı ilə yanaşı, İrəvana hücumları da bundan qaynaqlanır. Lakin Azərbaycandan fərqli olaraq, Ermənistan zəif bənddir və Rusiya məsələni burada həll etməyə çalışacaq, bu isə hadisələrin hakimiyyət çevrilişinə qədər inkişaf edə biləcəyini vəd edir.

Baş verənləri anlamaq üçün bir məqama aydınlıq gətirmək lazımdır: regionda kommunikasiyanın Rusiyasız açılması ən azı texniki baxımdan mümkün deyil, çünki plan çoxşaxəli tranzit xətlərinin birləşdirilməsidir və bura həm Tehran, həm Moskvanın iştirak etdiyi Şimal-Cənub nəqliyyat dəhlizi də daxildir; mübarizə Rusiyanı regional kommunikasiyadan kənarda qoymaq uğrunda yox, Zəngəzur dəhlizinə nəzarət uğrunda gedir;

Rusiya dəhlizdə təhlükəsizliyin rus qoşunları tərəfindən təmin edilməsini istəyir, Qərb və Ermənistan əvvəldən buna qarşı çıxır. Azərbaycan daha öncə Rusiyanın iştirakını dəstəkləyirdisə, indi alternativ variantlara açıq mövqe sərgiləyir. Bu, Azərbaycanın Rusiyaya qarşı cəbhədə yer almasından daha çox, Zəngəzur dəhlizi – Naxçıvana çıxışın əldə edilməsi məsələsini “ölü nöqtədən” tərpətmək gedişi kimi görünür. Və hər iki halda Bakı istəyinə - Naxçıvana çıxış imkanına nail olacaq:

- Rusiya bu mübarizədən “sağ çıxacaq”sa və dəhlizə nəzarət payı əldə edəcəksə, Naxçıvana maneəsiz keçid artıq praktiki olaraq mövcud olmayan 10 noyabr bəyanatının 9-cu bəndinə bənzər formada təmin edilə bilər;

- Rusiya məğlub olacaqsa və ABŞ-ın planı önə çıxacaqsa, Naxçıvana maneəsiz keçid (daha öncə yazdığımız kimi) “Azərbaycandan Azərbaycana prinsipi”, yaxud de-fakto dəhliz olacaq digər variantlar üzrə reallaşa bilər.

Azərbaycan iki cəbhə arasında yekunda qazanacağı oyunu qurur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://axar.az
archiveBu xəbər 07 İyul 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see360

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see352

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see321

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see312

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see297

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see281

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see280

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see262

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see251

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see246

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see245

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see236

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see224

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see219

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see207

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see193

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see188

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri