Moskva ilə müqavilə Rusiya Ukrayna münaqişəsinin həllidir Kris Rayt
Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin həlli üçün innovativ yollar axtarır və Rusiya ilə dizel yanacağı müqaviləsi də belə həll yollarından biridir.
"Report"un məlumatına görə, ABŞ-nin energetika naziri Kris Rayt bunu CNN-ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Trampın müqaviləsi Rusiyaya təzyiq göstərir, çünki Moskvanın ixrac üçün əlavə dizel yanacağı əldə etməsinin yeganə yolu Ukrayna ilə münaqişəyə son qoymaqdır.
"Bu, Rusiyaya qarşı yumşaqlıq əlaməti deyil. Bu, müharibəyə son qoymaq üçün stimuldur", - ABŞ-nin energetika naziri deyib.
O əlavə edib ki, ABŞ Rusiya neftinə qarşı heç bir sanksiyanı yumşaltmayıb və yumşalma yalnız Rusiya dizel yanacağı tədarükünə aiddir.
Tramp oktyabrın 9-da Rusiya dizel yanacağının ABŞ və qlobal bazarlara genişmiqyaslı tədarükü üçün müqavilə elan edib. Həmin günün sonunda ABŞ Maliyyə Nazirliyi Rusiya dizel yanacağının qlobal bazara daxil olmasına yol açıb və onu 7 aprel 2027-ci ilə qədər ABŞ-nin sanksiyalarından müvəqqəti azad edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:196
Bu xəbər 18 Oktyabr 2026 21:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















