Icma.az
close
up
RU
Moskva ilə “soyuq müharibə” Bakı və İrəvan müttəfiqə çevrilir

Moskva ilə “soyuq müharibə” Bakı və İrəvan müttəfiqə çevrilir

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Azərbaycan, Türkiyə və Ermənistanın Rusiyasız Zəngəzur dəhlizi ilə bağlı razılığa gəldiyi iddiaları var; belə davam edərsə, Kremlin Cənubi Qafqazda nə müttəfiqi, nə tərəfdaşı qalacaq - kritik gəlişmə
Azərbaycan-Rusiya münasibətlərində “soyuq müharibə” dövrü davam edir. Hələ ki gərginliyi azaldacaq addımlar müşahidə olunmur. Hansını ki, ilk növbədə şimal qonşumuz atmalıdır.
Maraqlıdır ki, Ermənistan-Rusiya münasibətləri də ən gərgin dövrlərindən birini yaşayır. Bunu XİN başçısı Ararat Mirzoyanın Rusiya xarici işlər naziri Sergey Lavrova sərt cavabından da görmək olar. Lavrov “hakimiyyətin kilsəyə hücumundan narahat olduğunu” bildirmişdi. Ondan bir gün qabaq isə İrəvan KTMT-nin Qırğızıstan sammitinə Ermənistanın qatılmayacağını söyləmişdi. Öz növbəsində parlamentin spikeri Alen Simonyan Ermənistan ərazisində Rusiya telekanallarının yayımının dayandırılacağını istisna etməyib.
“Bu gün Rusiyada yaşayan qafqazlılar universal ”daxili düşmənlər"dir. Ermənilər vətəndaşlığından, statusundan, loyallığından asılı olmayaraq, xüsusən də Moskva ilə İrəvan arasında gərginliyin artması fonunda repressiya maşınının növbəti hədəfinə çevrilə bilər. Bütün bunların fonunda Ermənistan hakimiyyətinin ölkə daxilində Rusiyanın “5-ci kolonu”nu neytrallaşdırmaq üçün atdığı addımlar xüsusi əhəmiyyət kəsb edir".
Bu sitat Armenianreport.com saytı öz redaksiya məqaləsindəndir.
Məqalədə həmçinin deyilir: “Rusiya xüsusi xidmət orqanlarına bağlı qüvvələrin hazırladığı dövlət çevrilişinə cəhd faktiki olaraq iflasa uğrayıb. Bu, təkcə Moskvanın Ermənistandakı təsirinə zərbə deyil. Bu, geri dönüşü olmayan nöqtədir. Cənubi Qafqazda Kremlin hələ də müəyyən təsirini saxladığı yeganə ölkə Gürcüstandır. Lakin bu təsir tamamilə Bidzina İvanişvi fiquru ilə bağlıdır. Artıq yeni reallıq yaranıb: Cənubi Qafqaz daha Rusiyanın təsir ərazisi deyil. Azərbaycan sərt reaksiya nümayiş etdirir. Ermənistan Rusiyapərəst agentləri məhv edir. Gürcüstanda anti-Rusiya dalğası yaranır. Qərb isə bu ölkələrə fəal şəkildə alternativ təklif edir. Rusiya regionu kiminsə ”xəyanətinə" görə yox, özünün aqressiv, ksenofob və imperialist siyasətinə görə itirir. Belə davam edərsə, tezliklə Rusiyanın Cənubi Qafqazda nə müttəfiqi, nə tərəfdaşı, nə də neytral müşahidəçiləri qalacaq".
Rusiyanın Azərbaycana qarşı aqressivləşməsinin səbəbləri barədə daha bir maraqlı və inandırıcı versiyanı “CaucasusWarReport” yazıb. “Rəsmi detalları açıqlanana qədər çox şərh verməyəcəyik, amma Ermənistan, Türkiyə və Azərbaycan baş nazir Nikol Paşinyanın son Türkiyə səfəri zamanı Zəngəzur dəhlizi ilə bağlı razılığa gəliblər. Bu razılaşmaya görə, Rusiya dəhliz üzərində heç bir nəzarətə sahib olmayacaq və faktiki olaraq tamamilə kənarda qalacaq. Buna cavab olaraq, Moskva keçən həftə davam edən danışıqları pozmaq məqsədilə dini kanallar vasitəsilə Paşinyana qarşı uğursuz çevriliş cəhdi etdi. İndi isə Azərbaycanı təzyiq altına almağa çalışır, lakin bu səylər də nəticəsiz qalır. Əsas etibarilə, Türkiyə, Ermənistan və Azərbaycan Rusiyanın təsirinə açıq şəkildə meydan oxuyan yeni regional ox formalaşdırırlar”.
Bəs Azərbaycanla Ermənistanın zahirən eyni “qayıq”da yer almasının üstünlüyü varmı? Bu vəziyyət rəsmi Bakı və İrəvan arasında sülh prosesini sürətləndirə bilərmi? Ardınca həmin sənəd Türkiyə-Ermənistan münasibətlərinin qaydaya salınmasını (sərhədlərin açılması və s.) mümkün edə, nəticə etibarilə Rusiyanın Güney Qafqaza müdaxilə imkanlarını sıfırlaya bilərmi?
Yeri gəlmişkən, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova münasibətlərin pozulmasına çalışanlara xəbərdarlıq edib. Onun sözlərinə görə, iki xalq arasında dostluq münasibətləri olduqca əhəmiyyətlidir və bu münasibətləri zədələmək istəyənlər atdıqları addımların nəticələri barədə ciddi düşünməlidirlər.

 

“Bu vəziyyətdən istifadə edərək əlini qızdırmaq istəyənlər az deyil. Amma qoy yaddan çıxarmasınlar ki, yandıra da bilərlər. Çünki bizim üçün, düşünürəm ki, hər iki xalq üçün dostluq münasibətləri həqiqətən də son dərəcə vacibdir. Onları pozmaq istəyənlər nə etdiklərini yaxşıca düşünməlidirlər”, - deyə Zaxarova bildirib. O, həmçinin əlavə edib ki, bu cür cəhdlərin qarşısında ehtiyatlı olmaq lazımdır və münasibətlərin qorunması hər iki tərəf üçün strateji əhəmiyyət daşıyır.
“Yekaterinburqda baş verənlər cinayət işinin araşdırılması üçün Baş Prokurorluq əlindən gələni edəcək”. Bunu iyulun 2-də Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov Azərbaycan Respublikası vətəndaşlarının Rusiya Federasiyasında işgəncəyə məruz qalması və qəsdən öldürülməsi ilə bağlı Baş Prokurorluq tərəfindən keçirilən brifinqdə deyib. O bildirib ki, Baş Prokurorluq Azərbaycan Konstitusiyasına sadiq qalaraq, ölkə vətəndaşına qarşı törədilmiş cinayətin araşdırılmasını özünə borc bilir: “Buna görə də tərəfimizdən istintaq başlanılıb. Biz bütün hüquqi mexanizmlərdən istifadə edəcəyik. Cinayətkarların məhkəmə qarşısına çıxarılmasına çalışacaq”.
“Ümid edirik ki, qarşılıqlı təmaslar nəticəsində Yekaterinburqda baş verən cinayətin açılmasına nail olacağıq və cinayətkar cəzasını alacaq”, - Nemət Əvəzov deyib. “Biz həmkarlarımıza, Rusiyanın səlahiyyətli orqanlarına cinayət işi üzrə baxışlar keçirilməsini, ekspertizaların, sorğuların aparılmaısnı, sənədlərin tədqiqinin aparılması ilə bağlı çağırış etmişik”, - deyə Nemət Əvəzov bildirib.

“Yekaterinburqda amansızlıqla öldürülən Ziyəddin Səfərovun saxlanıldığı anı əks etdirən videogörüntü mövcuddur”. Bu sözləri isə Baş Prokurorluğun İstintaq İdarəsinin müstəntiqi Pərviz Cəlilov söyləyib. O qeyd edib ki, Ziyəddin Səfərov evdən aparılarkən tam sağlam olub, bədənində hansısa bir xəsarət olmayıb. “Bu o deməkdir ki, o, işgəncə nəticəsində öldürülüb”, - Pərviz Cəlilov vurğulayıb.
“Rusiyada yaşayan soydaşlarımızın hüquqları pozulub”. Bu sözləri də Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəis müavini Samirə Nəcəfzadə brifinqdə deyib. Onun sözlərinə görə, Rusiyada yaşayan azərbaycanlılara işgəncələrin verilməsi həm də beynəlxalq hüququn pozulmasıdır: “Beynəlxalq müqavilələrlə işgəncələr qadağan edilib. Azərbaycan Avropa İnsan Haqları Konvensiyasının üzvü olsa da, Rusiya bu konvensiyadan çıxıb”.
Analitik Elxan Şahinoğlunun fikrincə, Azərbaycanın Rusiya ilə bugünkü davranışı Mərkəzi Asiya ölkələrini də Kremllə münasibətlərdə cəsarətli olmağa həvəsləndirməlidir: “Rusiyada Mərkəzi Asiya ölkələrinin vətəndaşları, ən ağır işlərdə çalışan miqrantlar da aşağılanır, restoranlarına və satış mərkəzlərinə polis hücumları təşkil edilir, işgəncələr verilir. Mərkəzi Asiya ölkələrinin bir qismi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İqtisadi Birliyinin üzvü olduqlarından Rusiyaya bir söz deyə bilmirlər. Rusiya Prezidenti böyük imperiyanın bərpası vacibliyindən danışırsa, "rus hərbçisinin ayağının dəydiyi hər yer Rusiyadır" deyirsə, bərabərhüquqlu tərəfdaşlıq üçün yer qalmır. Bıçaq sümüyə dirənəndə, Mərkəzi Asiya ölkələri də miqrant vətəndaşlarının döyülməsinə, işgəncə görməsinə göz yummayacaqlar".
Siyasi təhlilçi Məhəmməd Əsədullazadə hesab edir ki, Azərbaycanla Rusiya arasında siyasi böhran birbaşa Moskvadan qaynaqlanır: “Kreml rəhbərliyi Azərbaycanın müstəqil və Türkiyə ilə koordinasiyalı siyasətini qəbul etmək istəmir. Məhz İkinci Qarabağ müharibəsinin nəticəsi ilə Rusiyanın regionda təsirləri getdikcə zəifləməyə başladı. Rusiya təzyiq və şantajla Azərbaycanı öz siyasi iradəsinə tabe etdirməyə çalışır”. (Musavat.com)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:258
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 İyul 2025 09:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see604

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see426

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see307

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see294

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see277

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see267

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see264

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see241

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see221

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see212

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see210

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see202

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see193

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see192

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see191

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see189

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see182

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see177

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see175

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri