Moskva Naxçıvan reysində təhlükəli səhv: sərnişin təyyarə qapısını tualet bilib
Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Moskva–Naxçıvan aviareysi zamanı sərnişinlərdən biri uçuş əsnasında təyyarənin qapısını tualetlə səhv salaraq açmağa cəhd edib.
BAKU.WS xəbər verir ki, hadisə "Utair" aviaşirkətinə məxsus təyyarədə baş verib.
Məlumata görə, layner Xəzər dənizi üzərində 11 min metr yüksəklikdə olarkən sərnişin təyyarənin qapısını daxildən açmağa cəhd edib. Daha sonra onun tualeti axtardığı məlum olub.
Bələdçilər siqnal səsini eşidərək dərhal müdaxilə edib və vəziyyətin qarşısını alıblar. Hadisədən sonra uçuş normal qaydada davam etdirilib.
Lakin əlverişsiz hava şəraiti səbəbindən təyyarə Naxçıvanda deyil, Gəncə hava limanında eniş edib.
Bu mövzuda digər xəbərlər:Bakı Naxçıvan reysində gecikmə yarandı
16 Fevral 2025 15:25
Naxçıvan reysində gecikmələr var AZAL
05 İyul 2026 10:12
Bakı Naxçıvan reysində yubanmalar var YENİLƏNİB
16 Fevral 2025 16:16
Araz Naxçıvan finalın qapısını araladı
05 Aprel 2025 09:04
Sidney reysində insident: Sərnişin havada təyyarənin qapısını açmağa çalışdı
07 Aprel 2025 06:32
Baxış sayı:128
Bu xəbər 15 İyun 2026 21:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















