Icma.az
close
up
RU
Moskva niyə qərar vermir? Fiona Hill in açdığı təhlükəli reallıq

Moskva niyə qərar vermir? Fiona Hill in açdığı təhlükəli reallıq

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Moskva hazırda problemlərlə üz-üzədir, lakin onların heç biri ABŞ-yə danışıqlarda əhəmiyyətli üstünlük verəcək qədər ciddi deyil.

Bunu ABŞ Prezidentinin təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Fiona Hill Rusiyanı Ukraynaya qarşı müharibəni dayandırmağa nəyin vadar edə biləcəyi barədə danışarkən deyib.

“Elə anlar var ki, Putin yəqin ki, təzyiq hiss edir, lakin onların heç biri o həddə çatmayıb ki, o, qərar vermək məcburiyyətində qalsın və ya seçimləri tükənsin”, – o bildirib.

Qeyd olunub ki, Qərbin onu dayandırmaq cəhdlərinə baxmayaraq, Rusiya hələ də enerji sənayesindən böyük gəlirlər əldə edir.

Bəs Fiona Hill-in dediyi kimi, Moskva ciddi problemlərlə üzləşsə də, niyə hələ də qərar vermək məcburiyyətində qalmır? Bu, Rusiya sisteminin dayanıqlığının göstəricisidir, yoxsa Qərbin yanlış strategiyasının?

Fiona Hill-in “Moskva problemlərlə üz-üzədir, amma qərar vermək məcburiyyətində qalmır” fikri əslində iki böyük reallığı üzə çıxarır.

Birinci reallıq odur ki, Rusiya siyasi sisteminin gözləniləndən daha dayanıqlı olmasıdır.

Kreml uzun illərdir enerji gəlirlərini diversifikasiya etmədən belə, iqtisadiyyatın əsas sütunlarını qoruyub saxlayır. Avtoritar idarəçilik isə qərar qəbulunda elastiklik deyil, sabitlik illüziyası yaradır. Yəni sistem daxili təzyiq hiss etsə də, həmin təzyiq siyasi dəyişiklik üçün yetərli səviyyəyə çatmır. Putin bürokratik aparat, təhlükəsizlik elitası və təbliğat mexanizmi ilə dəyişiklik ehtiyacını boğmağı bacarır.

İkinci reallıq isə Qərbin Rusiyaya qarşı strategiyasının parçalanmış olmasıdır. Sanksiyalar tətbiq olunur, amma enerji bazarında kənar yollarla dolanan pullar axmağa davam edir. Avropa vahid mövqe ortaya qoya bilmir, ABŞ isə daxili siyasi çətinliklərə görə istədiyi təzyiq səviyyəsini saxlamır. Belə olan halda, Moskva özünü “mecbur edilmiş aktor” kimi hiss etmir. Hill-in dediyi kimi, Putin təzyiq hiss edir, amma bu təzyiq hələ də “qırılma nöqtəsi” yaratmır.

Yəni konkret desək, Moskvanın qərar verməməsi nə tam dayanıqlıqdan, nə də tam Qərb zəifliyindən qaynaqlanır. Bu, hər iki amilin paralel işləməsinin nəticəsidir. Rusiya daxili monolit struktura malikdir, Qərb isə müharibə ilə bağlı vahid siyasi iradə ortaya qoymaqda çətinlik çəkir.

Günay

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 04 Dekabr 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri