Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

MOSKVA RAMİZ MEHDİYEVİ NİYƏ SATDI? Əsas iki səbəb göstərilir

MOSKVA RAMİZ MEHDİYEVİ NİYƏ SATDI? Əsas iki səbəb göstərilir

Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.

"Ramiz Mehdiyevin çevriliş planını Rusiyanın ifşa etdiyi haqda məlumatlar “Putin onu niyə qurban verdi” sualını önə çıxarır"

Bunu politoloq Asir Nərimanlı feysbuk hesabında yazıb. 

O, Putin Ramiz Mehdiyevi qurban verməsinin səbəbi kimi iki ehtimal səsləndirib:  "Ramiz Mehdiyevin çevriliş planını Rusiyanın ifşa etdiyi haqda məlumatlar “Putin onu niyə qurban verdi” sualını önə çıxarır.

Burada iki mümkün cavab ola bilər.

Birincisi, Putinin planla razılaşmamasıdır; Rusiyada Azərbaycana münasibətdə həmişə iki kanalın mövcud olduğu məlumdur: bir xətt – Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi sərt mövqe sərgiləyir, digər xətt – Kreml daha loyal münasibət göstərir; bu, Rusiyanın postsovet məkanında məşhur olan “yaxşı və pis polis” taktikasından irəli gəlsə də, bir sıra hallarda kanalların yanaşmalarında ziddiyyətlər, toqquşmalar da olur, lakin son qərar Putin tərəfindən verilir;

Mümkündür ki, Mehdiyevin çevriliş planı Putinə məruzə olunub. Azərbaycanla münasibətlərin kəskin atmosferi fonunda planın qəbul ediləcəyi gözləntiləri olsa da, Rusiya prezidenti imtina edib və Bakı ilə münasibətlərin normallaşmasında nə qədər maraqlı olduğunu təsdiq etmək üçün Düşənbədə Əliyevi məlumatlandırıb.

İkincisi, Rusiya perspektivi olmayan çevriliş planından siyasi məqsəd üçün istifadə edib;

Çevriliş planının reallaşmasının qeyri-real olduğunu, xüsusilə Prezident İlham Əliyevin gücü və Azərbaycanda Rusiyaya olan mənfi münasibət fonunda, Moskvada anlayıblar. Onu da anlayıblar ki, perspektivsiz çevriliş cəhdinin dəstəklənməsi Azərbaycanla münasibətlərdə geridönüşü olmayan vəziyyət yarada, Rusiyanın bölgədəki mövqelərinə ciddi zərbə vura bilər. Bu baxımdan, Putin Mehdiyevi Bakı ilə münasibətlərdə siyasi divident qazanmaq üçün qurban verib".

Mövzunu şərh edən təhlükəsizlik eksperti İlham İsmayıl  isə Modern.az-a bildirib ki, Rusiya Mehdiyevin simasında heç bir prespektiv görmədiyindən onu ifşa edib: “87 yaşlı adam nə edə biləcək ki?! Rusiya hər zaman kimliyindən asılı olmayaraq, şəxsin kim və nə dərəcədə prespektivli olmasını, xalq tərəfindən bir damcı da olsa sevilib-sevilməməsini nəzərə alır. Eləcə də burada əsas nüanslardan biri onun təşkilatlanmış hər hansı siyasi qüvvəsinin olub-olmamasıdır. Bunların heç biri Ramiz Mehdiyevdə olmadığından Rusiya kifayət qədər yaşlı olan akademikin prespektivsizliyini nəzərə alıb. Hətta Mehdiyevin Rusiyanı bezdirdiyi də deyilir”.


İ.İsmayıl deyib ki, Ramiz Mehdiyev məhz Azərbaycan-Rusiya münasibətləri gərginləşəndən sonra əl-ayağa düşüb: “Hakimiyyət çevrilişini detallı və planlı şəkildə hazırlamaq iştahına Ramiz Mehdiyev 9 ay ərzində Azərbaycan-Rusiya münasibətlərinin gərginləşməsi fonunda düşüb. Rusiya da bunu müəyyən dərəcədə qəbul edib. Amma çox da analiz etmədən görürlər ki, bununla əməkdaşlıq mənasızdır və bunun heç bir əsası yoxdur.

Ramiz Mehdiyev xalq arasında heç bir hörməti olmayan şəxsdir. Onun güc strukturları arasında tək-tük adamları ola bilər. Amma güc strukturları ümumilikdə cənab Prezidentə sadiqdirlər. Yenə deyirəm Mehdiyevin təşkilatlanmış siyasi qüvvəsi yoxdur. Rusiya Ermənistanda niyə güclüdür? Çünki oradakı bütün müxalif siyasi qüvvələr Rusiyayönümlüdür. Bizdə təşkilatlanmış elə siyasi müxalif qüvvə yoxdur ki, Rusiyayönümlü olsun. Məhz bu səbəbdən Rusiya tərəfdən bu məsələ prespektivsiz, hətta ümidsiz bir variant kimi qiymətləndirilib. Bu məsələnin açılmasında Rusiyanın rolu varsa, mən deyərdim ki, o da çox təbii qarşılanmalıdır. Rusiya münasibətləri düzəltmək üçün bu addımı ata bilər. 1994-cü ildə Sürət Hüseynovun yarımçıq üsyanından, yaxud mart hadisələrindən sonra kimlərinsə qaçıb Rusiyaya sığındığı məlum idi. Rusiya onları öz maraqları naminə bircə-bircə Azərbaycana verdi. Separatçıların liderləri vardı. Cənub zonasından olan həmin separatçılara Rusiya təlim keçir, onları bəsləyirdi. Amma an gəldi, Rusiya öz maraqları naminə onları Azərbaycana təhvil verdi. Ramiz Mehdiyev kimi hər halda böyük təcrübəsi olan adam gərək bunu hesablaya və biləydi ki, Rusiya öz prespektiv maraqları naminə onun da kürəyini mütləq yerə qoyacaq”. \\AzPolitika.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:256
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 17 Oktyabr 2025 22:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see769

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see424

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see301

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see287

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see268

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see268

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see267

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see266

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see249

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see240

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see237

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see232

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see231

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see231

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see228

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see227

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see213

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see211

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see208

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri