Icma.az
close
up
RU
Moskva siyasi həyasızlıq edir

Moskva siyasi həyasızlıq edir

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Onun göz yaşlarına inanmaq olmaz

Rusiya tərəfi AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı rəsmi Bakının tutarlı arqumentlərinə, “Rus evi"nin qeyri-qanuni fəaliyyətinin qarşısının alınması ilə bağlı addımlarına özünəməxsus - hədə-qorxu şəkildə cavab verməyə başlayıb. Cinayətini etiraf edib ya susmaq, ya da üzr istəmək əvəzinə Bakını başqalarının dili ilə hədələyir. Həmişə belə olub, Kreml cinayətinin üstünü ört-basdır etməyə cəhdlər göstərib.

Bu Kremlin sınaqdan keçirdiyi taktiki gedişlərindən biridir. Fakt qarşısında qalanda suyu bulandlrmaq onun adətidir. Kreml bu dəfə birbaşa hakim elitaya bağlı "Vahid Rusiya" Partiyasının Dumada təmsil olan deputatlarını irəli verdi. Xarici mətbuatın “Rus bədheybəti” adlandırdığı Dumanın deputatı Nikolay Valuyev və separatçı deputat Andrey Pinçuk dilləndirib. "Rus bədheybəti" sərsəmləyib ki, Rusiyadakı Azərbaycan diaspor təşkilatları qapadılsın, bu ölkə ərazisində qeyri-qanuni yaşayan azərbaycanlılar çıxarılsın, qanuni yaşayanların isə hərbi uçota götürülsün və cəbhəyə göndərilsin. Hətta azərbaycanlılar da daxil olmaqla Mərkəzi Asiya və Qafqazdan olan gəlmələri öz xəstə və irqçi təxəyyülünün məhsulu olan və rus dilində jarqon istifadə olunan “şobla-vobla” adlandırıb.
Pinçuk isə “Crocus” şirkətinin və “Sadovod” ticarət kompleksinin müsadirə edilməsi təklifini irəli sürüb... Bu həmin Pinçukdur ki, Ukraynanın Donetsk vilayətində separatçılıq işlərində qazandığı uğurlara görə deputat mandatı ilə "təltif" edilib.
Bundan öncə də ictimai fəal Sergey Mantsayev Bakıda “Rossotrudniçestvo”nun bağlanmasına cavab olaraq bütün Azərbaycan vətəndaşlarının Rusiyadan deportasiya edilməsi təklifini irəli sürüb. Sözsüz ki, bunlar onların öz fikirləri deyil, Kremldə hazırlanıb, sadəcə ictimailəşdirmək tapşırığı yerinə yetirilib.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Rusiya Federasiyasının Dövlət Dumasının deputatının Azərbaycan əleyhinə fikirləri və ona qarşı atılacaq addımlar ilə bağlı suala cavabında deyib ki, Dövlət Dumasının Turizm komitəsinin sədrinin birinci müavini Nikolay Valuyevin Azərbaycan və xalqımız əleyhinə işlətdiyi təhqiramiz ifadələr, ölkəmizə qarşı təhdid xarakterli fikirləri tamamilə qəbuledilməzdir. "Qeyd edilən deputatın ölkəmiz əleyhinə fikirləri ilə bağlı onun adı Azərbaycan Respublikasına girişi qadağan edilmiş şəxslərin siyahısına daxil edilib və onun ölkəmizə girişinə qadağa qoyulub.

Ümumilikdə, bildirmək istərdik ki, bu, Rusiya Dövlət Dumasının deputatlarının “arzuolunmaz şəxslər” siyahısına daxil edilməsi üzrə ilk hal deyil. Misal üçün qeyd edək ki, bundan əvvəl Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı fəaliyyət göstərən Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının MDB ilə iş Komitəsinin birinci müavini Konstantin Zatulin və Ailənin müdafiəsi komitəsinin sədrinin müavini Vitali Milonov da Azərbaycanda “arzuolunmaz şəxs” kimi müvafiq siyahıya daxil edilib.

Təəssüflə bildirmək istərdik ki, ölkəmizə qarşı fəaliyyət göstərən bütün bu deputatlar məhz Rusiyanın hakim Vahid Rusiya (Yedinaya Rossiya) Partiyasının üzvləridir.

Ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə, Azərbaycan xalqına qarşı fəaliyyət göstərən bu kimi şəxslərə qarşı ölkəmizin qanunvericiliyi çərçivəsində bundan sonra da müvafiq addımlar atılacaq", - məlumatda qeyd edilib.

Söylənilən hər bir fikirdə milli ədavətin qızışdırılması, bir millətə təhqir edilməsi elementləri var. Rusiya İstintaq Komitəsi və ya Daxili İşlər Nazirliyi bu xarakterli fikirlərdə milli ədavətin qızışdırılması əlamətlərinə və ya Rusiya qanunvericiliyinin pozulmasına göz yumursa, deməli, bu, sifarişdir. Sanki Rusiya Azərbaycandan qisas alır. Azərbaycanda bütün azsaylı xalqlar, millətlər, etniklərin hüquqları konstitusiya çərçivəsində qorunur, ölkədə tolerantlıq, multikultural dəyərlər ən yüksək səviyyədə mövcuddur. Onların müxtəlif mədəniyyət mərkəzləri, media orqanları, özfəaliyyət ansamblları fəaliyyət göstərir, sərbəst, maneəsiz, təhlükəsiz, özü də dövlət qayğısı ilə. Amma Rusiyada bunları görmək mümkün deyil. Azərbaycan diasporunun fəaliyyətinə dövlət nəzarəti var. Bu gün Rusiyada diasporumuz sərbəst formada fəaliyyət göstərə bilmir, sıxışdırılıb. Xatlrlayırsızsa, 2001-ci ildə Rusiyada ümummilli lider Heydər Əliyev və prezidenti Vladimir Putin tərəfindən əsası qoyulan Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) Rusiya Ali Məhkəməsinin qərarı ilə bağlandı. Azərbaycan diasporu iflic vəziyyətə salındı, ermənilərin sifarişi ilə bu plan həyata keçirildi. Amma Azərbaycan heç bir qisas barədə düşünmədi, çünki rəsmi Bakı mehriban qonşuluq siyasətinə üstünlük verdi. Baxın, adıçəkilən partiyanın Dumada digər nümayəndəsi Yevgeni Popov təklif edib ki, əgər “Rossotrudniçestvo”nun fəaliyyəti dayandırılarsa, Azərbaycanın Rusiyada iki şirkətinin də fəaliyyətinə baxmaq lazımdır. Bu nə məntiqsiz yanaşmadır, deputatların düşüncələrində separatçılıq, milli ədavətin qızışdırılması elementləri var.

Kreml qaranlıq otaqda qara pişiyi tapmaq istəyir, xüsusən də əgər pişik otaqda yoxdursa. Məlum təyyarənin vurulması hadisəsindən sonra Rusiyanın informasiya məkanında Azərbaycana qarşı genişmiqyaslı və qaydasız bir informasiya müharibəsi başladı, müxtəlif ittihamlar, təhqiramiz açıqlamalar və təxribat xarakterli məqalələr sifariş xarakteri aldı. Məqsəd cinayət izini itirmək idi.
“Çarqrad” telekanalının Azərbaycana qarşı təxribat xarakterli saxta məlumatları misal çəkmək olar. Moskvanın göz yaşlarına inanmaq olmaz. İkinci Qarabağ müharibəsində əldə edilən qələbə, torpaqlarımızın işğaldan azad edilməsi Kremlin də kürkünə birə salıb, sadəcə, səsini çıxara bilmir. Çünki, təyyarəmizi vurulması cinayəti kimi işğalçı Ermənistana hərbi yardımı faktlarla üzə çıxdı, Moskva fakt qarşısında qaldı. Bunu biz yox, ermənilər özləri etiraf etdilər.
Məsələn, Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda Rusiya nümayəndə heyətinin nümayəndələri ilə görüşündə Rusiyanın müdafiə naziri Sergey Şoyquya 2020-ci ildə hərbi əməliyyatlar zamanı göstərdiyi dəstəyə görə təşəkkür edib.

Ermənistanın baş nazirinin sözləri ölkənin Nazirlər Kabinetinin saytında yer alıb. “Qeyd etmək istəyirəm ki, müharibə zamanı biz həmişə Rusiya Federasiyasının, Rusiya Prezidentinin, Rusiya Baş nazirinin dəstəyini, sizin şəxsi dəstəyinizi hiss etmişik. Buna görə sizə təşəkkür etmək istəyirəm”, - deyə Nikol Paşinyan bildirib.

“Artsax”a qarşı davam edən müharibə kontekstində Rusiya müttəfiqlik öhdəliklərini yerinə yetirmək üçün əlindən gələni etdi”. Bunu isə Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan 25 yanvar 2021-ci ildə Mediamax-a müsahibəsində bildirib.

“Rusiya müttəfiqi Ermənistanı dəstəkləyirmi, yoxsa yox” sualına o, bu cür cavab verib: “Bütün müharibə boyu müdafiə naziri Sergey Şoyqu ilə əlaqə saxlamışam. Gündə bir neçə dəfə telefonla danışdığımız günlər olub. Məlum səbəblərə görə bütün mötərizələri açıqlamayacağam, lakin birmənalı olaraq deyə bilərəm ki, davam edən müharibə şəraitində Rusiya müttəfiqlik öhdəliklərini yerinə yetirmək üçün əlindən gələni etdi. Üstəlik, sırf müdafiə məsələlərindən əlavə, Rusiya Federasiyasının Müdafiə naziri ilə daimi işgüzar ünsiyyət sayəsində bir sıra digər vacib məsələləri də həll etmək mümkün oldu”.

Ermənistan Müdafiə Nazirliyinin Baş Qərargahının keçmiş rəisi, general-polkovnik Movses Akopyanın 2020-ci il noyabrın 19-da İrəvanda keçirdiyi mətbuat konfransında verdiyi bəyanatdan bir parça: “Rusiya Ermənistana bizim heç arzulamağa cəhd etmədiyimiz silahlar verib. Müharibənin ilk günlərindən, hələ Ermənistan dövlətinin başçısı Rusiya Prezidenti ilə telefonla əlaqə saxlamazdan əvvəl".
30 il işğalçı Ermənistana hərbi və siyasi dəstək verən rəsmi Moskvanın cinayətlərini etiraf etmək əvəzinə siyasi həyasızlıq etməklə bu gün Bakıya hədə-qorxu gəlməsi düzgün taktika deyil. Moskva həmişə fakt qarşısında aciz qalanda siyasi həyasızlıq, hətta əxlaqsızlıq seçiminə əl atır.

Azərbaycan müstəqil dövlətdir, heç kimin hədə-qorxusu onun siyasətinə təsir edə bilməz, heç kim də rəsmi Bakı ilə hədə dilində danışa bilməz. Azərbaycanda digər millətlərlə yanaşı ruslara da həmişə hörmətlə yanaşılıb, hüquqları qorunub, heç vaxt Rusiya rəhbərliyi təhqir edilməyib, xalqı aşağılanmayıb: "Bu gün Azərbaycanda 119 mindən çox rus yaşayır, rusdilli məktəb və universitetlər, Rus Dram Teatrı, Bakı Slavyan Universiteti, beş Rus Pravoslav kilsəsi, o cümlədən bakılıların sevimli istirahət yeri olan bağ var ki, orada dahi rus şairi Aleksandr Puşkinin abidəsi ucaldılıb.

Bundan başqa, rus mədəniyyətinin və dilinin qorunması, məktəblərdə rus dilində tədrisi, rus dilində qəzet və jurnalların nəşri, saytların fəaliyyəti və s. bunlar ruslara münasibətin nümunələrindən biridir... Rusiya Azərbaycandan nümunə götürməlidir, mehriban qonşuluq siyasətinə üstünlük verməlidir, hədə, təhqir sonradan Kremlin özünün başağrısına çevrilə bilər.

Yeri gəlmişkən, rusiyalı politoloq Yevgeni Mixaylov Rusiya Dövlət Dumasının deputatı Nikolay Valuyevin Azərbaycanla bağlı açıqlamalarına münasibət bildirərkən deyib ki, o, böyük ehtimalla belə yüksək rütbəyə yaraşmayan çıxışına görə diqqət çəkəcək və müvafiq tədbirlər görüləcək: “Onun dediklərini birbaşa müzakirə etmək belə istəmirəm. Boksçu deputatlar belədir – nəyisə siyasi cəhətdən düzgün demək istəyir, amma həmişəki kimi çıxır. Məncə, Valuyev bir məsələdə haqlıdır. Dövlətlərarası münasibətlərdə asayişi bərpa etmək lazımdır. Amma bu qədər sərt və siyasi cəhətdən düzgün olmayan təqdimatda yanılır. Görünür, o, hər şeyi qızışdırmaq qərarına gəlib və Azərbaycana girişi qadağan edilib. Çətin ki, onu Rusiya deputatlarının növbəti tərkibində görək”.

Cavid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 12 Fevral 2025 23:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see131

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

29 May 2025 17:36see126

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

29 May 2025 19:52see126

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see122

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

30 May 2025 09:01see121

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

29 May 2025 21:16see120

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

31 May 2025 01:21see116

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

30 May 2025 18:04see116

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see116

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

29 May 2025 21:23see115

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

29 May 2025 21:55see115

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

31 May 2025 02:02see115

Tramp Harvarda 30 gün vaxt verdi

29 May 2025 21:59see114

İsrail və HƏMAS arasında tarixi razılaşma...

29 May 2025 21:28see113

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see113

Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

29 May 2025 21:11see112

Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı tələbləri fərqlidir

29 May 2025 21:45see112

Sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr verilib

30 May 2025 20:40see112

Milan Reyndersi rekord qiymətə sata bilər

30 May 2025 18:31see112

Maqnit qasırğası 24 saatdan çoxdur davam edir

30 May 2025 10:03see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri