Icma.az
close
up
RU
Moskva siyasi həyasızlıq edir

Moskva siyasi həyasızlıq edir

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya tərəfi AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı rəsmi Bakının tutarlı arqumentlərinə, “Rus evi"nin qeyri-qanuni fəaliyyətinin qarşısının alınması ilə bağlı addımlarına özünəməxsus - hədə-qorxu şəkildə cavab verməyə başlayıb. Cinayətini etiraf edib ya susmaq, ya da üzr istəmək əvəzinə Bakını başqalarının dili ilə hədələyir. Həmişə belə olub, Kreml cinayətinin üstünü ört-basdır etməyə cəhdlər göstərib. 

Bunu Modern.az-a Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) İctimai Birliyinin sədri, jurnalist Cavid Şahverdiyev deyib. 

O, qeyd edib ki, bu Kremlin sınaqdan keçirdiyi taktiki gedişlərindən biridir. Fakt qarşısında qalanda suyu bulandlrmaq  onun adətidir. Kreml bu dəfə birbaşa hakim elitaya bağlı "Vahid Rusiya" Partiyasının Dumada təmsil olan deputatlarını irəli verdi: "Xarici mətbuatın “Rus bədheybəti” adlandırdığı Dumanın deputatı Nikolay Valuyev və separatçı deputat Andrey Pinçuk dilləndirib. "Rus bədheybəti" sərsəmləyib ki, Rusiyadakı Azərbaycan diaspor təşkilatları qapadılsın, bu ölkə ərazisində qeyri-qanuni yaşayan azərbaycanlılar çıxarılsın, qanuni yaşayanların isə hərbi uçota götürülsün və cəbhəyə göndərilsin. Hətta azərbaycanlılar da daxil olmaqla Mərkəzi Asiya və Qafqazdan olan gəlmələri öz xəstə və irqçi təxəyyülünün məhsulu olan və rus dilində jarqon istifadə olunan “şobla-vobla” adlandırıb.
Pinçuk isə  “Crocus” şirkətinin və “Sadovod” ticarət kompleksinin müsadirə edilməsi təklifini irəli sürüb... 


Bu həmin Pinçukdur ki, Ukraynanın Donetsk vilayətində separatçılıq işlərində qazandığı uğurlara görə deputat mandatı ilə "təltif" edilib. 
Bundan öncə də ictimai fəal Sergey Mantsayev Bakıda “Rossotrudniçestvo”nun bağlanmasına cavab olaraq bütün Azərbaycan vətəndaşlarının Rusiyadan deportasiya edilməsi təklifini irəli sürüb. Sözsüz ki, bunlar onların öz fikirləri deyil, Kremldə hazırlanıb, sadəcə ictimailəşdirmək tapşırığı yerinə yetirilib". 

C.Şahverdiyev vurğulayıb ki, söylənilən hər bir fikirdə milli ədavətin qızışdırılması, bir millətə təhqir edilməsi elementləri var. Rusiya İstintaq Komitəsi və ya Daxili İşlər Nazirliyi bu xarakterli fikirlərdə milli ədavətin qızışdırılması əlamətlərinə və ya Rusiya qanunvericiliyinin pozulmasına göz yumursa, deməli, bu, sifarişdir: "Sanki Rusiya Azərbaycandan qisas alır. Azərbaycanda bütün azsaylı xalqlar, millətlər, etniklərin hüquqları konstitusiya çərçivəsində qorunur, ölkədə tolerantlıq, multikultural dəyərlər ən yüksək səviyyədə mövcuddur. Onların müxtəlif mədəniyyət mərkəzləri, media orqanları, özfəaliyyət ansamblları fəaliyyət göstərir, sərbəst, maneəsiz, təhlükəsiz, özü də dövlət qayğısı ilə. Amma Rusiyada bunları görmək mümkün deyil. Azərbaycan diasporunun fəaliyyətinə dövlət nəzarəti var. Bu gün Rusiyada diasporumuz sərbəst formada fəaliyyət göstərə bilmir, sıxışdırılıb. Xatlrlayırsızsa, 2001-ci ildə Rusiyada ümummilli lider Heydər Əliyev və  prezidenti Vladimir Putin tərəfindən əsası qoyulan Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) Rusiya Ali Məhkəməsinin qərarı ilə bağlandı. Azərbaycan diasporu iflic vəziyyətə salındı, ermənilərin sifarişi ilə bu plan həyata keçirildi. Amma Azərbaycan heç bir qisas barədə düşünmədi, çünki rəsmi Bakı mehriban qonşuluq siyasətinə üstünlük verdi. Baxın,  adıçəkilən partiyanın Dumada digər nümayəndəsi Yevgeni Popov təklif edib ki, əgər “Rossotrudniçestvo”nun fəaliyyəti dayandırılarsa, Azərbaycanın Rusiyada iki şirkətinin də fəaliyyətinə baxmaq lazımdır. Bu nə məntiqsiz yanaşmadır, deputatların düşüncələrində separatçılıq, milli ədavətin qızışdırılması elementləri var". 

 QHT sədrinin fikrincə, Kreml qaranlıq otaqda qara pişiyi tapmaq istəyir, xüsusən də əgər pişik otaqda yoxdursa. 

 O, qeyd edib ki, məlum təyyarənin vurulması hadisəsindən sonra Rusiyanın informasiya məkanında Azərbaycana qarşı genişmiqyaslı və qaydasız bir informasiya müharibəsi başladı,  müxtəlif ittihamlar, təhqiramiz açıqlamalar və təxribat xarakterli məqalələr sifariş xarakteri aldı. Məqsəd cinayət izini itirmək idi. 
“Çarqrad” telekanalının Azərbaycana qarşı təxribat xarakterli saxta məlumatları misal çəkmək olar: "Moskvanın göz yaşlarına inanmaq olmaz. İkinci Qarabağ müharibəsində əldə edilən qələbə, torpaqlarımızın işğaldan azad edilməsi Kremlin də kürkünə birə salıb, sadəcə, səsini çıxara bilmir. Çünki, təyyarəmizi vurulması cinayəti kimi işğalçı Ermənistana hərbi yardımı faktlarla üzə çıxdı, Moskva fakt qarşısında qaldı. Bunu biz yox, ermənilər özləri etiraf etdilər. 
Məsələn, Ermənistanın baş naziri Nikol Paşinyan  İrəvanda Rusiya nümayəndə heyətinin nümayəndələri ilə görüşündə Rusiyanın müdafiə naziri Sergey Şoyquya 2020-ci ildə hərbi əməliyyatlar zamanı göstərdiyi dəstəyə görə təşəkkür edib.


Ermənistanın baş nazirinin sözləri ölkənin Nazirlər Kabinetinin saytında yer alıb. “Qeyd etmək istəyirəm ki, müharibə zamanı biz həmişə Rusiya Federasiyasının, Rusiya Prezidentinin, Rusiya Baş nazirinin dəstəyini, sizin şəxsi dəstəyinizi hiss etmişik. Buna görə sizə təşəkkür etmək istəyirəm”, - deyə Nikol Paşinyan bildirib.

“Artsax”a qarşı davam edən müharibə kontekstində Rusiya müttəfiqlik öhdəliklərini yerinə yetirmək üçün əlindən gələni etdi”. Bunu isə  Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan 25 yanvar 2021-ci ildə Mediamax-a müsahibəsində bildirib.

“Rusiya müttəfiqi Ermənistanı dəstəkləyirmi, yoxsa yox” sualına o, bu cür cavab verib: “Bütün müharibə boyu müdafiə naziri Sergey Şoyqu ilə əlaqə saxlamışam. Gündə bir neçə dəfə telefonla danışdığımız günlər olub. Məlum səbəblərə görə bütün mötərizələri açıqlamayacağam, lakin birmənalı olaraq deyə bilərəm ki, davam edən müharibə şəraitində Rusiya müttəfiqlik öhdəliklərini yerinə yetirmək üçün əlindən gələni etdi. Üstəlik, sırf müdafiə məsələlərindən əlavə, Rusiya Federasiyasının Müdafiə naziri ilə daimi işgüzar ünsiyyət sayəsində bir sıra digər vacib məsələləri də həll etmək mümkün oldu”.

Ermənistan Müdafiə Nazirliyinin Baş Qərargahının keçmiş rəisi, general-polkovnik Movses Akopyanın 2020-ci il noyabrın 19-da İrəvanda keçirdiyi mətbuat konfransında verdiyi bəyanatdan bir parça: “Rusiya Ermənistana bizim heç arzulamağa cəhd etmədiyimiz silahlar verib. Müharibənin ilk günlərindən, hələ Ermənistan dövlətinin başçısı Rusiya Prezidenti ilə telefonla əlaqə saxlamazdan əvvəl". 
30 il işğalçı Ermənistana hərbi və siyasi dəstək verən rəsmi Moskvanın cinayətlərini etiraf etmək əvəzinə siyasi həyasızlıq etməklə bu gün Bakıya hədə-qorxu gəlməsi düzgün taktika deyil. Moskva həmişə fakt qarşısında aciz qalanda siyasi həyasızlıq, hətta əxlaqsızlıq seçiminə əl atır".

C.Şahverdiyev sonda onu da qeyd edib ki, Azərbaycan müstəqil dövlətdir, heç kimin hədə-qorxusu onun siyasətinə təsir edə bilməz, heç kim də rəsmi Bakı ilə hədə dilində danışa bilməz. Azərbaycanda digər millətlərlə yanaşı ruslara da həmişə hörmətlə yanaşılıb, hüquqları qorunub, heç vaxt Rusiya rəhbərliyi təhqir edilməyib, xalqı aşağılanmayıb: "Bu gün Azərbaycanda 119 mindən çox rus yaşayır, rusdilli məktəb və universitetlər, Rus Dram Teatrı, Bakı Slavyan Universiteti, beş Rus Pravoslav kilsəsi, o cümlədən bakılıların sevimli istirahət yeri olan bağ var ki, orada dahi rus şairi Aleksandr Puşkinin abidəsi ucaldılıb.

Bundan başqa, rus mədəniyyətinin və dilinin qorunması, məktəblərdə rus dilində tədrisi, rus dilində qəzet və jurnalların nəşri, saytların fəaliyyəti və s. bunlar ruslara münasibətin nümunələrindən biridir... Rusiya Azərbaycandan nümunə götürməlidir, mehriban qonşuluq siyasətinə üstünlük verməlidir, hədə, təhqir sonradan Kremlin özünün başağrısına çevrilə bilər".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Fevral 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see417

Neftin qiyməti 60 dollara düşə bilər? Enerji böhranının tam həlli...

21 Sentyabr 2026 16:18see265

İltihablı sızanaqlar yeniyetmənin həyatını alt üst etmişdi. İnteqrativ müalicə ilə həll yolu tapıldı VİDEO

21 Sentyabr 2026 14:56see257

Səyyad Aranın sözlərinə Səhiyyə Nazirliyindən CAVAB

21 Sentyabr 2026 14:49see254

Bal orqanizmə necə zərərli ola bilər?

21 Sentyabr 2026 19:22see253

Qırmızı soğan və karri Bu ikili orqanizmi gücləndirir

21 Sentyabr 2026 18:20see240

Kapadokya Səhiyyə Turizmi Sammitində ölkəmizi ATMU təmsil edib

21 Sentyabr 2026 14:50see237

17 ci körpəsini dünyaya gətirdi

22 Sentyabr 2026 00:57see234

Səhiyyə Nazirliyindən Səyyad Arana Cavab

21 Sentyabr 2026 14:47see232

Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı SİYAHI

21 Sentyabr 2026 21:13see227

Prezident İlham Əliyevin çıxışında sülh, dini dialoq və tarixi irs məsələləri ŞƏRH

21 Sentyabr 2026 14:23see224

Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu (Foto)

21 Sentyabr 2026 22:32see221

Üzeyir Hacıbəylinin musiqi nəzəriyyəsi sahəsindəki fəaliyyəti

21 Sentyabr 2026 19:02see216

Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

22 Sentyabr 2026 00:42see215

Bakıda qadından nəhəng, 6 kq lıq şiş çıxarıldı

21 Sentyabr 2026 16:14see213

Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib

21 Sentyabr 2026 21:24see211

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

22 Sentyabr 2026 09:03see206

ABŞ nin yeddi hava limanında uçuşlar dayandırılıb

21 Sentyabr 2026 23:31see200

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see198

Qazlı içkilər içənin mədəaltı vəzisi çökür Xəbərdarlıq

21 Sentyabr 2026 23:00see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri