Moskva tərəddüd edir Avropa danışıqlarda olacaq, ya yox?
Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.
Donald Trampın xüsusi elçisi Cared Kuşner Ukrayna üzrə üçtərəfli danışıqlara Avropanın da qatılacağı və Rusiyanın buna razılıq verdiyi barədə açıqalma yaysa da, Moskva son günlər bu qərarla bağlı tərəddüd etdiyini göstərir. Ən azından Vladimir Putinin sözçüsü Dmitri Peskovun yeni bəyanatı belə bir qənaət meydana gəlir.
“AzPolitika” xəbər verir ki, Dmitri Peskovun Rusiya mediasında dərc olunan açıqlamasında Kremlin hələ Avropanın danışıqlara qatılmasının məqəsədəuyğunluğu üzərində düşündüyünü bildirib.
Onun sözlərinə görə, Moskva Avropa ölkələrinin mövqeyini və onları danışıqlara cəlb etməyin məqsədəuyğun olub-olmadığını müəyyən etmək niyyətindədir. Eyni zamanda, Kreml sözçüsü ölkəsinin müvəqqəti atəşkəs axtarmadığını və "əbədi sülh" istədiyini təkrarlayıb.
O qeyd edib ki, danışıqlar indiyə qədər üçtərəfli formatda aparılıb və Avropanın iştirakı ilə bağlı yalnız "söhbətlər" olub: "Lakin avropalıların özlərindən onların mövqeyinin sülh prosesinə nə dərəcədə töhfə verə biləcəyini eşitmək bizim üçün faydalı olardı. Xanım fon der Leyenin (Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen) və Brüsseldən olan həmkarlarının Ukraynaya qeyd-şərtsiz dəstəyin davam edəcəyi və ən əsası Rusiyaya artan təzyiq siyasətinin davam etdiriləcəyi barədə açıqlamalarını eşitmişik. Bu cür ifadələr onların sülh prosesinə töhfə vermək istəmədiyini göstərir".
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 16 Noyabr 2026 15:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















