Icma.az
close
up
RU
MOSKVA YENƏ BEYNƏLXALQ HÜQUQU POZUR Bakı hansı addımları ata bilər?

MOSKVA YENƏ BEYNƏLXALQ HÜQUQU POZUR Bakı hansı addımları ata bilər?

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin ötən il dekabrın 25-də qəzaya uğraması ilə bağlı Qazaxıstan Nəqliyyat Nazirliyinin ilkin hesabatı diqqət çəkir. Hesabat 53 səhifədən ibarətdir. Sənəddə təyyarənin hidravlik sistem bölməsindən, stabilizator idarəetmə mexanizmindən və digər hissələrindən çıxarılan kənar metal obyektlərin, habelə təyyarənin zədələnmiş hissələrinin fotoları və bort qeydedicisinin yazıları da yer alıb.

Hesabata əsasən, hava gəmisinin füzelyajında çoxsaylı kor zədələrin olması faktı aşkar olunub, foto, habelə video qeydiyyata alınıb. Həmin zədələr hava gəmisinin füzelyajının arxa hissəsində, xüsusilə şaquli və üfüqi stabilizatorlarında, habelə sol qanadda və sol mühərrikdə aşkar olunub.

İlkin hesabatda hava gəmisinin quşlarla toqquşmasına işarə edən hər hansı fakt barəsində məlumat təqdim edilməyib.

Hesabatda oksigen balonunun partlaması ilə bağlı faktı ehtiva edən hər hansı bir məlumat da qeyd olunmayıb. İlkin hesabatdan aydın görünür ki, Rusiya tərəfinin ortaya atdığı "quş dəstəsi ilə toqquşma", "oksigen balonunun partlaması", "Kovyor" əməliyyatı ilə bağlı fikirlər, Kremlin təlimatı ilə aparılan kampaniya ifşa olunur.

"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edirik:

Rəsmi Bakının qətiyyəti

Hadisənin baş verdiyi ilk anlardan etibarən rəsmi Bakının mövqeyi birmənalıdır. Qarşı tərəf, yəni hadisənin baş verməsinə birbaşa məsuliyyət daşıyan Rusiya beynəlxalq hüquqa əsasən, üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Bu öhdəlikləri isə Azərbaycan ali rəhbərlik səviyyəsində bir neçə dəfə açıq şəkildə açıqlayıb. Bunlar hadisəyə görə üzr istənilməsi, qəzaya görə məsuliyyətin etiraf olunması, günahkarların cəzalandırılması və kompensasiyanın ödənilməsidir.

Prezident İlham Əliyev AZAL-ın təyyarəsi qəzaya uğrayandan dərhal sonra Bakıya geri qayıdaraq keçirdiyi müşavirədə qəzanın səbəblərindən danışarkən "müxtəlif versiyalar var" deməklə əslində Kremlin hadisəyə düzgün qiymət verməsi üçün zəmin yaratmışdı. Ancaq Rusiya mediası, rəsmi şəxsləri Azərbaycana qarşı təbliğat aparatını işə saldılar.

Rusiya fakt qarşısında qalanda isə Çeçenistan Respublikasını Azərbaycanın hadisəyə görə tərəf müqabili kimi ortaya atdı, amma bu da nəticə vermədi. Çünki hadisəyə görə Azərbaycanın danışacağı tərəf Rusiyanın ərazi subyekti deyil, birbaşa Kremlin özü olmalı idi. Prezident İlham Əliyev dekabrın 29-da verdiyi müsahibədə Rusiyanın məsuliyyətini vurğuladı. Bu müsahibə Rusiya Prezidenti Vladimir Putinin İlham Əliyevdən hadisənin Rusiya hava məkanında baş verməsinə görə üzr istəməsi, lakin məsuliyyəti etiraf etməməsindən sonra baş tutdu. 2025-ci ilin yanvarın 6-da isə Prezident İlham Əliyev həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan təyyarə bələdçiləri ilə görüşdə bildirmişdi ki, Rusiyanın dövlət qurumları tərəfindən hadisəni ört-basdır etmək və cəfəng versiyalar üzərində dayanmaq Azərbaycanda həm təəccüb, həm təəssüf, həm də haqlı olaraq hiddət hissi doğurur. Rəsmi Bakı Rusiyanın qəza ilə bağlı məsuliyyətini xatırladaraq, Kremlin bu məsələdə obyektiv şəkildə daha ciddi yanaşmalarını görmək istədiyini vurğulayır.

Rusiya beynəlxalq hüququ kobud şəkildə pozur

Açıqlanan ilkin hesabat bir daha Bakının arqumentlərini və mülahizələrini tam şəkildə dəstəkləyir. Azərbaycan tərəfinə atəşin hava hücumundan müdafiə sistemindən açıldığı məlumdur. Azərbaycan hökumətindəki mənbə fevralın 4-də "Reuters" agentliyinə bildirib ki, təyyarə Rusiyanın "Pantsir-S" hava hücumundan müdafiə sistemi ilə vurulub.

Hesabatı açıqlayan ekspertlər də qeyd ediblər ki, təyyarədəki dəlik zədələri xarici obyektlərin hava gəmisinin konstruksiyasına daxil olmasını göstərir. Bu, Azərbaycanın mövqeyinin dolayı yolla da olsa təsdiqidir.

Bununla belə, Rusiya tərəfinin israrla ilkin hesabatda qeyd olunan faktları nəzərə almaması, yaxud almaq istəməməsi beynəlxalq hüququn açıq şəkildə pozulması anlamına gəlir.

Xatırladaq ki, həm yerli, həm də beynəlxalq aviasiya, eləcə də onların təhlükəsizliyi aviasiya sahəsindəki beynəlxalq qanunvericiliklərlə tənzimlənir. Qaydalar dövlətlər, hava yolları şirkətləri və sərnişinlər arasındakı münasibətləri tənzimləyir və məcburidir. Öhdəliklər "Mülki Aviasiya haqqında" 1944-cü il Çikaqo Konvensiyası və "Beynəlxalq Hava daşımaları üçün müəyyən qaydaların unifikasiyası haqqında" 1999-cu il Monreal Konvensiyasının tələbləri ilə yaranır.

Çikaqo Konvensiyasına əsasən, razılığa gələn hər bir dövlət uçuş zamanı mülki hava gəmilərinə qarşı silahdan istifadə etməkdən çəkinməlidir. Bu müddəa BMT-nin Nizamnaməsində təsbit olunmuş dövlətlərin hüquq və öhdəliklərini dəyişdirməklə şərh oluna bilməz.

Kreml hadisənin unudulmasına çalışır

İlkin hesabat Rusiyanın bu öhdəlikləri açıq şəkildə pozduğunu göstərir. Lakin Moskva ilkin yox, yekun hesabatın "əsas olduğunu" vurğulayaraq, sanki vaxt qazanmağa, məsələnin tədricən unudulmasına nail olmağa səy göstərir.

Lakin Bakı mövqeyində qətidir. Tələbləri yerinə yetirilməsə digər vasitələrə əl atılacaq. Məqsəd Rusiyanın hadisəyə görə kompensasiya ödəməsi və üzr istəməsinə nail olmaqdır. Rusiya bu sübutlar toplusundan yayınıb Azərbaycana qarşı təbliğatını davam etdirdiyi təqdirdə isə Bakı kompensasiya tələbini beynəlxalq müstəvidə gündəmə gətirəcək. Bununla da, Azərbaycan öz haqlı tələblərinə uyğun olaraq, Rusiyaya qarşı zəruri beynəlxalq hüquqi müddəaların işlək olmasına çalışacaq.

Əslində məsələnin hüquqi və ədalətli müstəvi çərçivəsində həllinin yubadılması mövcud beynəlxalq konyunkturda elə Rusiyanın özünə ciddi şəkildə zərər verir. Çünki getdikcə dostlarını və müttəfiqlərini itirən Bakı yox, Moskvadır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 09 Fevral 2025 20:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəticələr Türkiyənin Suriyada möhkəmlənməsinə xidmət edəcək

16 Oktyabr 2025 10:26see369

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

16 Oktyabr 2025 15:04see283

Bakıda yol kənarında fahişələrin axşam bazarı (VİDEO)

16 Oktyabr 2025 04:40see151

Erkən ölüm riskini artıran əsas amillər BƏLLİ OLDU TERAPEVT AÇIQLADI

16 Oktyabr 2025 16:17see142

10 minədək taksinin icazəsi ləğv ediləcək? Video

16 Oktyabr 2025 07:03see142

Bu bürcün qadınları asan ram olmur

16 Oktyabr 2025 03:21see141

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see137

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see132

Tramp Putinə təzyiqləri artırmağa hazırdır Britaniyalı ekspert

16 Oktyabr 2025 18:31see132

Ağsuda yollar təmir ediləcək

16 Oktyabr 2025 14:54see130

Finlandiyalıların bir çoxu erkən pensiyaya çıxmaq arzusundadır

16 Oktyabr 2025 04:03see130

Xəstəxanada əməkdar artistə infeksiya keçib Durumu ağırdır

16 Oktyabr 2025 15:58see130

Yanacaqdoldurma məntəqələri benzini qatqılarla kəsməyə başlayıb...

16 Oktyabr 2025 18:26see128

“Qqlobal savaş baçlaya bilər” ŞƏRH

16 Oktyabr 2025 14:56see126

Ən kinli insanlar bu qan qrupundan olurlar ARAŞDIRMA

16 Oktyabr 2025 04:05see125

Avropa ölkələrini də geridə qoymaq üzrəyik Sosioloq

16 Oktyabr 2025 06:24see124

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see123

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see122

Vətən müharibəsinin xronikası: 16 oktyabr VİDEO

16 Oktyabr 2025 08:01see119

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri