Icma.az
close
up
RU
Moskvada Qələbə Paradında iştirak edəcək Azərbaycan hərbçiləri ilə görüş keçirilib FOTO

Moskvada Qələbə Paradında iştirak edəcək Azərbaycan hərbçiləri ilə görüş keçirilib FOTO

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Səfir: "Hərbçilərimiz ilk dəfə Qırmızı meydanda ərazilərini və suverenliyini bərpa etmiş Azərbaycanı təmsil edəcəklər”.

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev 2025-ci il mayın 5-də 9 May Qələbə Paradında iştirak etmək üçün Moskvaya gəlmiş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları ilə görüş keçirib.

APA-nın Moskva müxbiri xəbər verir ki, görüşdə səfir Rəhman Mustafayev çıxış edərək, azərbaycanlı hərbçilərin İkinci Dünya müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş paradda iştirakın bu savaşda həlak olmuş azərbaycanlı döyüşçülərin xatirəsinə ehtiram kimi qiymətləndirib və hərbçilərimizin bu mühüm beynəlxalq tədbirdə ölkəmizi layiqincə təmsil edəcəklərinə əminlik ifadə edib.

Səfir çıxışında qeyd edib ki, İkinci Dünya müharibəsi və Vətən müharibəsində qələbə Azərbaycan xalqı üçün həm qürur mənbəyidir, həm də milli yaddaşın əsas sütunlarındandır.

Diplomat İkinci Qarabağ müharibəsində qələbəmizdən danışıb: "Siz hərbiçilər reallığı dəyişdirdiniz. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu yüksək peşəkarlıq və dəqiqlik göstərərək ərazilərimizi azad etdi”.

R.Mustafayev vurğulayıb ki, Azərbaycan öz balanslaşdırılmış xarici siyasəti ilə regionda sabitliyə mühüm töhfə verir. “Biz bütün qonşularımızla, o cümlədən Rusiya Federasiyası ilə dostluq və strateji tərəfdaşlıq prinsipləri əsasında əməkdaşlıq edirik. Rusiya Azərbaycan üçün müttəfiq dövlətdir və bu gün dünya dəyişdiyi bir vaxtda belə əlaqələrin əhəmiyyəti daha da artır”.

Səfir hərbi qulluqçulara müraciətlə bildirib: “9 Mayda Qırmızı Meydanda Azərbaycan bayrağını aparmaq sizə nəsib olub. Bu, təkcə parad deyil, bu, bizim tariximizi, müstəqilliyimizi və qələbəmizi bütün dünyaya göstərmək fürsətidir. Hərbçilərimiz ilk dəfə Qırmızı meydanda ərazilərini və suverenliyini bərpa etmiş Azərbaycanı təmsil edəcəklər”.

Görüşdə çıxış edən Azərbaycanın Rusiyadakı hərbi attaşesi Kənan Təhməzov isə qeyd edib ki, müstəqil ölkənin qarantı güclü silahlı qüvvələridir. “Azərbaycan Ordusu regionun ən güclü ordularından biridir. 2016-cı ilin aprel döyüşlərindən başlayan döyüş yolumuz 2020-ci ilin 44 günlük müharibəsi ilə davam etdi və 2023-cü ildə Qarabağ məsələsinə son nöqtə qoyuldu. Bu gün siz Qələbə Ordusunun təmsilçiləri kimi Moskvadasınız”, - deyə o bildirib.

Hərbi attaşe əlavə edib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin daim diqqət və qayğısı nəticəsində Silahlı Qüvvələrimiz yüksək peşəkarlıq nümayiş etdirir. Rusiya Federasiyasındakı səfirliyimizin təşəbbüsü ilə keçirilən bu görüş bir daha göstərir ki, Azərbaycan dövləti hərbçilərinə dəyər verir və onların təmsilçiliyini hər zaman yüksək qiymətləndirir.

Görüş səmimi və vətənpərvər ruhda keçib, iştirakçılar Qələbə paradında iştirak etməyin məsuliyyəti və fəxarətini dərk etdiklərini ifadə ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://apa.az
archiveBu xəbər 05 May 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see178

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see136

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri