Icma.az
close
up
RU
Moskvada suyu kimlər bulandırır?

Moskvada suyu kimlər bulandırır?

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“O ağır illərdə yaradılmış şanlı dostluq və qarşılıqlı yardım ənənələri bundan sonra da Rusiya ilə Azərbaycan arasında dostluq, müttəfiqlik münasibətlərinin inkişafı üçün etibarlı əsas kimi xidmət edəcəkdir”. Bu cümlə Rusiya Prezidenti Vladimir Putinin Qələbənin 80 illiyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubundan gətirilən iqtibasdır.

Azərbaycanın strateji tərəfdaşı olan Rusiya ilə ikitərəfli münasibətlər daim qarşılıqlı səmimi yanaşma ilə müşayiət olunsa da, hərdən şimal qonşumuzun qanunverici orqanının üzvlərinin, ayrı-ayrı siyasilərin dilindən bu münasibətlərə kölgə salmağa yönəlik çıxışlar, bəyanatlar səslənir. Bu ölkənin erməni lobbisinə yaxınlığı ilə tanınan yazılı və elektron media seqmentlərindən isə xalqımızın ünvanına aşağılayıcı açıqlama və hərəkətləri müşahidə etmişik. Bakı bunları heç vaxt rəsmi Kremlin ayağına yazmayıb, fərdi mülahizə, subyektiv mövqe kimi qəbul edib.

“Rusiya–Azərbaycan münasibətlərindən danışırıqsa, mənə elə gəlir ki, indi hər şey çox yaxşı inkişaf edir və inşallah, bundan sonra da belə olacaq”. Bu bəyanatın müəllifi isə ötən həftə Bakıda səfərdə olan Moskva və Bütün Rusiyanın Patriarxı Kirildir. Gördüyünüz kimi, hər iki bəyanatın tonu səmimi və xoşagəlimlidir. Və bu yanaşma qarşıdan gələn bayram öncəsi tamamilə başadüşüləndir. Fəqət, son günlər Rusiya tərəfdən atılan diplomatik addımlara praktiki yöndən yanaşsaq, ortaya deyilənlərdən bir qədər fərqli mənzərə çıxır. Aydın məsələdir ki, Rusiyanın media cameəsində və ictimai-siyasi düşərgəsində münasibətlərdə gərginlik yaratmağa çalışan, bu münasibətlərin pozulmasını özlərinə fürsət bilən qüvvələr də var.

***

İndi gələk mətləb üstünə. Azərbaycan nümayəndə heyəti Heydər Əliyevin doğum günü ilə bağlı tədbirlərdə iştirak etmək üçün Rusiya Federasiyasının dəvəti ilə Həştərxana göndərilib. Tədbirin adı və özü, ev sahibinin də yaxşı bildiyi kimi, Azərbaycan üçün çox vacibdir. Amma nə baş verib? Milli Məclisin deputatı Azər Badamov Moskva Hava Limanında saxlanılıb və ona Rusiya Federasiyasına girişin hansı səbəbdən qadağan edilməsi barədə heç bir izahat verilmədən geriyə – Azərbaycana yola salınıb. Təəccüb doğuran odur ki, belə səfərlər, xüsusən də, parlament nümayəndə heyətlərinin iştirak etdiyi rəsmi tədbirlər barədə tərəflər əvvəlcədən məlumatlandırılır. Yəni, səfərin müddəti, gələcək heyət, onların təhlükəsizliyinin təmini məsələləri əvvəlcədən razılaşdırılır. Bu, adi protokol qaydasıdır. Amma konkret halda biz deputatımıza qarşı nümayişkaranə hörmətsizlik forması ilə üzləşmişik. Hörmətsizlik təkcə deputatın özünə yox, həm də parlamentlərarası işçi qrupuna, ümumiyyətlə, hüquqi dialoq institutuna qarşı edilib.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin deputatımızın Rusiya Federasiyası ərazisinə buraxılmaması ilə bağlı yerli medianın sualına verdiyi cavabında, ilk növbədə, insidentin hüquqi tərəfinə diqqət çəkilir. XİN rəsmisi şərhində qeyd edir ki, Milli Məclisin deputatı Azər Badamovun daxil olduğu nümayəndə heyətinin Həştərxan şəhərinə səfəri Rusiya Federasiyası Həştərxan vilayətinin vitse-qubernatoru – hökumət sədri Denis Afanasyevin dəvəti ilə baş tutub. Səfərdən məqsəd Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçiriləcək tədbirlərdə iştirak etməkdir. Açıqlamasında nümayəndə heyətinin Bakıdan Moskvaya uçmasına baxmayaraq, Rusiya tərəfinin hər hansı bir ilkin xəbərdarlıq və ya məlumat vermədən heyətin tərkibində olan millət vəkili Azər Badamovun Moskvada hava limanında saxlanılmasını, onun ölkəyə girişinə qadağa qoyulduğunun bildirilməsini qeyri-dost addım hesab etdiyini vurğulayan A.Hacızadə məsələ ilə əlaqədar dərhal Rusiyadakı səfirliyimiz vasitəsilə Rusiya XİN ilə əlaqə saxlanıldığını nəzərə çatdırıb. Rusiya XİN rəsmisi məsələnin araşdırılacağını bildirib, amma məlum qərarın səbəbləri barədə izahat verməyib. Hazırda Bakı insidentlə əlaqədar Rusiya tərəfindən izahat veriləcəyini gözləyir.

***

Səbəbsiz heç nə baş vermir. Moskva hava limanında Milli Məclisin deputatı Azər Badamovun ölkəyə girişinə qadağa qoyulması müəyyən ehtimal və fərziyələrə yol açır. Məsələn, güman edilir ki, Rusiya tərəfinin bu addımı deputatımızın Azərbaycan xalqı haqqında təhqiramiz bəyanatlar verən Dövlət Dumasının deputatı Nikolay Valuyevi tənqid etməsinə reaksiyası ola bilər. Bu insidenti “Rossotrudniçestvo”nun Bakıdakı nümayəndəliyinin “Rus evi” adlanan ofisinin bağlanması ilə əlaqələndirənlər də var. Məhz ondan sonra Dumanın deputatı Nikolay Valuyev Rusiyadakı Azərbaycan diasporunu açıq şəkildə “bir dəstə hamamböcəyi” adlandırdı və “onları qanunun ələyindən keçirməyə” çağırdı. Əlbəttə ki, N.Valuyevin bəyanatı nə iki ölkə və iki xalq arasındakı münasibətlərin ruhuna uyğun gəlirdi, nə də forma və məzmun baxımından qəbuledilən idi.

Öz növbəsində Azər Badamovun Valuyev ritorikasına münasibəti prinsipial, aydın və deputat statusuna tam uyğun olub. A.Hacızadə şərhində haqlı olaraq bildirir ki, Rusiya tərəfinin Azərbaycan parlamentinin nümayəndəsinə qarşı hərəkətləri əsassız olmaqla yanaşı, həm də təxribat xarakterli görünür: “Bu hərəkət Rusiya tərəfinin ikitərəfli münasibətlərin mahiyyəti ilə bağlı rəsmi bəyanatlarına ziddir və iki ölkə arasında müttəfiqlik qarşılıqlı fəaliyyətinin məntiqini pozur”. Təbii ki, Azərbaycanın qarşı tərəfdən aydın izahat gözləməyə haqqı var. Özü də bu izahat təkcə Azər Badamov ətrafında baş verən insidentlə bağlı deyil. Buraya digər fundamental məsələlər – onlarca insanın həyatına son qoyan təyyarə qəzasından tutmuş, Azərbaycanın aparıcı media resurslarına kiberhücumlara qədər daxildir. Təəssüf ki, Rusiya tərəfinin baş verən faciəvi və xoşagəlməz insidentlər fonunda susması Azərbaycanla strateji tərəfdaşlıq ruhuna sədaqətlə bağlı Kremldən səslənən bəyanatların səmimiliyini şübhə altına alır.

Azərbaycan Prezidenti İlham Əliyevin Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirilllə görüşündə haqlı olaraq vurğuladığı kimi, “Rus icmasının, pravoslav icmasının nümayəndələri ölkəmizin inkişafında, onun suverenliyinin, ərazi bütövlüyünün qorunmasında fəal iştirak edirlər, ümumilikdə, böyük töhfələr verirlər. Onlar Azərbaycanda yaşayan çoxsaylı xalqların bütün digər nümayəndələri kimi ölkəmizin hərtərəfli inkişafı naminə çalışırlar”.

İnanırıq ki, rəsmi Moskva son insidentlə bağlı tezliklə müvafiq açıqlama yayacaq və bunun Qələbənin 80 illiyi ilə bağlı bayram şənliklərinə kölgə salmasına imkan verməyəcək.

Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı, politoloq

– Deputat Azər Badamovun Moskvadan təyyarə ilə geri qaytarılması qəbulolunmaz bir hadisədir. Əgər Rusiya tərəfinin Azər Badamovla bağlı hansısa iradları var idisə, bunu elan etməli idi. Həmin iradları Bakının qəbul edib-etməməsi artıq ikinci məsələdir. Bütün hallarda onun bu şəkildə geri qaytarlması düzgün hərəkət deyil.

Azərbaycan da Rusiya Dövlət Dumasının bəzi üzvlərinə, konkret şəxslərə qarşı qadağalar tətbiq edib. Amma nəyə görə? Misal üçün, Rusiya Dumasının deputatı, iqtisadi siyasət üzrə komitənin sədr müavini Mixail Delyagin. Bu adam canlı efirdə bəyan edir ki, Azərbaycanı cəzalandırmaq üçün bu ölkənin neft infrastrukturunu bombalamaq lazımdır. Hətta Azərbaycana qarşı nüvə silahından istifadənin dəstəklənməsi barədə “Telegram” kanalında sorğu keçirir. Əslində, bu cür əməllərinə görə, ona qarşı Rusiya Cinayət Məcəlləsinin konkret maddəsi üzrə cinayət işi qaldırılmalı idi. Bəli, bu şəxsin Azərbaycana gəlişinə qadağa qoyulub. Yaxud Konstantin Zatulini götürək. O, dəfələrlə sərhədimizi pozaraq, qeyri-qanuni şəkildə Qarabağa keçib, orada Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxışlar edirdi. Sergey Mironovun da adını çəkə bilərik. O da Xankəndiyə gələrək, separatçılara dəstək verirdi. Bu adamların hərəkətləri Azərbaycan dövlətinə qarşı yönəlmişdi. Eləcə də Dumanın deputatı Nikolay Valuyevin yaramaz çıxışına müvafiq reaksiya verilmişdi. Xalqımızı, Rusiyada yaşayan soydaşlarımızı təhqir edən birisinin cavabı verilməli idi. Azər Badamov onu yerində tənqid etmişdi. İndi deputatımızı ölkəsindən çıxardığına görə Azərbaycan tərəfinin Moskvadan izahat tələb etməyə haqqı var. Düşünürəm ki, bunu edəcəklər. Bu hadisə ikitərəfli münasibətlərə öz mənfi təsirini göstərəcək. Milli Məclisin heç bir deputatı rus millətinə, yaxud dövlətinə qarşı mənfi, təhqiramiz fikirlər səsləndirməyib.

İmran BƏDİRXANLI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 May 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see338

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see337

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see326

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see289

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see256

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see225

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see223

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see221

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see213

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see207

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see204

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see188

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see183

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see172

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see166

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

14 Oktyabr 2026 00:33see162

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see158

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see157

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see150

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

14 Oktyabr 2026 01:35see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri