Moskvada tanınmış nəşrin redaksiyasına hücum olub VİDEO
Icma.az, Moderator.az saytına istinadən bildirir.
Rusiya paytaxtı Moskvada tanınmış "Moskovskiy Komsomolets" ("MK") nəşrinin redaksiyasının yerləşdiyi binaya hücum olub.
Bu barədə Moderator.az Gazeta.ru "Telegram" kanalına istinadən xəbər verir.
Məlumata görə, kuvaltla silahlanmış şəxslər şəhərin mərkəzində yerləşən redaksiyasına soxulmağa çalışıblar.
Onlar özlərini kobud aparıblar, qapıları və redaksiyanın girişindəki turniketləri sındırmaqla hədələyiblər və şəxsiyyətlərini təsdiq edən sənədləri göstərməkdən imtina ediblər. Naməlum şəxslər üzlərini balaklavaların (sifətin bir qismini örtən baş geyimi - red.) altında gizlədiblər və kamuflyaj geyimdə olublar.
"MK"nın baş redaktoru Pavel Qusev onların qarşısına çıxıb, lakin həmin şəxslər danışmaqdan imtina ediblər. Daha sonra hücum edənlər binanın üçüncü mərtəbəsinə qalxıblar.
"Onlar redaksiya binasına - üçüncü mərtəbəyə soxuldular, orda hər yeri dağıtdılar. Orada bizim icarəçilərimiz var. Mərtəbə qapadılıb, liftlər, qapılar hamısı tam şəkildə bloklanıb", - deyə Qusev bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 19 May 2026 19:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















