Icma.az
close
up
RU
Moskvadan Paşinyana mesaj:“Belə alyansa üzvlük...”

Moskvadan Paşinyana mesaj:“Belə alyansa üzvlük...”

Ayna saytından alınan məlumata görə, Icma.az bildirir.

"Ermənistan xalqının uzunmüddətli maraqlarına zidd olardı”

Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın Avropa İttifaqına üzvlük üçün müraciət etmək niyyətinə sərt münasibət bildirib. AYNA.AZ xəbər verir ki, Rusiya XİN-dən verilən açıqlamada Ermənistan hakimiyyətinin Avropaya inteqrasiya kursunun uzunmüddətli perspektivdə erməni xalqının maraqlarına zidd olduğu bildirilib.

Rusiya tərəfi hesab edir ki, rəsmi İrəvanın Aİ-yə inteqrasiya ilə bağlı açıqlamalarında Avropa İttifaqının hərbiləşməsi və Moskva ilə birbaşa hərbi qarşıdurmaya hazırlıq prosesləri “pərdə arxasında” qalır.

Nazirlik həmçinin Aİ nümayəndələrinin Rusiyaya “strateji məğlubiyyət” yetirilməsinin zəruriliyi barədə açıqlamalarını və Ukraynaya davam edən hərbi-maliyyə dəstəyini xatırladıb.

“Əminik ki, belə aqressiv antirusiya alyansına üzvlük Ermənistan xalqının uzunmüddətli maraqlarına zidd olardı”, – Rusiya XİN-dən bildirilib.

Moskva İrəvanın referendum qərarını da tənqid edib
Rusiya Xarici İşlər Nazirliyi daha əvvəl Ermənistan hakimiyyətinin Aİ və Avrasiya İqtisadi İttifaqına üzvlüklə bağlı referendum keçirmək qərarını da “açıq manipulyasiya” adlandırmışdı.

Nazirlik Ermənistanın Baş naziri Nikol Paşinyanın açıqlamalarını rəsmi İrəvanın “məntiqi tərsinə çevirməsinin” nümunəsi kimi qiymətləndirib.

Qeyd edək ki, Paşinyan avqustun 24-də Ermənistanın yaxın vaxtlarda Avropa İttifaqına üzvlük üçün müraciət etmək niyyətində olduğunu açıqlayıb.

Onun sözlərinə görə, Ermənistanın Aİ-yə inteqrasiyası üzrə yol xəritəsi hazırlandıqdan sonra ölkənin Avropa İttifaqına və Avrasiya İqtisadi İttifaqına üzvlüyü ilə bağlı referendum keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://ayna.az
archiveBu xəbər 27 Avqust 2026 09:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see470

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see425

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see379

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see373

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see348

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see342

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see332

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see332

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see328

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see324

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see309

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see301

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see282

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see282

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see269

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see268

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see266

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see256

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see239

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri