Icma.az
close
up
RU
“Moskvanı fakt qarşısında qoymalıyıq” “Adekvat addımlar atmasaq, Rusiya...”

“Moskvanı fakt qarşısında qoymalıyıq” “Adekvat addımlar atmasaq, Rusiya...”

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Sərdar Cəlaloğlu: “Azərbaycanda rus dilində təhsilin dayandırılmalı, Azərbaycanın MDB-dən çıxmalıdır...

“Rusiya və Azərbaycan arasında münasibətlərin bu şəkildə pisləşməsində hər iki tərəf eyni məsuliyyəti daşımır. Baş verən gərginliyin yeganə mənbəyi və təqsirkarı Rusiyadır. Rusiya Azərbaycanın apardığı siyasətlə bağlı ölkəmizə çox ciddi təzyiq edir”

.”AzPolitika” bildirir ki, bunu “Reytinq” qəzetinə açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.

Onun sözlərinə görə, son günlər baş verən hadisə - Ermənistan Baş naziri Nikol Pşinyanın Ankaraya səfəri, Ermənistan-Türkiyə münasibətlərinin yeni səviyyəyə qaldırması Moskvanı qıcıqlandırır. İndi ruslar Azərbaycana təzyiq etməklə Türkiyə-Ermənistan münasibətlərində soyuqluq yaratmağa çalışırlar.

S. Cəlaloğlu deyib ki, Rusiya ilə yaranmış problem Azərbaycandan qaynaqlanmır: “Amma indiki halda əgər güzəştə getsək və adekvat addımlar atmasaq, Rusiya daha ciddi və ağır şərtlərlə üstümüzə gələcək. Bu səbəbdən də, Rusiyanın atdığı addımlara adekvat cavab verməli, əlimizdə olan bütün imkanlardan istifadə edərək Moskvanı fakt qarşısında qoymalıyıq. Mən bunu deyərkən nəyi nəzərdə tuturam? Azərbaycanda rus dilində təhsilin dayandırılması, Azərbaycanın MDB-dən çıxması, Azərbaycan-Rusiya əlaqələrinə yenidən baxılması, Ermənistanla münasibətlərdə Rusiyanın iştirakını birmənalı kənara qoymaq və s”.
Partiya sədri əlavə edib ki, Azərbaycanın Rusiyaya təzyiq etmək üçün kifayət qədər imkanları var. Məsələn, şimal yolunun işləməsinin qarşısının alınması Rusiyaya ən böyük təzyiqlərdən biridir.

Eləcə də rus qazının Azərbaycan üzərindən satılmasının dayandırılması Rusiya üçün ciddi problem olardı. S. Cəlaloğlu qeyd edib ki, Rusiyanın da əlində Azərbaycana qarşı təzyiq imkanları var: “Amma bizim əlimizdə olan təzyiq alətləri qat-qat güclüdür. Ona görə də, Rusiyanın qarşısından qaçmaq olmaz! Mənim qənaətimə görə, Azərbaycan bu siyasəti Türkiyə və Pakistanla razılaşdırılmış şəkildə davam etdirməlidir”.

ADP sədrinin ehtimalına görə, bu məsələ hansısa mərhələdə Türkiyə və Pakistanın da prosesə müdaxiləsini tələb edə bilər. Yəni, əgər ruslar fikrini dəyişdirməsələr, Azərbaycana qarşı çirkin niyyətlərindən əl çəkməsələr, müəyyən bir mərhələdə müttəfiqlərimizin bu işə qarışması mümkündür.

“Odur ki, indi hər şey Rusiyadan asılıdır. Biz Rusiyaya qarşı heç bir addım atmırıq, onların hərəkətlərinə reaksiya verərək, maraqlarımızı müdafiə edirik”,- deyə S. Cəlaloğlu yekunlaşdırıb.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 02 İyul 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see276

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see234

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see213

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see195

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see185

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see176

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see159

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see159

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see152

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see152

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see152

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see150

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see148

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see145

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see145

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see143

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see143

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see139

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see138

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri