Moskvanın Arbat küçəsində yoldan keçənləri bıçaqlayan şəxs saxlanılıb
Azertag saytına istinadən Icma.az xəbər verir.
Moskva, 6 oktyabr, AZƏRTAC
Rusiya polisi əməkdaşları Moskvanın mərkəzində Arbat küçəsində yoldan keçənlərə bıçaqla hücum edən şəxsi saxlayıb.
AZƏRTAC xəbər verir ki, RF Daxili İşlər Nazirliyinin Moskva Baş İdarəsinin mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşları münaqişə zamanı bir zərərçəkənə çoxsaylı bıçaq zərbələri vurmuş, ikincini isə bir neçə dəfə bıçaqlamış 49 yaşlı Moskva sakinini saxlayıblar. Bıçaqlama hadisəsinin şahidi hadisə barədə operativ xidmətlərə məlumat verib. Hadisə yerinə gələn polis əməkdaşları əvvəllər məhkum olunmuş moskvalıdan bıçağı alıblar. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Tibb işçilərinin sözlərinə görə, zərərçəkənlərdən biri, 30 yaşlı kişi ağır bədən xəsarətləri alıb. İkinci zərərçəkənin xəsarətlərinin ciddiliyi dəqiqləşdirilir. Hüquq-mühafizə orqanları əlavə edib ki, hadisə Arbat küçəsindəki Tsoy divarının yaxınlığında baş verib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Baxış sayı:46
Bu xəbər 06 Oktyabr 2025 17:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















