Sahibkarların ən çox yol verdiyi 10 səhv
Icma.az, Banco.az saytına istinadən bildirir.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Sahibkarlıq sərbəst qərarlar qəbul etmək, yeni ideyaları həyata keçirmək və risklərə getmək imkanı yaratsa da, bu sahədə uğur qazanmaq heç də asan deyil. Xüsusilə təcrübəsiz sahibkarlar bəzən yanlış qərarlarını belə düzgün hesab edir, nəticədə vaxt və maliyyə itkisi ilə üzləşirlər.
Banco.az xəbər verir ki, bazarı düzgün araşdırmamaqdan tutmuş bütün işləri təkbaşına görməyə çalışmağadək sahibkarların yol verdiyi bir sıra səhvlər biznesin inkişafına mane ola bilər.
1. Reallığı düzgün qiymətləndirməmək
Startapların adətən məhdud kapitalı və kiçik komandası olur. Buna görə də imkanları nəzərə almadan böyük layihələrə başlamaq ciddi maliyyə itkilərinə səbəb ola bilər. Sahibkar məqsədlərini müəyyənləşdirərkən mövcud resurslarını real qiymətləndirməlidir.
2. Müştərinin hər zaman haqlı olduğunu düşünmək
Hər bir müştərinin istəyini yerinə yetirməyə çalışmaq biznesin əsas hədəflərindən uzaqlaşmağa səbəb ola bilər. Əsas məqsəd bütün tələbləri qeyd-şərtsiz qəbul etmək deyil, müştərilərlə hörmətə əsaslanan münasibət qurmaqdır.
3. Uğuru yalnız pulla ölçmək
Maliyyə qazancı biznesin əsas göstəricilərindən biri olsa da, yeganə məqsəd olmamalıdır. Sahibkar inkişaf imkanlarını araşdırmalı, yeni bazarlara yönəlməli və uzunmüddətli hədəflərini unutmamalıdır.
4. Hədəf bazarını kifayət qədər araşdırmamaq
Məhsul və ya xidmət nə qədər keyfiyyətli olsa da, potensial müştərilərin kim olduğunu və nəyə ehtiyac duyduğunu bilmədən uğur qazanmaq çətindir. Buna görə bazar araşdırması biznesə başlamazdan əvvəl əsas addımlardan biri olmalıdır.
5. Həddindən artıq böyük planlarla başlamaq
İlk mərhələdə mürəkkəb və çoxşaxəli biznes planı hazırlamaq əvəzinə, əsas məqsədləri və strategiyanı əks etdirən sadə planla başlamaq daha məqsədəuyğundur. Bununla yanaşı, illik marketinq və maliyyə planları ətraflı hazırlanmalıdır.
6. Rəqabəti nəzərə almamaq
Rəqibləri və bazardakı mövcud vəziyyəti düzgün qiymətləndirməmək biznes üçün ciddi risk yaradır. Sahibkar öz ideyasına həddindən artıq güvənmək əvəzinə, rəqiblərin üstünlüklərini və bazarın imkanlarını da araşdırmalıdır.
7. Bütün işləri öz üzərinə götürmək
Biznesin hər detalına nəzarət etmək vacibdir, lakin bütün işləri təkbaşına görməyə çalışmaq düzgün yanaşma deyil. Lazım gəldikdə məsuliyyətləri komanda üzvləri arasında bölüşdürmək işin səmərəliliyini artırır.
8. Rəyləri nəzərə almamaq
Müştərilərin və əməkdaşların təklifləri biznes strategiyasının təkmilləşdirilməsinə kömək edə bilər. Dəyişən bazar şərtlərinə uyğunlaşmaq üçün rəyləri dinləmək və zəruri yeniliklər etmək vacibdir.
9. Riskləri düzgün qiymətləndirməmək
Sahibkarlıq müəyyən risklərə getməyi tələb edir. Lakin cəsarətli olmaq ehtiyatsız davranmaq demək deyil. Hər hansı qərar verməzdən əvvəl mümkün itkiləri və nəticələri qiymətləndirmək lazımdır.
10. Tez təslim olmaq
Biznes qurmaq səbir və davamlılıq tələb edən prosesdir. Çətinliklərlə qarşılaşdıqda dərhal fəaliyyəti dayandırmaq əvəzinə, problemlərin səbəblərini araşdırmaq, peşəkar dəstək almaq və lazım gəldikdə fasilə vermək daha doğru seçim ola bilər.
Sahibkarların digər mühüm səhvlərindən biri də xərclərə qənaət etmək məqsədilə keyfiyyətsiz xidmətlərə üstünlük verməkdir. Xüsusilə onlayn bizneslərdə saytın sürəti, fasiləsiz fəaliyyəti və təhlükəsizliyi böyük əhəmiyyət daşıyır. Buna görə də server və hostinq xidmətləri seçilərkən yalnız qiymət deyil, keyfiyyət və etibarlılıq da nəzərə alınmalıdır.
Sahibkarlıqda təcrübəsizlikdən irəli gələn səhvlər qaçılmaz olsa da, düzgün araşdırma, planlaşdırma və çevik qərarlar onların qarşısını almağa kömək edə bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 13 Noyabr 2026 11:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















