Icma.az
close
up
RU
Moskvaya gecə hücumu

Moskvaya gecə hücumu

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gecə boyunca ümumilikdə 73 Ukrayna PUA-sı Vuruldu.

18 iyul gecəsi Rusiya ərazisi üzərində hava hücumundan müdafiə sistemləri ümumilikdə 73 pilotsuz uçuş aparatını (PUA) məhv edib. 

"Cebheinfo.az"-ın Rusiya Müdafiə Nazirliyinə istinadən məlumatına görə, bu PUA-lardan 10-u Moskva vilayəti üzərində, 3-ü isə birbaşa Moskvaya doğru uçarkən vurulub. 

Hücum səbəbindən təhlükəsizlik tədbirləri çərçivəsində Vnukovo Hava Limanında uçuşlar müvəqqəti olaraq dayandırılıb. Məhdudiyyətlər təxminən üç saat davam edib və bu müddət ərzində Vnukovoya uçan 20 təyyarə ehtiyat hava limanlarına yönləndirilib.

Moskva vilayətinin qubernatoru Andrey Vorobyov ötən gecə Domodedovo, Krasnoqorsk, Solneçnoqorsk, Serqiyev Posad və Mojaysk bölgələri üzərində 11 PUA-nın vurulduğunu bildirib. O, hücum zamanı xəsarət alanın olmadığını, lakin üç evin ziyan gördüyünü qeyd edib. Vorobyov “Telegram” kanalında deyib: 

"PUA-ların əksəriyyəti şəhərə yaxınlaşarkən məhv edildi, ciddi nəticələrin qarşısı alındı. Ən önəmlisi isə odur ki, heç bir vətəndaş xəsarət almayıb. Bəzi fərdi evlərdə ziyan var".

Ryazantsı kəndində PUA hücumu nəticəsində iki fərdi evin fasadı və pəncərələri dağılıb.  Solneçnoqorsk rayonunun Maryino kəndində isə mərkəzi küçədə yerləşən bir fərdi evin hasarı, divarının bir hissəsi və pəncərələri zədələnib. 

Vorobyov hadisə yerində bütün xidmətlərin iş apardığını və zərər çəkmiş sakinlərə yardım ediləcəyini vurğulayıb. Gecə saat 23:00-dan səhər 07:00-a qədər Rusiya ərazisi üzərində hava hücumundan müdafiə sistemləri 73 Ukrayna PUA-sını məhv edib. Müdafiə Nazirliyinin məlumatına görə, ən çox PUA Bryansk, Oryol və Moskva bölgələri üzərində vurulub. 

Bryansk bölgəsində 31, Oryol bölgəsində 17 PUA vurulub. Moskva vilayətində isə 10 PUA məhv edilib, onlardan üçü Moskvaya doğru istiqamətlənmişdi. Bundan əlavə, Krım üzərində 4, Azov dənizi üzərində 3 PUA vurulub. Smolensk və Nijni Novqorod bölgələri üzərində iki, Belqorod, Kaluj, Voronej bölgələri və Qara dəniz üzərində isə bir PUA məhv edilib. 

Moskva meri Sergey Sobyanin şəhərə yaxınlaşarkən 4 PUA-nın vurulduğunu və PUA hücumu təhlükəsi səbəbindən Vnukovo Hava Limanının fəaliyyətinin müvəqqəti dayandırıldığını bildirmişdi. 

Nigar Hacılı 
"Cebheinfo.az"

 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 İyul 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see585

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see561

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see557

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see478

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see473

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see439

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see373

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see367

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see365

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see333

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see323

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see317

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see309

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see307

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see305

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see305

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see297

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see296

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see296

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see283
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri