Icma.az
close
up
RU
“Mossad” İranda gizli dron bazası qurubmuş...

“Mossad” İranda gizli dron bazası qurubmuş...

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İsrailin iyunun 13-nə keçən gecə İrana qarşı həyata keçirdiyi xüsusi əməliyyatla bağlı əlavə detallar məlum olub.

“Qafqazinfo” xəbər verir ki, İsrailin “Ynet” portalı təhlükəsizlik məsələləri üzrə mənbəyə istinadən İran əraizisinə zərbələrin təfərrüatı barədə yazıb. 

Bildirilib ki, sözügedən əməliyyat uzun illər ərzində planlaşdırılıb və prosesdə İsrail Müdafiə ordusu, “Mossad” kəşfiyyat xidməti və İsrailin müdafiə sənayesinin nümayəndələri iştirak edib. 

Mənbənin sözlərinə görə, əməliyyat çərçivəsində “Mossad” agentləri hücumdan hələ uzun müddət əvvəl paytaxt Tehran yaxınlığında pilotsuz uçuş aparatlarının buraxılması üçün gizli baza yaradıblar. 

O əlavə edib ki, əməliyyatın hazırlıqlarına kəşfiyyat məlumatlarının toplanması və İranın dərinliklərində agentlərin əvvəlcədən yerləşdirilməsi daxil olub. Belə ki, bazanın yaradılması ilə məhz həmin agentlər məşğul olub. 

Gecə həmin bazadan buraxılan hücum dronları İranın əsas hərbi məntəqələrindən biri olan Espacabad obyektində yerləşən “yer-yer” raket qurğusuna zərbələr endirib. 

Onu da xatırladaq ki, İsrail Müdafiə ordusu İrana hücumda ölkənin Hərbi-Hava Qüvvələrinin 200-dən çox qırıcı təyyarəsinin iştirak etdiyini açıqlayıb. Bildirilib ki, həmin qırıcılarla İran ərazisində yüksəksəviyyəli hərbi liderlərin sığınacaqları da daxil olmaqla, 100-dən çox obyektə zərbə endirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 13 İyun 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see318

Fizioterapiya ilə bağlı vacib məqamlar Səhiyyə Nazirliyinin mütəxəssisi açıqladı

31 Avqust 2026 11:56see306

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see271

Azərbaycan səhiyyəsi nə zaman əhalini qane edəcək? KONKRET

31 Avqust 2026 12:56see254

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see233

Bu dərman saç tökülməsinə qarşı EFFEKTLİDİR

31 Avqust 2026 13:39see231

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see228

Belə oturanların onurğa sümüyü əyilir

31 Avqust 2026 16:07see225

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see219

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see218

Ürək döyüntüsü 100 olanlar 2 analiz versin

31 Avqust 2026 16:33see207

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see203

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see201

Düyü, kartof və makaronu soyuq yeyin İZAH

31 Avqust 2026 16:39see187

Gecə 1 dən gec yatanlarda infarkt riski artır

31 Avqust 2026 16:17see183

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see175

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see175

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see171

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see170

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri