“Mossad” İranın içərisində PUA bazası yaradıbmış Rusiyanın İrana verdiyi HHM sistemləri işləməyib
Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İsrail aviasiyasının bombardmanları ilə paralel "Mossad" İranda uğurlu diversiya əməliyyatları keçirib.
"Haaretz" qəzetinin məlumatına görə, "Mossad" İranın içərisində PUA bazası yaradıbmış və bunlar əməliyyatda istifadə olunub.
Siyasi şərhçi əməliyyatı şərh edərkən bildirib ki, bu, Ukraynanın Rusiya ərazisində keçirdiyi "Hörümçək toru" əməliyyatının bənzəridir və kiçik dronların müasir dövrdə nə qədər vacib tapşırıqlar yerinə yetirə biləcəyini bir daha göstərir. “Digər tərəfdən, İsrail kəşfiyyatının İran daxilində nə qədər rahat hərəkət etdiyi də bir daha ortaya çıxdı”, - o əlavə edib.
Ekspertin sözlərinə görə, başqa bir detal da budur ki, Rusiyanın İrana verdiyi hava (raket) hücumundan müdafiə vasitələrinin indiyədək bir işə yaradığını kimsə görməyib. “İsrail F-35 və F-15 təyyarələri rahatlıqla bütün hədəfləri vurublar”, - o qeyd edib.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 13 İyun 2025 12:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















