Mossad : SEPAH komandirləri Xameneini qərar qəbul etmək səlahiyyətlərindən kənarlaşdırıblar
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) iki yüksəkrütbəli komandiri - Məhəmməd Hicazi və Məhəmməd Pakpur İranın Ali Lideri Əli Xameneini qərar qəbul etmək səlahiyyətlərindən faktiki olaraq kənarlaşdırıblar və hazırda onlar müstəqil fəaliyyət göstərirlər.
"Azad İran" "Telegram" kanalı xəbər verir ki, "X" sosial şəbəkəsində İsrailin "Mossad" kəşfiyyat xidmətinə aid edilən rəsmi hesabda belə deyilir.
Bildirilir ki, onlar ali dini liderlə danışıqları faydasız hesab edirlər və dövləti idarə etmək üçün alternativ direktorlar şurası yaradıblar.
Komandirlərə aşağıdakı sözlər aid edilir: "Hər şey əladır - hava hücumundan müdafiə sistemləri yerindədir, raket qurğuları hazırdır". Halbuki məlumatlara görə, "İran səması açıq və müdafiəsizdir".
Sarkazmlı müraciətin sonunda deyilir: "Yuxulayan cənabın diqqətinə!"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 31 Oktyabr 2025 11:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















