Icma.az
close
up
RU
Mossadın 21 agenti həbs olundu

Mossadın 21 agenti həbs olundu

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

“Əl-Şərq Əl-Avsat” qəzetinin mayın 17-də dərc olunan məlumatına görə, son həftələr Livanda ən azı 21 İsrail agenti həbs edilib.

Bakıvaxtı.az xəbər verir ki, saxlanılanların bir çoxu "Hizbullah" terror təşkilatının rəhbərliyi ilə sıx əlaqədə olub və onların kəşfiyyat fəaliyyəti İsrail Mossadına bu qruplaşmanın onlarla yüksək rütbəli komandirini məhv etməyə imkan verib.

İndiyədək ən əhəmiyyətli həbs Hizbullahın elit terror bölməsi olan Radvan Qüvvələrinin yüksək səviyyəli komandirinin oğlu Məhəmməd Salehin həbsi olub.

Livanlı hüquqi mənbənin bildirdiyinə görə, Saleh İsrailə yüksək rütbəli komandirlərin hərəkətləri, eləcə də artıq məhv edilmiş liderlərin yerinə təyin olunanların kimliyi ilə bağlı tənqidi məlumatlar verdiyi üçün “müharibə başlayandan bəri saxlanılan ən təhlükəli agent” hesab edilir.

“Salehin israillilərə ötürdüyü məlumat təşkilatın onlarla komandirinin, o cümlədən Hizbullahdakı “Fələstin faylı”na cavabdeh olan Həsən Bədir və onun oğlu Əlinin martın 29-da İsrailin pilotsuz uçan aparatının zərbəsi nəticəsində öldürülməsinə səbəb olub.

O, həmçinin mütəmadi olaraq ləğv edilənlərin yerinə təyin edilmiş komandirlərin adlarını İsrailə ötürür, onlarla tez-tez şəkil çəkdirir və bu şəkilləri idarəçilərinə göndərirdi”, - mənbə qeyd edib.

Mossad agentlərinin Hizbullaha sızması Livanın şiə əhalisi arasında şoka səbəb olub. Beyrutun cənub ətrafının qəzəbli sakinləri hətta meydanlardan birində dar ağacını da quraraq, saxlanılan agentlərin edamını tələb ediblər. Qəzetə görə, hekayə "Hizbullahın sülhünü pozan kabusa" çevrilib və onun təhlükəsi müharibənin özünün nəticələrinə bərabər olaraq qəbul edilir.

Məlumata görə, saxlanılan 21 nəfər Livan, Suriya və Fələstin Muxtariyyətinin vətəndaşlarıdır. Mənbələr deyir ki, bu adamlardan bəziləri 2023-cü ilin oktyabrında döyüşlər başlayandan sonra, digərləri isə çox güman ki, münaqişə qızışmazdan əvvəl Mossad tərəfindən işə götürülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 17 May 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see462

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see330

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see307

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see278

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see249

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see248

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see244

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see244

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see234

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see220

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see208

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see207

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see205

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see203

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see200

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see199

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see197

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see196

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see190

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri