Mossadın keçmiş rəhbəri İrana yeni hücum çağırışı etdi
Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İsrailin xarici kəşfiyyat xidməti Mossadın keçmiş direktoru David Barnea ölkəsinin şərait imkan verən kimi İrana qarşı yeni hücumlar həyata keçirməli və Tehran rejiminin devrilməsinə çalışmalı olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, Barnea bu fikirləri Brüsseldə yerləşən İsrail lobbi qrupu – Avropa Liderlik Şəbəkəsinin (ELNET) Qərbi Qüdsdə təşkil etdiyi konfransda çıxışı zamanı səsləndirib.
O, İran rejimi ilə mümkün razılaşmanın uğurlu olmayacağını iddia edərək, İsrailin yeni hərbi əməliyyatlara hazır olmasının vacibliyini vurğulayıb.
“Bu rejimin süqutuna nail olmaq üçün sürətli və qətiyyətli hərəkət etməliyik. Əgər bu, başqa bir müharibəyə başlamaq deməkdirsə, bunu da etməliyik”, – deyə Barnea bildirib.
İsrail və ABŞ-ın İrana hücumlarına beynəlxalq reaksiyaya da toxunan keçmiş Mossad rəhbəri tarixdə heç bir çətin qərarın ictimaiyyət tərəfindən asanlıqla qəbul edilmədiyini söyləyib. O, bəşəriyyət tarixinin ən həlledici dönüş nöqtələrindən birinin astanasında olduqlarını iddia edib.
Aytən Yaşar/Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 23 Noyabr 2026 18:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















