Icma.az
close
up
RU
Motosiklet qəzalarının sayı niyə artıb? Açıqlama

Motosiklet qəzalarının sayı niyə artıb? Açıqlama

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sürət və çeviklik baxımından üstünlüyü ilə seçilən motosikletlər nəqliyyat vasitəsi kimi geniş yayılıb. Onlar xüsusən də gənclər arasında populyarlıq qazanıb.

Motosikletlər yol hərəkətində digər nəqliyyat vasitələrinə nisbətən daha həssasdır. Çünki onların ölçüləri kiçik, sürət potensialı isə yüksəkdir. Digər tərəfdə, bu nəqliyyat vasitələrindən poçt və çatdırılma xidmətlərində də istifadə olunur. Paytaxt yollarında tez-tez tıxaclar yarandığından motosiklet sürücüləri maşınların arası, hətta piyada səkiləri ilə hərəkət edərək, ünvana tez çatmağa çalışırlar. Elə buna görə də son vaxtlar motosiklet qəzalarının sayının artıdığı müşahidə olunur. Təəssüf ki, bu qəzalar zamanı ölənlərin də sayı çox olur. Statistika da bunu təsdiq edir. Belə ki, hər il orta hesabla Azərbaycanda 50-yə yaxın motosklet qəzası baş verir. Ölənlərin sayı 10-20 nəfər aralığında dəyişir, yaralananların sayı isə bundan 3-4 dəfə çox olur.

Yeri gəlmişkən, bu gün Səbail rayonu, 20-ci sahə dairəsində motosiklet yolu keçən piyadanı vuraraq öldürüb.

Bəs, belə qəzaların qarşısını almaq və ya sayını azaltmaq üçün hansı addımlar atılmalıdır?

Nəqliyyat eksperti İlqar Hüseynov Bakupost.az -a bildirib ki, bu tip qəzaların əsas səbəbi daşıyıcı şirkətlərdə çalışan işçilərin sürət həddini aşmasıdır.


Onun sözlərinə görə, belə qəzalar əsasən, çatdırılma, daşıyıcı şirkətlərdə çalışan şəxslər tərəfindən törədilir:

"Müştəri məmnuniyyəti, verilən sifarişin ünvana tez çatdırılması kimi hallar səbəbindən sürücülər sürət həddini aşır. Bu da xoşagəlməz halların baş verməsinə səbəb olur. Son zamanlar velosiped sürməyi bacaran şəxsləri motosiklet arxasında görmək çox qorxuludur. Dövlət Yol Polis İdarəsi tərəfindən motosiklet sürücülərinə xüsusi diqqət edilməlidir. Sürücülük vəsiqələri yoxlanmalı, onlar vaxtaşırı təlimlərə cəlb edilməlidirlər.”

Digər nəqliyyat eksperti Elməddin Muradlı motosiklet qəzalarının artmasının sürücülərin qaydaları tam bilməməsi ilə bağlı olduğunu qeyd edib:


“Motosikletlərin iştirakı ilə baş verən qəzaların bir çox səbəbləri var. İlk növbədə sürücülərin məsuliyyət məsələsini qeyd edə bilərəm. Sadəcə motosiklet deyil, moped sürücüləri də yol hərəkəti qaydalarına əməl etmirlər.

Daha dərindən araşdırsaq görərik ki, əksəriyyəti yol hərəkəti qaydalarını tam mənimsəməyib və ya qaydaları bilirlər, ancaq əməl etmirlər. Bəzən motosiklet sürücülərində yanlış düşüncə formalaşır. Elə fikirləşirlər ki, yol hərəkəti qaydalarının onlara aidiyyatı yoxdur. Ancaq motosiklet, moped, velosiped, hətta skuter sürücüləri belə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Mopedlər 50 kub santimetrdən aşağı mühərrikə malikdirsə, dövlət qeydiyyat nişanı tələb olunmur. Sürücü isə vəsiqə almaq üçün imtahan vermir. Motosiklet sürücüləri A və ya A1 alt kotiqoriya sürücülük vəsiqəsi almalıdır. Bəzən hətta motosiklet sürücüləri məsuliyyətdən yayınmaq üçün dövlət nişanını çıxarıb elə istifadə edirlər. Qanuna görə isə onların sürəti 50 km/saatdan yuxarı olmamalıdır. Cərimə meydançalarında həddindən artıq motosiklet və moped var. Lakin bu qədər cəzanın tətbiq edilməsi qayda pozan sürücülərə təsir etmir".

Lalə Rövşən, BakuPost

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:265
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 04 Noyabr 2024 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri